Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

17 Dekabr 2010 - � 49

 

Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasının 80 illik yubileyi qeyd edilib

Bookmark and Share

Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasında bu tədris müəssisəsinin yaradılmasının 80 illiyinə həsr edilmiş təntənəli yığıncaq olmuşdur.

Ölkəmizin Dövlət himni ifa ediləndən sonra Azərbaycanda idmanın və bədən tərbiyəsinin inkişafı və akademiyanın bu sahədə xidmətləri haqqında videoçarx nümayiş etdirilmişdir.

Yığıncaqda çıxış edən ali məktəbin rektoru Ağacan Abiyev qeyd etmişdir ki, Bədən Tərbiyəsi və İdman Akademiyası Qafqazda bədən tərbiyəsi sahəsində ali təhsilli kadrlar hazırlayan ilk tədris müəssisəsidir. A.Abiyev bu ali məktəbin təşəkkülündə ümummilli lider Heydər Əliyevin müstəsna rolunu qeyd etmişdir.

Gənclər və idman naziri Azad Rəhimov vurğulamışdır ki, bu gün Azərbaycanın ən qocaman ali məktəblərindən biri öz yubileyini qeyd edir. Bu tədris müəssisəsinin məzunları arasında adları dünya idmanının tarixinə düşmüş məşhur şəxslər çox olmuşdur. Nazir qeyd etmişdir ki, ölkə Prezidenti İlham Əliyev akademiyanın 80 illiyi ilə əlaqədar tədbirlər keçirilməsi haqqında sərəncam imzalamışdır. Bir neçə gün bundan əvvəl akademiyanın əməkdaşlarının bir qrupunun dövlət təltiflərinə layiq görüldüyünü vurğulayan nazir qeyd etmişdir ki, ölkəmizin idman ictimaiyyəti dövlət başçısının idmançılara, bədən tərbiyəsi işçilərinə, idman veteranlarına qayğısını daim hiss edir.

Sonra akademiyanın əməkdaşlarının bir qrupunun təltif edilməsi haqqında Azərbaycan Prezidentinin sərəncamı oxunmuşdur. Azad Rəhimov təltif edilənlərə dövlət təltiflərini təqdim etmişdir.

Nazir akademiyanın rəhbərliyinə Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin xüsusi diplomunu da təqdim etmişdir.

Daha sonra çıxış edən təhsil naziri Misir Mərdanov, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Azərbaycan Dövlət Neft Akademiyasının rektoru Siyavuş Qarayev, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev, respublikamızın və xarici ölkələrin digər ali təhsil müəssisələrinin nümayəndələri idman kadrlarının yetişdirilməsində Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasının böyük rol oynadığını qeyd etmişlər.

Bu gün Azərbaycan öz alimləri, mədəniyyət xadimləri ilə bütün dünyada məşhurdur, lakin ölkəmizin nüfuzunun ilbəil artmasında idmançıların da böyük xidmətləri vardır, planetin müxtəlif yerlərində idmançılarımızın qazandığı qələbələr şərəfinə Azərbaycanın Dövlət himni səslənir.

Akademiyanın əməkdaşları idmanın inkişafına daim qayğı göstərdiyinə və dövlət təltiflərinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür etmişlər.  

AzərTAc

 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
17 Dekabr 2010 - � 49
"Şagirdlərin ümumtəhsil məktəblərinə qəbulu və yerdəyişməsi haqqında Qaydalar"ın təsdiq edilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Naxçıvan MR təhsil nazirinə, rayon, şəhər təhsil şöbələrinin, idarələrinin müdirlərinə
 
Şagirdlərin ümumtəhsil məktəblərinə qəbulu və yerdəyişməsi haqqında Qaydalar
 
 Parisdə YUNESKO-nun yaradılmasının 65 illiyi ilə bağlı mərasim keçirilib
 
Azərbaycanda innovativ müəllimlər müsabiqəsi elan olundu
 
"Bakı və regionlarda təhsilin keyfiyyətinin yaxşılaşdırılmasında valideynlərin iştirakı" layihəsi ilə bağlı mətbuat konfransı 
 
Müsabiqə qaliblərinə mükafatlar təqdim edildi
 
Mədəniyyət və incəsənət ixtisasları ilə bağlı təkliflər müzakirə olunub
 
Uşaq və yeniyetmələrin elmi-texniki yaradıcılıq müsabiqəsi keçiriləcək
 
NDU-da  Heydər Əliyev Universitetinin növbəti məşğələsi
 
Türkiyənin İğdır şəhərindəki Heydər Əliyev liseyində ümummilli liderin adının yazıldığı lövhənin asılması mərasimi keçirilib
 
"İnkişafın Azərbaycan modeli" kitabının təqdimat mərasimi keçirilib
 
Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasının 80 illik yubileyi qeyd edilib
 
Bir qrup tədqiqatçıya Təhsil Nazirliyinin sertifikatları verildi
 
Səfir tələbələrin yapon dilini öyrənmələrindən razı qalıb
 
Milli TEMPUS İnformasiya Gününə həsr olunmuş konfrans
 
Heydər Əliyevin təhsil strategiyası: Sumqayıt Dövlət Universitetinin dünəni və bu günü
 
Görkəmli alim və yazıçı barədə zəngin biblioqrafik mənbə
 
"Açıq dərs"lər pedaqoji-metodik baxımdan yüksək qiymətləndirildi
 
"Akademik Şəfaət Mehdiyev: böyük elmin və ədəbi düşüncənin vəhdəti" mövzusunda elmi konfrans
 
Müəllimlər İKT üzrə təlimlərin səviyyəsindən razıdırlar
 
2009-2010-cu dərs ilində mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarında coğrafiya fənni üzrə nəticələr barədə
 
Ağstafa rayonu ümumtəhsil məktəblərində tam orta təhsil pilləsi üzrə buraxılış imtahanlarının keyfiyyət  göstəricilərinə görə təhlili
 
Tələbə elmi konfransı
 
İnklüziv təhsil günün tələbidir
 
Məktəbdə döyüşçü haqqında kitabın təqdimatı olub
 
Ölkəmizin Avropa Təlim Fondu ilə əlaqələrinin möhkəmlənməsinə geniş imkan yaranıb
 
Azərbaycan Müəllimlər İnstitutunun beynəlxalq əlaqələri
 
Peşəsinin vurğunu
 
Nanotexnologiyalar və onların texnikada tətbiqi
 
Yetim uşaqlar üçün yaşayış fondu yaradılır
 
Sənətini düzgün seçənlər uğur qazanırlar
 
"Mübarizləri olan Vətən basılmaz"
 
"Vətən mənə oğul desə..."
 
"Milli kurikulum və qiymətləndirmə fəaliyyəti - 2010" mövzusunda beynəlxalq konfrans
 
Şagirdlər fəallığı ilə seçilirdilər
 
Üzeyir Hacıbəylinin yaradıcılığına həsr olunmuş multimedia dərsi
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Məktəb "Ekologiya ili"nə "Gəlin dünyamızı qoruyaq" tədbiri ilə yekun vurdu
 
ADU-da "Buta"nın təqdimat mərasimi keçirildi
 
Sumqayıtda kitab bayramı
 
Narkomaniyaya qarşı mübarizə aylığı
 
Heydelberq Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov