Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

17 Dekabr 2010 - � 49

 

Ağstafa rayonu ümumtəhsil məktəblərində tam orta təhsil pilləsi üzrə buraxılış imtahanlarının keyfiyyət
göstəricilərinə görə təhlili

Bookmark and Share

Mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarının nəticələri kəmiyyət və keyfiyyət göstəricilərinə görə araşdırılıb və bu nömrədən başlayaraq respublikanın bölgələrinin tam orta təhsil səviyyəsi üzrə nəticələri, bu nəticələrin keçən dərs ili ilə müqayisəli təhlili, keyfiyyət və müvəffəqiyyət göstəricilərinin qarşılıqlı vəziyyəti, müxtəlif fənlərin mənimsənilmə səviyyəsi dərc olunaraq, geniş ictimaiyyətə çatdırılacaqdır. Bu nömrədə biz Ağstafa rayonunun nəticələri haqqında məlumat veririk. Məqalənin həcminin yol verdiyi səviyyədə əsasən dörd  məktəbin göstəricilərini diqqətə çatdırırıq, qeyd edək ki,  bütün rayonun məktəbləri haqqında ətraflı məlumat təhsil şöbəsinə təqdim ediləcək.

2010-cu ildə rayonun 34 tam orta ümumtəhsil məktəbini 974 şagird bitirib, onların 947-si (97,23%) buraxılış imtahanlarında iştirak edib və 768 nəfəri (81,10%) yekun nəticəyə görə attestat alıb. Buraxılış imtahanlarında iştirak edən 947 şagirddən  480-i oğlan, 467-si isə qızdır. Şagirdlərin 921-i Azərbaycan bölməsinin, 26 nəfəri isə rus bölməsinin şagirdidir. Bir nəfər şagird (Qarayazı Xəz-Dəri kənd orta məktəbi, kodu 4991850221) səkkiz fənnin hamısından əla qiymət almışdır. Üç nəfər şagird (Köçəskər,Tatlı və Sadıxlı kəndlərindən, kodları 9448922047, 0883104050, 3250084739) isə bütün fənlərdən "2" qiymət almışdır. Ağstafa rayonunun səkkiz fənn üzrə göstəricilərinin respublika üzrə göstəricilərlə müqayisəsi aşağıdakı diaqramdan aydın görünür. Göründüyü kimi, ana dili və fizika fənləri üzrə göstəricilər respublika göstəricilərindən yuxarı, Azərbaycan tarixi və riyaziyyat fənlərindən göstəricilər isə respublika göstəricilərindən aşağıdır.

2008-2009 və 2009-2010-cu dərs illərində mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarının səkkiz fənn üzrə rayonun keyfiyyət göstəricilərinin müqayisəli təhlili aşağıdakı diaqramda verilmişdir. Qrafikdən göründüyü kimi, fənlərin hamısı üzrə irəliləyiş var. Ən çox artım isə ana dili, Azərbaycan tarixi və riyaziyyat fənlərindəndir. 

 

2009-2010-cu dərs ilində mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarında fənlər üzrə yekun göstəricilər

 

Fənlər üzrə yekun göstəricilərə nəzər saldıqda rayonda Azərbaycan tarixi, kimya və coğrafiya fənlərinin digər fənlərə nisbətən daha yaxşı tədris olunduğu müşahidə olunur. Məktəblərdə fənlərin tədrisi vəziyyətini araşdırdıqda 34 məktəbin 80%-də doğrudan da yuxarıda sadalanan fənlərin keyfiyyət göstəriciləri digər fənlərlə müqayisədə yüksəkdir.

Ağstafa rayonu tam orta ümumtəhsil məktəblərinin buraxılış imtahanlarının nəticələrinə görə keyfiyyət və reytinq göstəricilərinin müqayisəli təhlili aşağıdakı cədvəldə verilmişdir.

  (Cədvəli yülə)

Cədvəldən göründüyü kimi, Qaçaq Kərəm kənd və Ağstafa şəhər 2 nömrəli orta məktəbləri reytinq cədvəlində uyğun olaraq, 7 və 12-ci yerləri tutduqları halda, keyfiyyət cədvəlində həmin məktəblər müvafiq olaraq 3 və 5-ci yerləri tuturlar. Bu isə o deməkdir ki, həmin məktəblərin şagirdləri daha çox suala düzgün cavab verərək yüksək qiymətlər alıblar. Əksinə,  Ağstafa şəhər 3 nömrəli və Köçvəlli kənd orta məktəbləri reytinq cədvəlində uyğun olaraq 4 və 8-ci yerləri tutmalarına baxmayaraq, keyfiyyət cədvəlində həmin məktəblər müvafiq olaraq 10 və 22-ci yerləri tuturlar.

Keyfiyyət göstəricisinə görə, məktəblərin sıralanmasında ilk və son iki yeri tutan məktəblərin göstəriciləri  aşağıdakı kimidir:

Texniki humanitar təmayüllü liseydə 43 şagird buraxılış imtahanlarında iştirak etmiş və orta statistik şagird ana dilindən 15,77 suala  (63,07%), riyaziyyatdan 16,93 suala (67,72%), Azərbaycan tarixindən 10,56 suala  (70,39%), fizikadan 5,33 suala (53,26%), kimyadan 6,79 suala (67,91%), biologiyadan 5,95 suala  (59,53%), coğrafiyadan 7,02 suala (70,23%), xarici dildən isə 8,16 suala (54,42%) düzgün cavab vermişdir.

Dağ Kəsəmən kənd 2 nömrəli orta məktəbindən 28 şagird buraxılış imtahanlarında iştirak etmiş və orta statistik şagird ana dilindən 13,71 suala  (54,86%), riyaziyyatdan 14,64 suala  (58,57%), Azərbaycan tarixindən 9,32 suala  (62,14%), fizikadan 4,68 suala  (46,79%), kimyadan 6,71 suala  (67,14%), biologiyadan 5,82 suala  (58,21%), coğrafiyadan 6,18 suala  (61,79%), xarici dildən isə 7,89 suala  (52,62%) düzgün cavab vermişdir.

Tatlı kənd orta məktəbində 18 şagird buraxılış imtahanlarında iştirak etmiş və orta statistik şagird ana dilindən 7,94 suala  (31,78%), riyaziyyatdan 9,72 suala  (38,89%), Azərbaycan tarixindən 5,72 suala  (38,15%), fizikadan 3,83 suala  (38,33%), kimyadan 4,17 suala  (41,67%), biologiyadan 4,00 suala  (40,00%), coğrafiyadan 4,06 suala  (40,56%), xarici dildən isə 4,44 suala  (29,63%) düzgün cavab vermişdir.

Sadıxlı kənd orta məktəbində 36 şagird buraxılış imtahanlarında iştirak etmiş və orta statistik şagird ana dilindən 7,53 suala  (30,11%), riyaziyyatdan 8,75 suala  (35,00%), Azərbaycan tarixindən 5,08 suala  (33,89%), fizikadan 3,33 suala  (33,33%), kimyadan 3,92 suala  (39,17%), biologiyadan 3,17 suala  (31,67%), coğrafiyadan 3,28 suala  (32,78%), xarici dildən isə 4,31 suala  (28,70%) düzgün cavab vermişdir. Məktəblərin 8 fənn üzrə göstəricilərinin rayon göstəriciləri ilə müqayisəli təhlili aşağıdakı qrafikdə  daha aydın görünür.

 

Ağstafa rayonunun və texniki humanitar təmayüllü liseyin səkkiz fənn üzrə keyfiyyət göstəricilərinin müqayisəli təhlili

  

Ağstafa rayonunun və Dağ Kəsəmən kənd 2 nömrəli orta məktəbinin səkkiz fənn üzrə keyfiyyət göstəricilərinin müqayisəli təhlili

  

Ağstafa rayonunun və Tatlı kənd orta məktəbinin səkkiz fənn üzrə keyfiyyət göstəricilərinin müqayisəli təhlili 

 

Ağstafa rayonunun və Sadıxlı kənd orta məktəbinin səkkiz fənn üzrə keyfiyyət göstəricilərinin müqayisəli təhlili

  

2008-2009-cu və 2009-2010-cu dərs illərində buraxılış imtahanlarında fənlər üzrə müqayisəli təhlil göstərir ki, Tatlı kənd orta məktəbində ana dili fənnindən "2" qiymət alanların sayı 29,16% artmış, əksinə, "3" alanların sayı 12,5%, "4" alanların sayı 9,72%, "5" alanların sayı isə 6,94% azalmışdır. Riyaziyyat fənnindən "2" qiymət alanların sayı 6,95%, "3" alanların sayı 11,11% azalmış, "4" alanların sayı 25,00% artmış, "5" alanların sayı isə əksinə, 6,94% azalmışdır. 

Ağstafa rayonu ümumtəhsil məktəblərində 8 fənnin əlamətlər üzrə keyfiyyət göstəriciləri:

  

Cədvəldən göründüyü kimi, orta statistik şagird rayon üzrə ana dili fənnindən sualların 43,78%-nə düzgün cavab vermişdir. Qızların düzgün cavabları 47,58%, Azərbaycan bölməsinin düzgün cavabları isə 43,86% olub rayon göstəricisindən yuxarıdır. Əksinə, rus bölməsinin və oğlanların göstəriciləri rayon göstəricisindən aşağıdır. Cədvələ nəzər salsaq bütün 8 fəndən qızların göstəricilərinin oğlanların və rayonun göstəricilərindən daha yaxşı olduğunu görərik. Bu, aşağıdakı diaqramdan daha aydın görünür.

  

2008-2009 və 2009-2010-cu dərs illərində səkkiz fənni qiymətlər üzrə müqayisə etdikdə bütün fənlərdən "2" qiymət alanların faiz göstəricilərinin aşağı düşdüyünü müşahidə edirik. "2" qiymət alanların sayı Ana dilindən 0,3%, riyaziyyatdan 16,1%, Azərbaycan tarixindən 11,8%, fizikadan 12,6%, kimyadan 10,6%, biologiyadan 10,8%, coğrafiyadan 14% və xarici dildən 15,5% azalmışdır. Bu isə öz növbəsində keçən il ilə müqayisədə müvəffəqiyyət faizinin artmasına təsir etmişdir. 2008-2009-cu dərs ilində 1086 şagirddən 1059 nəfəri imtahanlarda iştirak etmiş və bunlardan 419-u, yəni 39,57%-i, 2009-2010-cu dərs ilində isə 974 şagirddən 947 nəfəri imtahanlarda iştirak etmiş və bunlardan 537-i, yəni 56,71%-i müvəffəqiyyət qazanmışdır. Aşağıdakı cədvəlin köməyi ilə digər qiymətlərə görə də iki ilin müqayisəli təhlilini aparmaq olar.

  (Cədvəli yülə)

 

Təhsil Nazirliyinin Monitorinq

və qiymətləndirmə şöbəsi

 

 
Səhifənin başına qalx "Pedaqoji yazılar" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
17 Dekabr 2010 - � 49
"Şagirdlərin ümumtəhsil məktəblərinə qəbulu və yerdəyişməsi haqqında Qaydalar"ın təsdiq edilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Naxçıvan MR təhsil nazirinə, rayon, şəhər təhsil şöbələrinin, idarələrinin müdirlərinə
 
Şagirdlərin ümumtəhsil məktəblərinə qəbulu və yerdəyişməsi haqqında Qaydalar
 
 Parisdə YUNESKO-nun yaradılmasının 65 illiyi ilə bağlı mərasim keçirilib
 
Azərbaycanda innovativ müəllimlər müsabiqəsi elan olundu
 
"Bakı və regionlarda təhsilin keyfiyyətinin yaxşılaşdırılmasında valideynlərin iştirakı" layihəsi ilə bağlı mətbuat konfransı 
 
Müsabiqə qaliblərinə mükafatlar təqdim edildi
 
Mədəniyyət və incəsənət ixtisasları ilə bağlı təkliflər müzakirə olunub
 
Uşaq və yeniyetmələrin elmi-texniki yaradıcılıq müsabiqəsi keçiriləcək
 
NDU-da  Heydər Əliyev Universitetinin növbəti məşğələsi
 
Türkiyənin İğdır şəhərindəki Heydər Əliyev liseyində ümummilli liderin adının yazıldığı lövhənin asılması mərasimi keçirilib
 
"İnkişafın Azərbaycan modeli" kitabının təqdimat mərasimi keçirilib
 
Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasının 80 illik yubileyi qeyd edilib
 
Bir qrup tədqiqatçıya Təhsil Nazirliyinin sertifikatları verildi
 
Səfir tələbələrin yapon dilini öyrənmələrindən razı qalıb
 
Milli TEMPUS İnformasiya Gününə həsr olunmuş konfrans
 
Heydər Əliyevin təhsil strategiyası: Sumqayıt Dövlət Universitetinin dünəni və bu günü
 
Görkəmli alim və yazıçı barədə zəngin biblioqrafik mənbə
 
"Açıq dərs"lər pedaqoji-metodik baxımdan yüksək qiymətləndirildi
 
"Akademik Şəfaət Mehdiyev: böyük elmin və ədəbi düşüncənin vəhdəti" mövzusunda elmi konfrans
 
Müəllimlər İKT üzrə təlimlərin səviyyəsindən razıdırlar
 
2009-2010-cu dərs ilində mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarında coğrafiya fənni üzrə nəticələr barədə
 
Ağstafa rayonu ümumtəhsil məktəblərində tam orta təhsil pilləsi üzrə buraxılış imtahanlarının keyfiyyət  göstəricilərinə görə təhlili
 
Tələbə elmi konfransı
 
İnklüziv təhsil günün tələbidir
 
Məktəbdə döyüşçü haqqında kitabın təqdimatı olub
 
Ölkəmizin Avropa Təlim Fondu ilə əlaqələrinin möhkəmlənməsinə geniş imkan yaranıb
 
Azərbaycan Müəllimlər İnstitutunun beynəlxalq əlaqələri
 
Peşəsinin vurğunu
 
Nanotexnologiyalar və onların texnikada tətbiqi
 
Yetim uşaqlar üçün yaşayış fondu yaradılır
 
Sənətini düzgün seçənlər uğur qazanırlar
 
"Mübarizləri olan Vətən basılmaz"
 
"Vətən mənə oğul desə..."
 
"Milli kurikulum və qiymətləndirmə fəaliyyəti - 2010" mövzusunda beynəlxalq konfrans
 
Şagirdlər fəallığı ilə seçilirdilər
 
Üzeyir Hacıbəylinin yaradıcılığına həsr olunmuş multimedia dərsi
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Məktəb "Ekologiya ili"nə "Gəlin dünyamızı qoruyaq" tədbiri ilə yekun vurdu
 
ADU-da "Buta"nın təqdimat mərasimi keçirildi
 
Sumqayıtda kitab bayramı
 
Narkomaniyaya qarşı mübarizə aylığı
 
Heydelberq Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov