Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

17 Dekabr 2010 - � 49

 

Azərbaycan Müəllimlər İnstitutunun beynəlxalq əlaqələri

Bookmark and Share

Əsası 1929-cu ildə qoyulmuş Azərbaycan Müəllimlər İnstitutu 2000-ci ilə qədər pedaqoji kadrların ixtisasının artırılması və təkmilləşdirilməsi üzrə fəaliyyət göstərmişdir. 2000-ci ildə həmin institutun bazasında ümummilli liderimiz Heydər Əliyevin fərmanı ilə 12 regional filiala malik olan Azərbaycan Müəllimlər İnstitutu yaradılmışdır (Naxçıvan filialı sonralar müstəqil instituta çevrilmişdir). AMİ-də əlavə təhsillə məşğul olmaqla yanaşı, bir sıra pedaqoji ixtisaslar üzrə tələbə qəbulu həyata keçirilmiş, həmin ixtisaslara uyğun olan kafedralar yaradılmışdır.Burada bakalavr, magistratura və doktorantura pillələri əsasında pedaqoji kadrların yüksək hazırlığı prosesi formalaşmışdır.

2005-ci ilin mart ayında professor Aqiyə Naxçıvanlının instituta rektor təyin olunması AMİ-nin bütün həyatında böyük islahatların və müsbət yeniliklərin həyata keçirilməsinə səbəb olmuşdur.

İnstitutda professor A.Naxçıvanlının şəxsi təşəbbüsü ilə ümummilli liderimiz  Heydər Əliyev haqqında zəngin material toplanılmış və "Heydər Əliyev Mərkəzi" yaradılmışdır. Dahi rəhbərimizin bütün həyat və fəaliyyətini öz eksponatlarında əks etdirən bu mərkəz tələbə və müəllimlərin örnək məktəbinə çevrilmişdir. İlin bütün aylarında respublikamızın müxtəlif rayon, şəhər təhsil şöbələrindən ixtisasartırma təhsilinə gələn pedaqoji kadrlar da bu mərkəzdə olur və ümummilli lider haqqında tarixi məlumatlar əldə edə bilirlər. Yaradılmış beynəlxalq əlaqələr nəticəsində institutun qonağı olan bir çox xarici ölkələrin nümayəndələri də bu mərkəzi ziyarət edir və ürək sözlərini rəy kitabında qeyd edirlər.

Burada təhsil prosesinin bütün sahələrində müasir tələblərə cavab verə bilən maddi-texniki baza yaradılmış, ayrı-ayrı fənn kabinetləri, əlavə təhsil üzrə kabinetlər müasir tipli  texniki vasitələrlə təchiz olunmuşdur. İnstitutun yataqxanası əsaslı təmir olunaraq bütün kommunal şəraiti olan otel tipli yataqxanaya çevrilmişdir. Əksər sinif  otaqları İKT avadanlıqları ilə təchiz olunmuşdur.

İnstitutda ibtidai təhsilin pedaqogikası və metodikası, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, informatika, fizika, xarici dillər, tarix, fəlsəfə, coğrafiya, psixologiya, pedaqogika, idarəetmə, ekologiya, təhsilin əsasları və s. fənlər tədris olunur. Bu fənlərin tədrisi prosesində İKT avadanlıqlarından geniş istifadə edilir.

Ümumiyyətlə, Azərbaycan Müəllimlər İnstitutunda təhsilin məzmununa, onun keyfiyyətinin artırılmasına son 5 ildə xüsusi diqqət yetirilmişdir. Müvafiq təhsil qanunvericiliyinə uyğun olaraq tədris plan və proqramları müntəzəm şəkildə dəyişdirilmiş, onlara təhsildə baş verən yeniliklər və yeni təlim texnologiyaları, Boloniya prosesi, kurikulum, fəal və interaktiv təlim üsulları, klinik müşahidə və s. daxil edilmişdir. 2010-2011-ci tədris ilində əlavə təhsilə aid 63 kateqoriya üzrə yeni tədris-tematik plan  hazırlanaraq çap edilmişdir. Yeni hazırlanmış  tədris-tematik planlar AMİ-nin 11 filialına da göndərilmişdir. Həmin tədris-tematik planlar pedaqoji sahəyə aid bütün kateqoriyaların və rəhbər kadrların ixtisasartırma təhsilini əhatə etsə də, təhsildə dinamik şəkildə baş verən yeniliklərlə bağlı onlarda ardıcıl olaraq yeniləşmə aparılır. Əlavə təhsil sahəsində dinləyicilərin arzu və istəkləri sorğu anketləri vasitəsilə öyrənilir. Onların istəklərindən irəli gələn tələbatı ödəmək üçün tədris-tematik planda 6 arzu saatı ehtiyatı nəzərdə tutulur.

AMİ-də bütün kateqoriyalar üzrə ixtisasartırma təhsilinin planlaşdırılmasına xüsusi diqqət yetirilir. Belə ki, hər il aprel ayında cari tədris ilində ixtisasartırmanın vəziyyəti fakültə dekanlığının və əlavə təhsillə məşğul olan kabinetlərin əməkdaşları ilə birlikdə geniş təhlil olunur. Həmin vaxt çətinliklər, nöqsanlar, problemlər araşdırılır, imkanlar, tələblər müəyyənləşdirilir və növbəti tədris ili üçün bütün kateqoriyaların ixtisasartırma təhsilini təşkil etmək məqsədilə xüsusi qrafik tərtib olunur. Hazırlanan qrafik çoxaldılaraq müqavilələrlə birlikdə ali, orta ixtisas, peşə təhsili müəssisələrinə, rayon (şəhər) təhsil şöbələrinə göndərilir. Hər il təkcə AMİ-də 4500 nəfərə yaxın təhsil işçisinin ixtisasartırmaya cəlb olunması proqnozlaşdırılır.

Azərbaycan Müəllimlər İnstitutunda əlavə təhsilin təşkili ilə İxtisasartırma  və yenidənhazırlanma fakültəsinin dekanlığı, Əlavə təhsilə xidmət, Təhsildə innovasiyalar kabinetləri, Proqnozlaşdırma və araşdırmalar mərkəzi məşğul olur.

Məlum olduğu kimi, ixtisasartırma təhsilinin əsas məqsədi müəllimlərin peşəkarlıq səviyyəsinin inkişaf etdirilməsindən, təhsildə baş verən yeniliklərin öyrədilməsindən ibarətdir. Bu baxımdan, ixtisasartırma təhsilində mühazirə aparan professor-müəllim heyətinin tərkibinə də xüsusi diqqət yetirilir.

AMİ-də hər il pedaqoji sahədə çalışan müxtəlif kateqoriyalar üzrə 4500 nəfər mütəxəssis  ixtisasartırma və yenidənhazırlanma təhsilinə cəlb olunur. Onların əlavə təhsili prosesini daha yaxşı təşkil etmək üçün ölkəmizin tanınmış akademikləri, professorları və yüksək hazırlıqlı mütəxəssisləri dəvət edilir.

Bütün yuxarıda qeyd olunan məsələlərlə yanaşı, əlavə təhsilin müasirləşdirilməsi və yeniləşdirilməsi məqsədilə daim axtarışlar aparılır. İnstitut rəhbərliyi dövlətin təhsil sahəsində apardığı siyasəti bəyənir və müdafiə edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 sentyabr 2010-cu il tarixli qərarı ilə "Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi qaydası" müəyyənləşdirildi. Həmin qərara uyğun olaraq Təhsil Nazirliyinin 4 oktyabr 2010-cu il tarixli, 1297 nömrəli əmri ilə hökumətin qərarı elan edilmişdir. Qərarın tələblərinə uyğun olaraq Azərbaycan Müəllimlər İnstitutunda geniş müzakirələr keçirilmiş və konkret tədbirlər müəyyənləşdirilmişdir.

Azərbaycan Müəllimlər İnstitutunun rektorluğu beynəlxalq təhsil sisteminə inteqrasiya olunmaq üçün dünyanın bir çox təhsil müəssisələri ilə əməkdaşlığın səmərəli təşkilinə xüsusi diqqət yetirir. Dünyanın ayrı-ayrı təhsil müəssisələri ilə təcrübə mübadiləsi aparılır. Son dövrlərdə Fransa, Türkiyə, Rusiya və başqa dövlətlərin təhsil müəssisələri ilə işgüzar əlaqələr yaradılmışdır. 

Fransa ilə əlaqələr 

Azərbaycan Müəllimlər İnstitutu ilə Fransanın Versal Akademiyasının Universitet tipli Müəllimlər İnstitutu arasında əməkdaşlığa dair müqavilə imzalanmışdır. Fransanın ölkəmizdəki səfirliyinin dəstəyi ilə Sürix Müəllim İnstitutunun professoru xanım Matin Çanq Jorjun iştirakı ilə Azərbaycan Müəllimlər İnstitutunda fransız dilini tədris edən müəllimlərin təkmilləşdirilməsi üçün "Fransız dilinin kommunikativ metodla tədrisində yaradıcılıq" mövzusunda staj-kurs keçirilmişdir. Daha sonra isə "Xarici dillərin öyrənilməsində İnternetdən istifadə", "Fransız dilinin tədrisində televiziyadan necə istifadə etmək", "Fransız dilinin ibtidai məktəbdə tədrisi", "Xarici dillərin avtonom öyrənilməsi üçün kompüter proqramlarından istifadə" və digər mövzularda seminarlar təşkil olunmuşdur.

2010-cu ilin əvvəllərindən AMİ ilə Fransanın ali təhsil müəssisələri arasında elmi əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində yeni mərhələ başlanmışdır. 2010-cu il aprel ayının 4-dən 11-dək Fransa Respublikası Versal Akademiyası İUFM nəzdində universitet tipli Müəllimlər İnstitutunun dəvəti ilə AMİ-nin bir qrup əməkdaşı Fransa təhsil sisteminin strukturu, iş prinsipi, bakalavr pilləsində təhsilin məzmunu, təşkili, idarə olunması və qiymətləndirmə sistemi, xüsusilə də bu ölkənin universitetlərində pedaqoji kadrların diplomdansonrakı əlavə təhsilinin təşkili məsələsi üzrə iş təcrübəsi ilə tanış olmaq üçün bu ölkədə səfərdə olmuşdur.

2010-cu ilin iyun ayında Azərbaycan Müəllimlər İnstitutunun dəvəti ilə Fransanın Serje-Pontuaz Universiteti (UCP) Versal Akdemiyasının Universitet tipli Müəllimlər İnstitutunun direktoru Jan-Pier Şövalye və Beynəlxalq Əlaqələr üzrə direktoru Lilian Lö Pözan institutun qonağı olmuşlar. Səfərin sonunda hər iki təhsil müəssisəsi arasında birgə əməkdaşlıq haqqında müqavilə imzalanmışdır.

Hər an inkişafa doğru sürətlə irəliləyən AMİ ilə Fransa universiteti arasında yeni bir görüş təşkil olundu. Fransa Respublikası Serje-Pontuaz Universiteti Versal Akademiyasının Universitet tipli Müəllimlər İnstitutunun (Universite de Cergy-Pontoise IUFM de lTacademie de Versailles) nümayəndə heyəti noyabrın 21-28-də Azərbaycan Müəllimlər İnstitutunun qonağı olub.

Səfərin əsas məqsədi iki ali təhsil ocağı arasında qurulmuş əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi, inkişafı, Azərbaycan ali təhsil sisteminin strukturu, fəaliyyət istiqamətləri, pedaqoji kadrların fasiləsiz təhsili, əsasən də ixtisasartırma sahəsində araşdırma aparmaq, təcrübə və innovasiyalarla tanış olmaqdır. AMİ-nin maraqları isə Fransa təcrübəsindən bəhrələnərək institutda tədrisin səviyyəsini daha da təkmilləşdirməkdən ibarətdir.

Bu günlərdə Versal Akademiyasının nəzdində Universitet tipli Müəllimlər İnstitutunun əməkdaşları institutumuzda işgüzar səfərdə olmuşlar. Qonaqların səfərinin məqsədi əlavə təhsildə yeniliklərin qarşılıqlı öyrənilməsi və tətbiq edilməsi ilə bağlı idi.

Səfər qonaqların öncə Fəxri xiyabanda xalqımızın ümummilli lideri Heydər Əliyevin və görkəmli oftalmoloq alim Zərifə Əliyevanın məzarlarını və daha sonra Şəhidlər xiyabanını ziyarəti ilə başlanmışdır.

Qonaqlar AMİ-nin müəllim və tələbələri ilə görüşmüş və hər iki tərəfi maraqlandıran mövzularda fikir mübadiləsi aparmışlar. Görüşdə Fransa  universitetləri ilə AMİ arasında geniş əlaqələrin inkişafının zəruriliyi qeyd olunmuşdur. Proqramda qonaqların ixtisasartırma təhsilinin müəllim və dinləyiciləri, metodkabinetlərinin əməkdaşları və ixtisasartırma təhsilinə cəlb olunmuş müdavimlərlə görüş də nəzərdə tutulmuşdur. Fransalı qonaqlar ixtisasartırma və yenidənhazırlanma təhsilində dərslərdə iştirak etmişlər. Daha sonra onların AMİ-nin Gəncə və Qazax filiallarına səfəri təşkil olunmuşdur.

Gəncə səfərində qonaqlar Nizami Gəncəvinin məqbərəsini və Cavad xanın qəbrini ziyarət etmişlər. Qonaqlar hər iki filialda "dəyirmi masa" arxasında müəllim və tələbə heyəti ilə görüşmüş, fikir mübadiləsi etmiş və diskussiyalar aparmışlar. 

Almaniya ilə əlaqələr 

Almaniyanın ali təhsil ocaqları ilə hələ 1997-ci ildən əlaqələr saxlanılır. Alman dili müəllimlərinin təkmilləşdirilməsi məqsədilə "Almaniya dönüşdən sonra", "Alman dilinin tədrisi metodikası", "Orta ümumtəhsil məktəblərində alman dilinin tədrisi", "Orta ümumtəhsil məktəblərində kommunikativ alman dili dərsi" və digər mövzularda metodik seminarlar təşkil olunmuşdur. 2002-ci ildə isə Azərbaycan Müəllimlər İnstitutunun rayonlarda fəaliyyət göstərən alman dili müəllimləri üçün Tiflis şəhərində yerləşən Höte İnstitutu və Almaniya Federativ Respublikasının səfirliyi tərəfindən elmi-metodik seminar keçirilmişdir. Hazırda DVV-international Almaniya Xalq Universitetləri Birliyinin Beynəlxalq Əməkdaşlıq İnstitutu ilə birgə layihələr işlənilir. 

ABŞ ilə əlaqələr 

2008-ci ildə Amerika səfirliyinin xətti ilə AMİ-nin ingilis dili müəllimləri üçün "İngilis dilinin öyrənilməsi" mövzusunda treninq təşkil olunmuşdur. İnstitut həmçinin Beynəlxalq Təhsil üzrə Amerika Şurası (ACCELS) və ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət üzrə Bürosunun təqdim etdiyi ali məktəblərdə çalışan müəllimlərin təhsil və təcrübəsinin artırılmasına yönəlmiş JFDP (Junior Faculty Development Programm) proqramına qoşulub. Hazırda Nebraska Lincoln Universiteti ilə imzalanmış əməkdaşlıq memorandumuna əsasən birgə layihələrin həyata keçirilməsinə dair danışıqlar aparılır. 

İngiltərə ilə əlaqələr 

Azərbaycan Respublikası Təhsil Nazirliyi və "British Council" arasında imzalanmış qarşılıqlı anlaşma memorandumuna əsasən 2007-2008-ci illər ərzində İNSETT (müəllimlərin təkmilləşdirilməsi) layihəsi həyata keçirilmiş və bu layihəyə institutun bütün filiallarından ingilis dili müəllimləri cəlb olunmuşdur. 2009-cu tədris ilinin sonunda AMİ-də "British Council"in Azərbaycan üzrə direktoru Nikol Le Os de Lalüvye və qurumun ölkəmizdə proqramlar üzrə meneceri Gülşən Hüseynovanın iştirakı ilə İNSETT layihəsi müdavimlərinin hesabat konfransı keçirilmişdir.

AMİ ilə daim sıx əməkdaşlıq edən "British Council" 2010-2011-ci illərdə bir sıra layihələrin həyata keçirilməsini də planlaşdırır. 

Türkiyə ilə əlaqələr 

21-27 dekabr 2009-cu il tarixindən AMİ-nin əməkdaşları Türkiyənin Ankara və İstanbul şəhərlərinin ali təhsil müəssisələri - Ortadoğu Texniki Universiteti, Hacəttəpə, İstanbul, Mərmərə, Boğaziçi universitetlərində və özəl liseylərdə səfərdə olmuşlar, qarşılıqlı əməkdaşlıq əlaqələrini nəzərdə tutan bir sıra rəsmi sənədlər imzalanmışdır. Hazırda AMİ İstanbul və Ankara universitetləri ilə anlaşma memorandumu əldə edib və həmin sənədlərə əsasən əməkdaşlıq layihələri üzrə danışıqlar aparılır.  

Rusiya ilə əlaqələr 

AMİ həmçinin İxtisasartırma və Təhsil işçilərinin Peşəkarlığının Yenidən hazırlanması Akademiyası ilə əməkdaşlıq edir. Hazırda Rusiya Dövlət Humanitar Universiteti ilə əməkdaşlığa dair memorandum hazırlanmaqdadır. Eyni zamanda AMİ-də Rus dili mərkəzinin açılmasına dair RDHU ilə birgə layihə işlənilir. 

AMİ BMT-nin Minilliyin İnkişaf Prinsiplərini dəstəkləyən Akademik İmpuls proqramına qoşulmuş ilk institutlar sırasındadır. AMİ UNEVOC-un (BMT-nin nəzdindəki peşəkar-texniki təhsil sahəsində mərkəz) Azərbaycandakı mərkəzi sayılır. İnstitut UNEVOC-la birgə AMİ-nin əməkdaşlarından mobil treninq qrupların xarici universitetlərin təcrübəsi əsasında hazırlanması barədə layihənin həyata keçirilməsi üçün danışıqlar aparır.

AMİ beynəlxalq tələbə şəbəkəsi olan ISIC ilə əməkdaşlıq edir. AMİ-nin tələbələri üçün şəbəkənin fəaliyyətini əks etdirən məlumatların təqdimatı keçirilmişdir.

AMİ-nin tələbələri Azərbaycan Tələbələr İttifaqının fəal üzvləridir, bu yaxınlarda isə Avropa Tələbələr İttifaqının üzvü olmuşlar. İttifaq tərəfindən AMİ-nin tələbələri ilə mütəmadi görüşlər və birgə mədəni layihələr həyata keçirilir.

Azərbaycan Müəllimlər İnstitutu həmçinin ölkəmizdə fəaliyyət göstərən bir sıra beynəlxalq təşkilatların nümayəndəlikləri ilə də sıx əməkdaşlıq edir. İnstitut Dünya Bankı, Beynəlxalq Qırmızı Xaç Komitəsi, Norveç Qadınlar Şurası, İSESKO, YUNESKO, SOROS, İREX, Beynəlxalq Xilasetmə Komitəsi və başqa beynəlxalq qurumlarla müəllimlərin təkmilləşdirilməsinə yönəlmiş ortaq layihələr həyata keçirir.

Azərbaycan Müəllimlər İnstitutunun beynəlxalq əlaqələri çərçivəsində ixtisasartırma təhsilinin müəllimləri və dinləyiciləri ilə fikir mübadiləsi aparılması və əməkdaşlıq edilməsi günün tələbidir. Bu əməkdaşlığın genişləndirilməsi üçün birgə layihə işlənilir ki, həmin layihəyə Avropanın digər ali təhsil müəssisələrinin də qoşulması planlaşdırılmışdır. Bu layihənin həyata keçirilməsi üçün Azərbaycanda Milli Tempus Ofisinin rəhbəri Pərviz Bağırovla görüş keçirilmişdir.

Bu yazıda Azərbaycan Müəllimlər İnstitutunda son 5 ildə beynəlxalq əlaqələr çərçivəsində görülmüş işlərin müəyyən qismi haqqında məlumat verildi. Gələcəkdə dövlətimizin təhsil siyasətinin inkişafı naminə daha mükəmməl layihələrin həyata keçirilməsi üçün məqsədyönlü işlər aparılacaq.  

Rahim ƏZİZOV,
AMİ-nin əlavə təhsil üzrə prorektoru,

Nigar SULTANOVA,
AMİ-nin beynəlxalq əlaqələr üzrə prorektoru

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
17 Dekabr 2010 - � 49
"Şagirdlərin ümumtəhsil məktəblərinə qəbulu və yerdəyişməsi haqqında Qaydalar"ın təsdiq edilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Naxçıvan MR təhsil nazirinə, rayon, şəhər təhsil şöbələrinin, idarələrinin müdirlərinə
 
Şagirdlərin ümumtəhsil məktəblərinə qəbulu və yerdəyişməsi haqqında Qaydalar
 
 Parisdə YUNESKO-nun yaradılmasının 65 illiyi ilə bağlı mərasim keçirilib
 
Azərbaycanda innovativ müəllimlər müsabiqəsi elan olundu
 
"Bakı və regionlarda təhsilin keyfiyyətinin yaxşılaşdırılmasında valideynlərin iştirakı" layihəsi ilə bağlı mətbuat konfransı 
 
Müsabiqə qaliblərinə mükafatlar təqdim edildi
 
Mədəniyyət və incəsənət ixtisasları ilə bağlı təkliflər müzakirə olunub
 
Uşaq və yeniyetmələrin elmi-texniki yaradıcılıq müsabiqəsi keçiriləcək
 
NDU-da  Heydər Əliyev Universitetinin növbəti məşğələsi
 
Türkiyənin İğdır şəhərindəki Heydər Əliyev liseyində ümummilli liderin adının yazıldığı lövhənin asılması mərasimi keçirilib
 
"İnkişafın Azərbaycan modeli" kitabının təqdimat mərasimi keçirilib
 
Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasının 80 illik yubileyi qeyd edilib
 
Bir qrup tədqiqatçıya Təhsil Nazirliyinin sertifikatları verildi
 
Səfir tələbələrin yapon dilini öyrənmələrindən razı qalıb
 
Milli TEMPUS İnformasiya Gününə həsr olunmuş konfrans
 
Heydər Əliyevin təhsil strategiyası: Sumqayıt Dövlət Universitetinin dünəni və bu günü
 
Görkəmli alim və yazıçı barədə zəngin biblioqrafik mənbə
 
"Açıq dərs"lər pedaqoji-metodik baxımdan yüksək qiymətləndirildi
 
"Akademik Şəfaət Mehdiyev: böyük elmin və ədəbi düşüncənin vəhdəti" mövzusunda elmi konfrans
 
Müəllimlər İKT üzrə təlimlərin səviyyəsindən razıdırlar
 
2009-2010-cu dərs ilində mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarında coğrafiya fənni üzrə nəticələr barədə
 
Ağstafa rayonu ümumtəhsil məktəblərində tam orta təhsil pilləsi üzrə buraxılış imtahanlarının keyfiyyət  göstəricilərinə görə təhlili
 
Tələbə elmi konfransı
 
İnklüziv təhsil günün tələbidir
 
Məktəbdə döyüşçü haqqında kitabın təqdimatı olub
 
Ölkəmizin Avropa Təlim Fondu ilə əlaqələrinin möhkəmlənməsinə geniş imkan yaranıb
 
Azərbaycan Müəllimlər İnstitutunun beynəlxalq əlaqələri
 
Peşəsinin vurğunu
 
Nanotexnologiyalar və onların texnikada tətbiqi
 
Yetim uşaqlar üçün yaşayış fondu yaradılır
 
Sənətini düzgün seçənlər uğur qazanırlar
 
"Mübarizləri olan Vətən basılmaz"
 
"Vətən mənə oğul desə..."
 
"Milli kurikulum və qiymətləndirmə fəaliyyəti - 2010" mövzusunda beynəlxalq konfrans
 
Şagirdlər fəallığı ilə seçilirdilər
 
Üzeyir Hacıbəylinin yaradıcılığına həsr olunmuş multimedia dərsi
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Məktəb "Ekologiya ili"nə "Gəlin dünyamızı qoruyaq" tədbiri ilə yekun vurdu
 
ADU-da "Buta"nın təqdimat mərasimi keçirildi
 
Sumqayıtda kitab bayramı
 
Narkomaniyaya qarşı mübarizə aylığı
 
Heydelberq Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov