Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

17 Dekabr 2010 - � 49

 

Görkəmli alim və yazıçı barədə zəngin biblioqrafik mənbə

Bookmark and Share

Elmi araşdırmalar aparmaqla yanaşı, bədii yaradıcılıq sahəsində də tanınıb özünü təsdiq etmək çox az insana nəsib olan tale payıdır. Azərbaycan elm və mədəniyyət tarixində bu qəbildən olanlar sırasında Kamal Mehdi oğlu Abdullayevin öz yeri var.

1950-ci ildə Bakıda ziyalı ailəsində dünyaya gəlmiş K.Abdullayev tarixi ənənə və zəngin salnaməsi olan 190 nömrəli orta məktəbi bitirib; Azərbaycanın ilk universitetində - ADU-da filologiya fakültəsində (1968-1973-cü illər) ali təhsil alıb. SSRİ EA Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin əyani aspiranturasında oxumuş K.Abdullayev Moskvada (1977) "Sintaktik paralelizm" ("Kitabi-Dədə Qorqud" dastanlarının dili üzrə) adlı namizədllik, 1984-cü ildə Bakıda "Azərbaycan dili sintaksisinin nəzəri problemləri" adlı doktorluq dissertasiyalarını müdafiə  edib.

Bu illər ərzində Kamal Abdullayev Nəsimi adına Dilçilik İnstitutunda kiçik elmi işçi, baş elmi işçi, şöbə müdiri, Azərbaycan Xarici Dillər İnstitutunda Ümumi və Azərbaycan dilçiliyi kafedrasının müdiri vəzifələrində çalışıb.

Professor Kamal Abdullayevin elmi maraq dairəsi genişdir. "Problemı sintaksisa prostoqo predlojeniya v azerbaydjanskom yazıke" (Bakı, Elm, 1983), "Azərbaycan dili sintaksisinin nəzəri problemləri" (Bakı, Maarif, 1999), "Dilçiliyə səyahət və yaxud dilçi olmayanlar üçün dilçilik" (Bakı, "Mütərcim", 2010), "Azərbaycanca danışaq" (Paris, 2008, Buxarest, 2010) kitabları onun dilşünaslıq baxımından elmi maraq dairəsini əks etdirir.

Azərbaycan MEA-nın müxbir üzvü K.Abdullayev dünya ədəbiyyatının problemləri ilə maraqlanır, qədim dövr söz sənətinin tədqiqi ilə məşğul olub, müasir ədəbi prosesin görünməyən tərəflərini öyrənib. Bu məsələləri əks etdirən əsərləri-ədəbiyyatşünaslıq və tənqidə aid kitabları aşağıdakılardır: "Müəllif-əsər-oxucu" (Bakı, Yazıçı, 1985), "Əvvəl-axır yazılanlar" (Bakı, Yazıçı, 1990), "Yolun əvvəli və axırı" (Bakı, Azərnəşr, 1993), "300 azərbaycanlı" (Bakı, "Mütərcim", 2007).

Elmi araşdırmalarının bir hissəsi türkologiya məsələlərinə həsr olunmuş filoloq alimin daim diqqət yetirdiyi tədqiqat obyektlərindən biri xalqın Ana kitabı adlandırılan "Dədə Qorqud kitabı"dır. "Gizli Dədə Qorqud" (1991), "Sirr içində dastan və yaxud Gizli Dədə Qorqud-2" (1999), "Mifdən Yazıya - Gizli Dədə Qorqud" adlı əsərlər Qorqudşünaslığa dair dəyərli araşdırmalardandır. Professor Kamal Abdullayevin "Gizli Dede Korkut" kitabı 1995-ci ildə Bursada,  elə həmin il həm də İstanbulda türkcə çap olunmuşdur.

Kamal müəllimin geniş elmi ictimaiyyət tərəfindən maraqla qarşılanmış əsərlərindən biri akademik Azad Mirzəcanzadə ilə birlikdə 2003-cü ildə nəşr etdirdikləri "Leksiya v Bakinskom slavyanskom universitete" kitabı (Baku, Mutardjim)  ədəbiyyat və poetika problemlərinə aid dəyərli əsərdir.

Kamal Abdullayev bədii yaradıcılığı elmi araşdırmaları ilə növbələşdirib əlaqələndirən qüdrətli təxəyyül sahibidir. O, Azərbaycanda və xarici ölkələrdə hekayə, roman və pyeslər, esselər, şeirlər müəllifi kimi tanınır.

"Yarımçıq əlyazma", "Sehrbazlar dərəsi", "Unutmağa kimsə yox..." romanları, 7 pyesi, "Qəribədi, deyilmi?" şeirlər toplusu, "Ruh" (1997), "Casus" (2004) və s. kitabları ölkəmizdə, Türkiyə, Rusiya, Fransa və Polşada Azərbaycan, türk, rus, polyak, fransız dillərində nəşr olunub.

Bunlara onu da əlavə edək ki, professor K.Abdullayev həm də bədii tərcümə ilə məşğul olur. 2001-ci ildə "Mütərcim" nəşriyyatının buraxdığı "Gümüş dövrün  sirləri" tərcümələr toplusu oxucular tərəfindən rəğbətlə qarşılanıb.

2000-ci ildən ulu öndər Heydər Əliyevin sərəncamı ilə yeni təşkil olunmuş Bakı Slavyan Universitetinin rektoru təyin edilmiş görkəmli alim həm də BSU-nun "Tərcümə problemləri" elmi-tədqiqat laboratoriyasının rəhbəridir. Universitetin Elmi Əsərlərinin "Dil-ədəbiyyat" seriyasının baş redaktoru, D 02.071 indeksli elmi şuranın sədri, "Filoloqun kitabxanası-100", "Türkologiya", "Azərbaycanşünaslıq", "Dünya nəşri" seriyalarının müəllifi və icraçısı olan professor K.Abdullayev həm də ictimai xadim kimi geniş fəaliyyət göstərir. Belə ki, professor K.Abdullayev Azərbaycan Yaradıcılıq Fondunun (keçmiş Azərbaycan Mədəniyyət Fondunun) sədridir, Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin, Teatr Xadimləri Cəmiyyətinin, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Respublika Badminton Federasiyasının prezidentidir.

Türk Dil qurumunun fəxri üzvü seçilmiş K.Abdullayev Ukrayna Beynəlxalq Kadr Akademiyasının akademiki, Moskva Şəhər Pedaqoji Universitetinin fəxri doktorudur. 2007-ci ildə Rusiya Prezidenti V.V.Putin tərəfindən Puşkin medalı ilə təltif olunub. Alim haqqında kitablar çap olunub.

Azərbaycan alimi, yazıçısı, ictimai xadimi, filologiya elmləri doktoru, əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, BSU-nun rektoru K.Abdullayev bu il Dədə Qorqud Milli Fondunun "Dədə Qorqud Milli Mükafatı", "Azərbaycan dünyası" beynəlxalq jurnalının "Vətən övladı" qızıl medalı ilə təltif olunub.

Bu günlərdə "Elm" nəşriyyatı professor K.Abdullayevin anadan olmasının 60 illiyi ilə bağlı "Kamal Mehdi oğlu Abdullayev" adlı biblioqrafiya buraxıb.

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin qərarı ilə çap olunmuş biblioqrafiyanın redaktoru akademik Ağamusa Axundov, tərtibçilər Şükufə Ağakişiyeva, Anna Malaxovadır.

136 səhifəlik kitabda görkəmli alimin həyat yolunu, elmi və bədii yaradıcılıq uğurlarını əks etdirən məlumat Azərbaycan, rus və ingilis dillərində verilib.

Sonrakı səhifələrdə 1973-cü ildən başlayaraq 2010-cu ilə qədər zaman kəsimində görkəmli alim və yazıçının, ictimai xadimin, ali məktəb rektorunun həyatının biblioqrafiyası illər üzrə qələmə alınıb.

Vətənə, xalqa, milli təhsilə, zəngin ədəbiyyat tarixinə bağlı alimin, söz sənəti nümunələri ilə oxucu auditoriyası qazanmış yazıçının 60 illiyinə həsr olunmuş biblioqrafiya elm və mədəniyyət tariximizi öyrənib tədqiq edənlər üçün lazımlı və faydalı mənbədir. 

Ş.MƏMMƏDOV

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
17 Dekabr 2010 - � 49
"Şagirdlərin ümumtəhsil məktəblərinə qəbulu və yerdəyişməsi haqqında Qaydalar"ın təsdiq edilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Naxçıvan MR təhsil nazirinə, rayon, şəhər təhsil şöbələrinin, idarələrinin müdirlərinə
 
Şagirdlərin ümumtəhsil məktəblərinə qəbulu və yerdəyişməsi haqqında Qaydalar
 
 Parisdə YUNESKO-nun yaradılmasının 65 illiyi ilə bağlı mərasim keçirilib
 
Azərbaycanda innovativ müəllimlər müsabiqəsi elan olundu
 
"Bakı və regionlarda təhsilin keyfiyyətinin yaxşılaşdırılmasında valideynlərin iştirakı" layihəsi ilə bağlı mətbuat konfransı 
 
Müsabiqə qaliblərinə mükafatlar təqdim edildi
 
Mədəniyyət və incəsənət ixtisasları ilə bağlı təkliflər müzakirə olunub
 
Uşaq və yeniyetmələrin elmi-texniki yaradıcılıq müsabiqəsi keçiriləcək
 
NDU-da  Heydər Əliyev Universitetinin növbəti məşğələsi
 
Türkiyənin İğdır şəhərindəki Heydər Əliyev liseyində ümummilli liderin adının yazıldığı lövhənin asılması mərasimi keçirilib
 
"İnkişafın Azərbaycan modeli" kitabının təqdimat mərasimi keçirilib
 
Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasının 80 illik yubileyi qeyd edilib
 
Bir qrup tədqiqatçıya Təhsil Nazirliyinin sertifikatları verildi
 
Səfir tələbələrin yapon dilini öyrənmələrindən razı qalıb
 
Milli TEMPUS İnformasiya Gününə həsr olunmuş konfrans
 
Heydər Əliyevin təhsil strategiyası: Sumqayıt Dövlət Universitetinin dünəni və bu günü
 
Görkəmli alim və yazıçı barədə zəngin biblioqrafik mənbə
 
"Açıq dərs"lər pedaqoji-metodik baxımdan yüksək qiymətləndirildi
 
"Akademik Şəfaət Mehdiyev: böyük elmin və ədəbi düşüncənin vəhdəti" mövzusunda elmi konfrans
 
Müəllimlər İKT üzrə təlimlərin səviyyəsindən razıdırlar
 
2009-2010-cu dərs ilində mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarında coğrafiya fənni üzrə nəticələr barədə
 
Ağstafa rayonu ümumtəhsil məktəblərində tam orta təhsil pilləsi üzrə buraxılış imtahanlarının keyfiyyət  göstəricilərinə görə təhlili
 
Tələbə elmi konfransı
 
İnklüziv təhsil günün tələbidir
 
Məktəbdə döyüşçü haqqında kitabın təqdimatı olub
 
Ölkəmizin Avropa Təlim Fondu ilə əlaqələrinin möhkəmlənməsinə geniş imkan yaranıb
 
Azərbaycan Müəllimlər İnstitutunun beynəlxalq əlaqələri
 
Peşəsinin vurğunu
 
Nanotexnologiyalar və onların texnikada tətbiqi
 
Yetim uşaqlar üçün yaşayış fondu yaradılır
 
Sənətini düzgün seçənlər uğur qazanırlar
 
"Mübarizləri olan Vətən basılmaz"
 
"Vətən mənə oğul desə..."
 
"Milli kurikulum və qiymətləndirmə fəaliyyəti - 2010" mövzusunda beynəlxalq konfrans
 
Şagirdlər fəallığı ilə seçilirdilər
 
Üzeyir Hacıbəylinin yaradıcılığına həsr olunmuş multimedia dərsi
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Məktəb "Ekologiya ili"nə "Gəlin dünyamızı qoruyaq" tədbiri ilə yekun vurdu
 
ADU-da "Buta"nın təqdimat mərasimi keçirildi
 
Sumqayıtda kitab bayramı
 
Narkomaniyaya qarşı mübarizə aylığı
 
Heydelberq Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov