Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

24 Dekabr 2010 - 50

 

"Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (de-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)"na həsr olunmuş beynəlxalq konfrans

Bookmark and Share

Dekabrın 23-də "Ambassador" otelində "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (de-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)"  çərçivəsində "2010-cu ilin yekunları və qarşıda  duran vəzifələr" mövzusunda beynəlxalq konfrans keçirildi. Konfransda  Təhsil Nazirliyinin, Nazirlər Kabinetinin, YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin işçiləri, millət vəkilləri, müvafiq təşkilatların və xarici qurumların əməkdaşları iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov  bildirdi ki, uşaqların rifahının yüksəldilməsi ilə bağlı məsələlər Azərbaycan hökumətinin  daim diqqət mərkəzində olub. Ümummilli liderimiz Heydər Əliyevin uşaqların müdafiəsi sahəsində əsasını qoyduğu ənənələr bu gün Azərbaycan Prezidenti İlham Əliyev və ölkənin birinci xanımı Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir. Son illərdə ölkə iqtisadiyyatının dinamik inkişafı, sosial sahələrə diqqətin artırılması, regionların inkişafı, yoxsulluq səviyyəsinin minimuma enməsi hər bir ailənin sosial rifahının yaxşılaşmasına, uşaqların hüquqlarının qorunmasına yönəlmiş proqramların həyata keçirilməsinə əlverişli şərait yaradıb.

Nazir konfrans iştirakçılarının diqqətinə çatdırdı ki, hər ilin sonunda Təhsil Nazirliyi tərəfindən "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (de-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)"nın icrası ilə bağlı yekun hesabat konfransı  keçirilir və bu, artıq 4-cü konfransdır.

Qeyd olundu ki, Dövlət Proqramının səmərəli icrasını təmin etmək üçün risk qrupuna daxil olan ailələrin övladlarının, sağlamlıq imkanları məhdud uşaqların müəssisələrə düşməsinin qarşısının alınması, uşaqların ailə mühitində yaşamaq hüququnun təmin edilməsi, uşaqların ehtiyaclarına uyğun xidmətlərə yönəldilməsi, ailələrinə verilmiş və ya alternativ qayğıya cəlb olunmuş uşaqların vəziyyətinin mütəmadi monitorinqinin həyata keçirilməsi, təhsildən yayınmış uşaqların təhsilə cəlb edilməsi və digər kompleks tədbirlər həyata keçirilməlidir. Bunun üçün isə ölkədə vahid Uşaq Müdafiəsi Sistemi yaradılmalıdır.

2007-ci ildə BMT-nin Baş katibi "Uşaqlara qarşı zorakılığın öyrənilməsi"nə həsr edilmiş araşdırmanın nəticələri barədə hesabatında da qeyd etmişdir ki, uşaqlara qarşı baş verən neqativ amilləri aradan qaldırmaq, onların müdafiəsini təmin etmək və hüquqlarını qorumaq məqsədilə hər bir ölkə Milli Uşaq Müdafiəsi Sisteminə malik olmalıdır. Azərbaycanda da belə bir sistemin yaradılması istiqamətində işlərə başlanılıb.

Dövlət Proqramından irəli gələn bir sıra mühüm vəzifələrin kompleks şəkildə yerinə yetirilməsinin zəruriliyini, dövlət uşaq müəssisələrinin fəaliyyətinin Dövlət Proqramının vəzifələrinə uyğun qurulmasının vacibliyini, uşaqların müdafiəsi ilə bağlı qurumlararası koordinasiyanın effektiv şəkildə təmin edilməsinin vacibliyini nəzərə alaraq,  Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 yanvar 2010-cu il tarixli qərarına əsasən "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (de-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)"nın səmərəli idarə olunmasının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəzdindəki İşçi Qrupunun bazasında Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəzdində De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsi yaradılıb. Azərbaycan hökumətinin bu qərarı ölkədə uşaqların müdafiəsi sahəsində atılan daha bir uğurlu addım kimi qiymətləndirilir.

Artıq  adıçəkilən Dövlət Proqramı çərçivəsində uşaqların ailədə yaşamaq hüququnun təmin edilməsi və uşaqların müdafiəsi ilə bağlı irihəcmli layihələrin icrasına başlanıb. Bunlardan biri də Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və YUNİSEF tərəfindən birgə həyata  keçirilən "Uşaqların ailələrə verilməsi və alternativ qayğı ilə əhatə olunması mexanizminin yaradılması" layihəsidir. Layihənin həyata keçirilməsi üçün qeyd olunan təşkilatlar arasında 9 mart 2010-cu il tarixində imzalanmış birgə əməkdaşlıq haqqında Anlaşma Memorandumu 2010-cu il 24 may tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilib. Layihənin məqsədi pilot seçilmiş rayonda uşaqların bioloji və ya alternativ ailələrə verilməsi və alternativ qayğıya cəlb edilməsi,  risk qrupuna daxil olan uşaqların müəssisəyə düşməsinin  qarşısının alınması üçün yerli səviyyədə uşaqların müdafiəsinin təmin edilməsidir.

Dövlət Proqramı çərçivəsində ailəni əvəz edən alternativ xidmətlərin yaradılması işinə başlanıldığını deyən Misir Mərdanov qeyd etdi ki,  16 mart 2010-cu il tarixində Təhsil Nazirliyi ilə Avstriyanın "Hilfsverk Avstriya" təşkilatı arasında "Yerli hakimiyyət orqanları ilə qeyri-hökumət təşkilatları arasında himayədar (foster) qayğı və ailə əsaslı xidmətlər üzrə əməkdaşlıq modelinin işlənib hazırlanması" layihəsinin həyata keçirilməsi məqsədilə Qrant Sazişi imzalanıb. Qrant Sazişi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 may 2010-cu il tarixli Sərəncamı ilə təsdiq edilib. Layihə Avropa Komissiyası və Avstriyanın "Hilfsverk Avstriya" təşkilatının maliyyə dəstəyi ilə həyata keçirilir. Layihənin məqsədi Azərbaycanda alternativ qayğı növü olan himayədar (foster) ailə sisteminin yaradılmasıdır. Layihə çərçivəsində himayədar ailələrin və uşaqların seçim meyarları, himayədar ailələrin maliyyələşdirmə mexanizmləri hazırlanacaqdır.

Məlumat üçün bildirildi ki, Bakının Xəzər rayonu ərazisindəki internat-məktəblərdə yaşayan və övladlığa verilməsi mümkün olmayan, himayədar ailələrə veriləcək 50 uşaq və 50 himayədar ailə seçiləcəkdir. Bununla yanaşı, övladlıq, qəyyumluq və ya himayədar ailələrə verilməsi mümkün olmayan uşaqlar üçün ailə tipli kiçik qrup evi, həmçinin övladlığa, qəyyumluğa və himayəyə veriləcək uşaqlar və bununla bağlı namizəd ailələr üzrə məlumat bankı yaradılacaqdır. Hazırda  həmin  məqsədlə  məlumatlar toplanılır. Layihə çərçivəsində "Hilfsverk Avstriya" təşkilatı tərəfindən  cəlb edilmiş beynəlxalq ekspertin iştirakı ilə "Himayədar (foster) qayğı xidmətlərinin standart və qaydaları", "Ailə tipli kiçik qrup evlərinin standart və qaydaları" adlı sənəd layihələri hazırlanıb. Hazırlanmış sənədlərin layihələri ilə bağlı müzakirələr aparılır.

Dövlət Proqramının Tədbirlər Planına əsasən qarşıda duran vəzifələrdən biri də dövlət uşaq müəssisələrində çalışan  işçi heyətinin peşə yönümünü dəyişməklə onların sosial işçi kimi hazırlanması, onlara müvafiq təlimlərin keçirilməsidir. Bu məqsədlə 2010-2011-ci  tədris ilində Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda "Sosial iş" ixtisası üzrə 9 aylıq kurs təşkil edilib. Dövlət uşaq müəssisələrində tərbiyəçi vəzifəsində çalışanlar arasından 16 nəfər seçilərək kursa cəlb olunub.

Övladlarına qayğı göstərə bilməyən ailələrin və onların uşaqlarının rifahının yaxşılaşdırılması, onların müəssisələrə düşməsinin qarşısının alınması məqsədilə yerlərdə uşaqlara və ailələrə dəstək xidmətləri yaradılması haqqında danışan nazir  bununla  bağlı Təhsil Nazirliyi tərəfindən bir sıra işlərin görüldüyünü bildirdi. Qeyd etdi ki,  risk qrupuna daxil olan sağlamlıq imkanları məhdud uşaqlar üçün Bərdə şəhərindəki internat-məktəbin, Sabunçu rayonundakı 11 nömrəli xüsusi internat-məktəbin və Suraxanı rayonu 2 nömrəli uşaq evinin nəzdində günərzi qayğı, Xəzər rayonundakı valideyn himayəsindən məhrum uşaqlar üçün Respublika yardımçı internat-məktəbin nəzdində isə reabilitasiya-inkişaf mərkəzi yaradılıb. Həmin  mərkəzlərin binaları Təhsil Nazirliyi tərəfindən yenidən qurulub və əsaslı təmir edilib. Eyni zamanda mərkəzlərə inkişafetdirici təlim materialları, reabilitasiyayönümlü avadanlıqlar verilib. Mərkəzlərin yaradılması ilə 268 nəfər uşağın dövlət uşaq müəssisələrinə yerləşdirilməsinin qarşısı alınıb.

De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsi tərəfindən övladlığa uşaq götürmək arzusunda olan vətəndaşların və övladlığa verilməsi mümkün olan uşaqların siyahısı dəqiqləşdirilib və Təhsil Nazirliyində məlumat bazası yaradılıb. Son 6 ay ərzində Təhsil Nazirliyinin övladlığa götürülən uşaqların mərkəzləşdirilmiş siyahısında olan 14-17 yaşlı 8 uşaq övladlığa verilib. Təhsil Nazirliyində övladlığa götürülməsi mümkün olan uşaqların mərkəzləşdirilmiş qeydiyyatında hazırda 27 uşaq var. Onlardan 18-i  14-17 yaşlı, 9-u isə 5-11 yaşlı sağlamlıq imkanları məhdud olan uşaqlardır. Eyni zamanda idarənin əməkdaşları yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaları ilə birlikdə övladlığa, himayəyə və öz bioloji ailələrinə verilmiş uşaqlara nəzarətin təşkili və onların vəziyyətinin dövri monitorinqinin aparılmasını həyata keçirirlər.

 Nazir Misir Mərdanov çıxışında konfrans iştirakçılarının nəzərinə  onu da çatdırdı ki, Təhsil Nazirliyinin nəzdində dövlət uşaq müəssisələrində yaşayan uşaqlar barədə daim yenilənən məlumat bazası yaradılıb. Bazaya daxil edilmiş məlumatlara əsasən, hazırda 46 dövlət uşaq müəssisəsində 9874  uşaq təlim-tərbiyə alır. Onlardan 6014-ü yalnız təhsil alır. Qalan 3860-ı müəssisədə təhsil alır və gecələyir. Müəssisədə gecələməsinə baxmayaraq, onların 86 faizi müəssisəyə müvəqqəti olaraq yerləşdirilmiş uşaqlardır.  Hər şənbə və bazar günləri evə gedənlərin sayı 1356,  hərdənbir evə gedənlərin sayı 1914, daim müəssisədə yaşayıb evə getməyən uşaqların sayı isə 590 nəfərdir. Müəssisədə yaşayan uşaqların əksəriyyəti (yəni 3109 nəfəri)   7-16 yaşlı uşaqlardır. Bununla yanaşı, müəssisədə gecələyən 3860 uşaqdan 1473 nəfəri sağlamlıq imkanları məhdud olan uşaqlardır. Dövlət uşaq müəssisələrindəki uşaqların təlim-tərbiyəsi ilə 2530 nəfər pedaqoji işçi məşğul olur. 

Görülən işlərin nəticəsi olaraq dövlət uşaq müəssisələrindəki uşaqların sayı ilbəil azalır. Belə ki, onların sayı  2008-ci ildə 4055, 2009-cu ildə 3945, 2010-cu ildə isə 3860 nəfər olub.

Təhsil naziri Misir Mərdanov çıxışında onu da söylədi ki,  ölkəmizdə de-institutlaşma və uşaqların müdafiəsi sahəsində həyata keçirilən islahatlar Avropa Sosial Şəbəkəsi tərəfindən yüksək qiymətləndirilib və 2010-cu ildə Avropa Sosial Şəbəkəsinin İnternet saytında yerləşdirilən "Azərbaycanda de-institusionalizasiya səylərinə dəstək" adlı məqalə təşkilatın 28 üzv dövlətinə təbliğat məqsədilə göndərilib. Bununla yanaşı, ölkənin birinci xanımı Mehriban Əliyevanın Dövlət Proqramına xüsusi diqqət və qayğısını əks etdirən sənədli filmin təbliğat məqsədilə Avropa Sosial Şəbəkəsi təşkilatının saytına yerləşdirilməsi qərarlaşdırılıb. 

Ötən müddət ərzində görülən işlər barəsində konfrans iştrakçılarına ətraflı məlumat verən nazir qarşıda duran vəzifələrdən də söz açdı. Misir Mərdanov bu vəzifələrin proqramın icrasına məsul digər qurumlarla sıx əməkdaşlıq şəraitində həyata keçiriləcəyinə ümidvar olduğunu bildirdi.

Konfransda iştirak edən millət vəkilləri Hadı Rəcəbli, Qənirə Paşayeva, YUNİSEF-in Azərbaycandakı nümayəndəsi  Mark Herevard, Nazirlər Kabinetinin Elm, mədəniyyət, təhsil və sosial problemlər şöbəsinin müdir müavini Qurban Əmirov və başqaları çıxış edərək  Dövlət Proqramının əhəmiyyətindən danışdılar.

Konfransdan sonra mövzu ilə bağlı Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda elmi- praktik seminarın keçiriləcəyi də  tədbir iştirakçılarının nəzərinə  çatdırıldı. 

Şakir CƏFƏROV

 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

24 Dekabr 2010 - 50

Prezident İlham Əliyev "Jurnalistlərin dostu" mükafatına ən layiqli namizəd hesab edilib
 
Doktorantların  və gənc tədqiqatçıların XV Respublika elmi konfransının yekunları barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
İxtisasartırma təhsilinin Kurikulum Çərçivəsinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Akademik Ramiz Mehdiyevin "Azərbaycan - 2003-2008: Zaman haqqında düşünərkən" kitabı qazax dilində çapdan çıxıb
 
Nazirlər Kabineti "Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və elmi  təşkilatların Siyahısı"nı təsdiq edib
 
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Tbilisidə xeyriyyə aksiyası keçirilib
 
"Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (de-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)"na həsr olunmuş beynəlxalq konfrans
 
Bakı Dövlət Universitetində akademik Şəfaət Mehdiyevin 100 illik yubileyinə həsr olunmuş respublika elmi konfransı keçirilib
 
Azərbaycan Diplomatik Akademiyasında xaricdə təhsil alan fəlsəfə doktorlarının üçüncü illik seminarı
 
Azərbaycanda təhsilə dövlət büdcəsindən ayrılan vəsaitlər və ali təhsildə yeni maliyyələşdirmə mexanizminin  tətbiqi ilə bağlı mövcud vəziyyət
 
2009-2010-cu dərs ilində mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarında kimya fənni üzrə nəticələr barədə
 
Qəbələ rayonu ümumtəhsil məktəblərində tam orta təhsil pilləsi üzrə buraxılış imtahanlarının keyfiyyət göstəricilərinə görə təhlili
 
"Xaricdə təhsil" sərgisi
 
M.Lomonosov adına MDU-nun Bakı filialında "Müasir riyazi təhsilin problemləri" mövzusunda "dəyirmi masa" keçirilib
 
Versal Akademiyasının əməkdaşları AMİ-nin Qazax filialında olublar
 
"Açıq qapı - İnstitut günü"
 
Şərurun yeni və müasir tipli təhsil ocaqları
 
Akademik Abel Məhərrəmov Koreya Respublikasında səfərdə olub
 
İnformasiya müharibəsində erməni təbliğatına sarsıdıcı zərbə
 
NDU-da beynəlxalq simpozium
 
Əməkdaşlıq müqaviləsi imzalanıb
 
Kamil alim, ustad müəllim, Vətənə bağlı ziyalı
 
Məktəbdə onlayn "Qaynar xətt" xidməti təşkil etmişik
 
Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və elmi təşkilatların siyahısı
 
Şagirdlər İKT biliklərinə həvəslə yiyələnirlər
 
"Açıq dərs" kurikulumun tələblərinə cavab verdi
 
Ədəbiyyat dərsliklərimiz
 
Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün ədəbiyyat fənni kurikulumu (V-XI siniflər)
 
Azərbaycanın Milli Qəhrəmanları
 
"Sağlam həyat tərzi-sağlam gələcəyə zəmanətdir"
 
Bağçada "Təbiəti qoruyaq" mövzusunda "açıq məşğələ"
 
Öyrədənlər öyrədilir
 
"Birincilərin" hesabat konserti oldu
 
"Vətənin igidləri"
 
Ədəbi-bədii kompozisiya
 
Cəsur təyyarəçi, vətənpərvər gənc
 
Məktəblilərin idman uğurları
 
Dünya universitetləri: Uorvik Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov