Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

17 Dekabr 2010 - � 49

 

Şagirdlər fəallığı ilə seçilirdilər

Bookmark and Share

Bakıdakı 236 nömrəli orta məktəbin VI sinfində  "Adi kəsrlərin üzərində bütün əməllərə aid  məsələlərin həlli" mövzusunda "açıq dərs" keçirildi. Fənn müəllimi Şəhla Əhmədova bildirdi ki, adi kəsrlərin toplanması, çıxılması, vurulması, bölünməsi, ədədi hissəsinin tapılması şagirdlərin məntiqi, riyazi təfəkkürünü dərinləşdirmək, yazı və nitqdə ümumi, eləcə də riyazi mədəniyyət baxımından çox əhəmiyyətlidir.

Şagirdlərin davamiyyəti yoxlandıqdan sonra motivasiya ilə "açıq dərs"ə start verildi. Şagirdlərə lazım olan vəsaitlər paylandı. Ümumiləşdirici təkrarı aparmaq üçün söz assosiasiyasından istifadə olundu. Kəsrlərin toplanması, çıxılması, vurulması, bölünməsi terminləri yazılmış konvertdən biri şagirdlər tərəfindən seçildi. Həmin termin lövhədə yazılandan sonra 4-5 dəqiqə ərzində bu terminin yaratdığı assosiasiya şagirdlər tərəfindən söylənildi.

Sonra  lövhəyə 8 şagird dəvət olundu və onlar iki qrupa bölündü.  Hər şagirdə üzərində ədəd yazılmış tablo verildi. Şərtə görə, hər şagird qrupda özünün tərs ədədini axtarmağa başladı. Sonra yoldaşlarına seçimin doğru olduğunu izah etməyə çalışdılar.

"Açıq dərs"in növbəti mərhələsində lövhəyə ardıcıl olaraq 4 məsələ yazıldı. Şagirdlər məsələləri həll edərkən stolun üstündəki qırmızı, göy, yaşıl bayraqlardan  istifadə  etdilər. Hər məsələnin   həlli  lövhədə   yazıldı.

Sonra sinifdəki şagirdlər, hər qrupda 4 nəfər olmaqla, 6 qrupa bölündü. Üzvlərin arzusu ilə qrupların lideri seçildi. Hər qrupa üzərində şəkil ("Əkin sahəsi", "Nənə və nəvənin söhbəti", "Neft buruqları", "Dəhşətli günlər", "Azərbaycan xəritəsi", "Qlobus", "Futbol meydançasında")  çəkilmiş vərəqlər təqdim edildi. 

Qruplar üzrə şəkil əsasında məsələ tərtib edildi. Məsələnin həlli üçün ayrılmış vaxt bitəndən sonra şagirdlər tapşırığın həllini yoldaşlarına izah etdilər. Hər qrupun işi digər şagirdlər tərəfindən qiymətləndirildi və məsələlərin  həllinin daha optimal variantı ilə bağlı təkliflər söylənildi. Sonda dərsin yekunlaşdırıcı mərhələsi oldu və izahlı şəkildə evə tapşırıqlar verildi. Şagirdlərin "açıq dərs"dəki fəaliyyəti hazırlanmış meyarlara əsasən qiymətləndirildi.

"Açıq dərs"in sonunda şagirdlərinə məsələlərin həllinə operativ münasibətindən razılıq edən fənn müəllimi Şəhla Əhmədova bildirdi ki, təhsilə göstərilən qayğı onların gələcəkdə Azərbaycanın ləyaqətli vətəndaşı olmalarına yönəlib. Ona görə də siz bütün dərslərinizə beləcə diqqət və məsuliyyətlə yanaşmalısınız ki, qarşıya qoyduğunuz hədəflərə asanlıqla çata biləsiniz. 

Vasif SÜLEYMAN,
foto Ziya ZAKİROĞLUNUNDUR

 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
17 Dekabr 2010 - � 49
"Şagirdlərin ümumtəhsil məktəblərinə qəbulu və yerdəyişməsi haqqında Qaydalar"ın təsdiq edilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Naxçıvan MR təhsil nazirinə, rayon, şəhər təhsil şöbələrinin, idarələrinin müdirlərinə
 
Şagirdlərin ümumtəhsil məktəblərinə qəbulu və yerdəyişməsi haqqında Qaydalar
 
 Parisdə YUNESKO-nun yaradılmasının 65 illiyi ilə bağlı mərasim keçirilib
 
Azərbaycanda innovativ müəllimlər müsabiqəsi elan olundu
 
"Bakı və regionlarda təhsilin keyfiyyətinin yaxşılaşdırılmasında valideynlərin iştirakı" layihəsi ilə bağlı mətbuat konfransı 
 
Müsabiqə qaliblərinə mükafatlar təqdim edildi
 
Mədəniyyət və incəsənət ixtisasları ilə bağlı təkliflər müzakirə olunub
 
Uşaq və yeniyetmələrin elmi-texniki yaradıcılıq müsabiqəsi keçiriləcək
 
NDU-da  Heydər Əliyev Universitetinin növbəti məşğələsi
 
Türkiyənin İğdır şəhərindəki Heydər Əliyev liseyində ümummilli liderin adının yazıldığı lövhənin asılması mərasimi keçirilib
 
"İnkişafın Azərbaycan modeli" kitabının təqdimat mərasimi keçirilib
 
Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasının 80 illik yubileyi qeyd edilib
 
Bir qrup tədqiqatçıya Təhsil Nazirliyinin sertifikatları verildi
 
Səfir tələbələrin yapon dilini öyrənmələrindən razı qalıb
 
Milli TEMPUS İnformasiya Gününə həsr olunmuş konfrans
 
Heydər Əliyevin təhsil strategiyası: Sumqayıt Dövlət Universitetinin dünəni və bu günü
 
Görkəmli alim və yazıçı barədə zəngin biblioqrafik mənbə
 
"Açıq dərs"lər pedaqoji-metodik baxımdan yüksək qiymətləndirildi
 
"Akademik Şəfaət Mehdiyev: böyük elmin və ədəbi düşüncənin vəhdəti" mövzusunda elmi konfrans
 
Müəllimlər İKT üzrə təlimlərin səviyyəsindən razıdırlar
 
2009-2010-cu dərs ilində mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarında coğrafiya fənni üzrə nəticələr barədə
 
Ağstafa rayonu ümumtəhsil məktəblərində tam orta təhsil pilləsi üzrə buraxılış imtahanlarının keyfiyyət  göstəricilərinə görə təhlili
 
Tələbə elmi konfransı
 
İnklüziv təhsil günün tələbidir
 
Məktəbdə döyüşçü haqqında kitabın təqdimatı olub
 
Ölkəmizin Avropa Təlim Fondu ilə əlaqələrinin möhkəmlənməsinə geniş imkan yaranıb
 
Azərbaycan Müəllimlər İnstitutunun beynəlxalq əlaqələri
 
Peşəsinin vurğunu
 
Nanotexnologiyalar və onların texnikada tətbiqi
 
Yetim uşaqlar üçün yaşayış fondu yaradılır
 
Sənətini düzgün seçənlər uğur qazanırlar
 
"Mübarizləri olan Vətən basılmaz"
 
"Vətən mənə oğul desə..."
 
"Milli kurikulum və qiymətləndirmə fəaliyyəti - 2010" mövzusunda beynəlxalq konfrans
 
Şagirdlər fəallığı ilə seçilirdilər
 
Üzeyir Hacıbəylinin yaradıcılığına həsr olunmuş multimedia dərsi
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Məktəb "Ekologiya ili"nə "Gəlin dünyamızı qoruyaq" tədbiri ilə yekun vurdu
 
ADU-da "Buta"nın təqdimat mərasimi keçirildi
 
Sumqayıtda kitab bayramı
 
Narkomaniyaya qarşı mübarizə aylığı
 
Heydelberq Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov