Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

24 Dekabr 2010 - 50

 

NDU-da beynəlxalq simpozium

Bookmark and Share

Naxçıvan Dövlət Universitetində "Sivilizasiyaların dialoqu: Nil çayından Araz vadisinədək" mövzusunda beynəlxalq simpozium keçirilmişdir.

Misir Ərəb Respublikasının Azərbaycandakı Mədəniyyət Mərkəzi və Qahirə Universiteti ilə birgə gerçəkləşdirilən simpozium Universitet Televiziyasının hazırladığı tanıtma filminin ərəb dilində nümayişi ilə öz işinə başlamışdır.

Simpoziumu giriş sözü ilə açan rektor, akademik İsa Həbibbəyli "Araz hövzəsi sivilizasiya: Gəmiqayadan Ağrıdağadək" mövzusunda ətraflı məruzə etmişdir. Məruzədə Naxçıvanda sivilizasiyanın tarixinin b.e.ə. V minilliyə söykənməsi, burada ilk insan məskunlaşması, şəhərsalma mədəniyyəti, aqrar sahənin inkişafı ilə bağlı qədim tarixə söykənən əsaslı faktlar və arxeoloji tapıntılar, toponimlər mövcud olmasından bəhs olunmuşdur. Millət vəkili dünya tarixinin beşiyi sayılan qədim Misirlə Azərbaycanı qohum sivilizasiyaların birləşdirməsindən, Azərbaycan müstəqillik əldə etdikdən sonra sivilizasiyalararası dialoqun inkişafı istiqamətində uğurlu dövlət siyasətindən, beynəlxalq simpoziumun mühüm əhəmiyyətindən söz açmışdır.

Sonra Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun simpozium iştirakçılarına təbrik məktubu oxunmuşdur. Təbrik məktubunda qədim Şərq tarixinin, mədəniyyətinin qovuşduğu iki ölkə arasında siyasi, iqtisadi, sosial, mədəni tərəfdaşlığın inkişafı baxımından simpoziumun əhəmiyyəti qeyd olunmuşdur.

Misir Ərəb Respublikasının Azərbaycandakı Mədəniyyət Mərkəzinin rəhbəri Adil Dərviş "Ölkələrarası əlaqələrin möhkəmləndirilməsində sivilizasiyaların rolu" mövzusunda məruzəsində ümummilli lider Heydər Əliyev və Misir Prezidenti Hüsnü Mübarəkin iki dövlət arasında siyasi müttəfiqliyin inkişafındakı rolundan, ortaq Şərq tarixinin, mədəniyyətinin öyrənilməsi sahəsində görülən mühüm işlərdən danışmışdır.

Plenar iclasda AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin "Naxçıvan ərazisində sivilizasiya mədəniyyətinin öyrənilmə zərurəti", qurumun Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunun direktor müavini Hacı Qadir Qədirzadənin "Araz hövzəsi sivilizasiyada Naxçıvan", AMEA-nın Ədəbiyyat İnstitutunun direktor müavini Teymur Kərimlinin "Sivilizasiyalararası ədəbi əlaqələr", universitetin Hüquq fənləri kafedrasının müdiri, tarix elmləri namizədi, dosent Şükür Məmmədovun "Çaylararası sivilizasiyalarda qanunnamələr", Misir Ərəb Respublikasının Qahirə Universitetinin ədəbiyyat fakültəsinin dekan müavini, professor Ömər Sabir Əbdülcəlilin "Misir sivilizasiyası və çevrə ölkələrindəki sivilizasiyalar ortaq mədəniyyətə nümunə kimi", universitetin koreyalı tələbəsi, Azərbaycan dili və ədəbiyyat ixtisası üzrə IV kursda təhsil alan Ryu Hi Canın "Nuhun tufanı hadisəsi və Asiyada tufanla bağlı miflər" mövzularında məruzələri dinlənilmişdir.

Simpozium "Tarix-mədəni əlaqələr" və "Sivilizasiyalararası əlaqələr" adlı bölmə iclasları ilə işini davam etdirmişdir.

Yekun iclas universitetin ərəb dili və ədəbiyyatı ixtisası üzrə I kurs tələbələrinin ərəb dilində çıxışları, bədii qiraətləri ilə başlamışdır. Bölmə rəhbərləri - professor Adil Dərviş və AMEA-nın müxbir üzvü Hacı Qadir Qədirzadənin hesabatları dinlənilmiş, simpoziumun fəaliyyəti yüksək dəyərləndirilmişdir.

Simpozium qonaqların qədim Misirlə bağlı tanıtma filmini nümayiş etdirməsilə öz işini yekunlaşdırmışdır. 

Mehriban SULTAN

 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

24 Dekabr 2010 - 50

Prezident İlham Əliyev "Jurnalistlərin dostu" mükafatına ən layiqli namizəd hesab edilib
 
Doktorantların  və gənc tədqiqatçıların XV Respublika elmi konfransının yekunları barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
İxtisasartırma təhsilinin Kurikulum Çərçivəsinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Akademik Ramiz Mehdiyevin "Azərbaycan - 2003-2008: Zaman haqqında düşünərkən" kitabı qazax dilində çapdan çıxıb
 
Nazirlər Kabineti "Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və elmi  təşkilatların Siyahısı"nı təsdiq edib
 
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Tbilisidə xeyriyyə aksiyası keçirilib
 
"Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (de-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)"na həsr olunmuş beynəlxalq konfrans
 
Bakı Dövlət Universitetində akademik Şəfaət Mehdiyevin 100 illik yubileyinə həsr olunmuş respublika elmi konfransı keçirilib
 
Azərbaycan Diplomatik Akademiyasında xaricdə təhsil alan fəlsəfə doktorlarının üçüncü illik seminarı
 
Azərbaycanda təhsilə dövlət büdcəsindən ayrılan vəsaitlər və ali təhsildə yeni maliyyələşdirmə mexanizminin  tətbiqi ilə bağlı mövcud vəziyyət
 
2009-2010-cu dərs ilində mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarında kimya fənni üzrə nəticələr barədə
 
Qəbələ rayonu ümumtəhsil məktəblərində tam orta təhsil pilləsi üzrə buraxılış imtahanlarının keyfiyyət göstəricilərinə görə təhlili
 
"Xaricdə təhsil" sərgisi
 
M.Lomonosov adına MDU-nun Bakı filialında "Müasir riyazi təhsilin problemləri" mövzusunda "dəyirmi masa" keçirilib
 
Versal Akademiyasının əməkdaşları AMİ-nin Qazax filialında olublar
 
"Açıq qapı - İnstitut günü"
 
Şərurun yeni və müasir tipli təhsil ocaqları
 
Akademik Abel Məhərrəmov Koreya Respublikasında səfərdə olub
 
İnformasiya müharibəsində erməni təbliğatına sarsıdıcı zərbə
 
NDU-da beynəlxalq simpozium
 
Əməkdaşlıq müqaviləsi imzalanıb
 
Kamil alim, ustad müəllim, Vətənə bağlı ziyalı
 
Məktəbdə onlayn "Qaynar xətt" xidməti təşkil etmişik
 
Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və elmi təşkilatların siyahısı
 
Şagirdlər İKT biliklərinə həvəslə yiyələnirlər
 
"Açıq dərs" kurikulumun tələblərinə cavab verdi
 
Ədəbiyyat dərsliklərimiz
 
Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün ədəbiyyat fənni kurikulumu (V-XI siniflər)
 
Azərbaycanın Milli Qəhrəmanları
 
"Sağlam həyat tərzi-sağlam gələcəyə zəmanətdir"
 
Bağçada "Təbiəti qoruyaq" mövzusunda "açıq məşğələ"
 
Öyrədənlər öyrədilir
 
"Birincilərin" hesabat konserti oldu
 
"Vətənin igidləri"
 
Ədəbi-bədii kompozisiya
 
Cəsur təyyarəçi, vətənpərvər gənc
 
Məktəblilərin idman uğurları
 
Dünya universitetləri: Uorvik Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov