Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

24 Dekabr 2010 - 50

 

Ədəbiyyat dərsliklərimiz

Bookmark and Share

Ölkəmiz müstəqillik əldə etdikdən sonra cəmiyyətimizin demokratikləşməsi istiqamətində görülən tədbirlər təhsil sahəsində də müasir ideyaların meydana çıxmasına, beynəlxalq təcrübənin öyrənilməsinə, təhsilin forma və məzmunca yeniləşməsinə geniş şərait yaratmışdır. Təhsil Nazirliyi bu sahədə səmərəli təşəbbüslər göstərmiş, yeni nəsil dərsliklərin yaradılmasına nail olmaq üçün bütün imkanları səfərbər etmişdir. Məhz bunun nəticəsində təlimin məqsədlərinə uyğun olaraq müəyyən tədris fənninin elmi əsaslarını izah edən yeni-yeni dərsliklər tərtib olunmuşdur.

Gənc nəslin hərtərəfli şəxsiyyət kimi formalaşmasında, onun mənəvi aləminin zənginləşməsində, idrakının kamilləşməsində, nitqinin inkişaf etdirilməsində ədəbiyyat fənninin böyük rolu olduğu hamıya məlumdur. Bu cəhətdən də ədəbiyyat ümumtəhsil məktəblərinin tədris fənləri arasında çox mühüm yer tutur.

Azərbaycanda ədəbiyyatdan dərs vəsaitinin hazırlanmasından bir əsrə yaxın vaxt keçir. Bu müddət ərzində dərsliklər diqqətəlayiq inkişaf yolu keçmişdir. İndi əlimizdə olan dərs vəsaitləri məhz bu varislik, həmçinin beynəlxalq təcrübə əsasında hazırlanmışdır. 

Öncə pilot məktəblər üçün nəzərdə tutulmuş, hazırda isə bütün ümumtəhsil məktəblərinin V və VI siniflərində tədris olunan ədəbiyyat dərslikləri (müəllifləri S.Hüseynoğlu, B. Həsənli, Ə. Quliyev) haqqında fikirlərimizi bölüşmək istəyirik.

Təlimin məqsədinin düzgün müəyyənləşdirilməsi məktəbdə tədris olunan hər hansı fənn üzrə şagirdlərə hansı biliklərin veriləcəyini və nə həcmdə olacağını təsəvvür etməyə, birinci dərəcəlini ikinci dərəcəlidən fərqləndirməyə və seçməyə imkan verir. 

Ədəbiyyat fənni üzrə məktəb kursunun məzmununu düzgün müəyyənləşdirmək ədəbiyyat tədrisinin əsas meyarlarından biri və başlıcasıdır. Bu baxımdan, adıçəkilən dərslikləri uğurlu hesab etmək olar. Belə ki, həmin dərsliklərə daxil edilən mövzular şagirdlərin yaş səviyyəsinə uyğun olmaqla yanaşı, gənc nəslin ədəbi təhsili, tərbiyəsi, inkişafı vəzifələrinin yerinə yetirilməsi məqsədinə yönəldilmişdir və müasir tələblərə cavab verir. Konkret təlim materialları, bədii nümunələrlə ətraflı tanışlıq bir daha göstərir ki, müəlliflər şagirdlərin mütaliəyə marağını da nəzərə almış, ədəbiyyat dərslərinin canlı, yaradıcı keçməsi üçün möhkəm təməl yaratmışlar. Tədris üçün seçilmiş əsərlər öz ideya-bədii məzmunu, mənəvi-əxlaqi problematikası ilə şagirdlərin müasir düşüncə tərzinə malik şəxsiyyət, humanist, demokratik dəyərlərə yiyələnmiş, ümumbəşəri dəyərlərə hörmət bəsləyən bir insan kimi formalaşdırılması üçün geniş imkanlar açır.

Bədii nümunələrin müasir tələblərə, şagirdlərin qavrama xüsusiyyətlərinə uyğun olaraq daha anlaşıqlı təqdim olunması da diqqəti cəlb edir.

Məktəbdə ədəbiyyat tədrisinin məqsədi odur ki, şagird bədii söz sənətini dərindən dərk etsin, oxuduğu əsəri öz səviyyəsində bədii sənətkarlıq cəhətdən qiymətləndirməyi bacarsın. Məhz bu baxımdan müəlliflər dərslikləri hazırlayarkən şagirdlərə veriləcək biliyin zəruriliyini və həcmini diqqət mərkəzində saxlamışlar.

Dərslikdə hansısa ədəbi-nəzəri problem, sənətkarın yaradıcılıq xüsusiyyəti, bu və ya digər bədii əsərin təhlili ardıcıl, sistemli şəkildə aydın, sadə dillə şərh edilməli, elmi-ədəbi faktlar bir-biri ilə üzvi şəkildə bağlanmalıdır. Əvvəlki sonrakının izahına zəmin hazırlamalı, sonrakı əvvəlkini tamamlamalıdır. Məhz bu amilə əsaslanan müəlliflər hər bir proqram materialının öyrənilməsi üçün xüsusi əhəmiyyət kəsb edən "Mövzunun öyrənilməsinə hazırlıq" başlıqlı mətn vermişlər. Bu mətnə mövzunun şagirdlər tərəfindən daha fəal mənimsənilməsinə zəmin yaradan müəllif  və əsərlə bağlı zəruri məlumat, əsərin ilkin oxusu və qavranılması ilə bağlı izahlar, suallar daxil edilmişdir. Mövzunun öyrənilməsi üçün hazırlıq mətnindən sonra bilavasitə öyrənilən əsərin mətni verilmişdir. Mətnlər pedaqoji tələblər baxımından işlənmiş, zəruri ixtisarlar aparılmışdır. İxtisarlar aparılarkən əsas fikir, məzmun, ideya saxlanılmışdır ki, bu da mühüm şərtlərdən biridir.

 Mətnin məzmununun mənimsənilməsindən sonra görüləcək işlər sual və tapşırıqlarda, "Oxuyun. Fikirləşin. Cavab verin" bölmələrində öz əksini tapmışdır. Sual və tapşırıqlar təsdiqləyici deyil, düşündürücü xüsusiyyətə uyğun olaraq hazırlanmışdır.

Məktəbliləri yaradıcı təfəkkür fəaliyyətinə cəlb etmək üçün müəlliflər görülən işlərlə kifayətlənməmiş, daha məqsədyönlü iş aparılmasını təmin etmək üçün dərsliyə "Müstəqil iş üçün", "Sinifdənxaric oxu üçün" başlıqlı bölmələr də daxil etmişlər.

Ədəbiyyat  nəzəriyyəsi  ədəbiyyatın əlifbasıdır. Ədəbiyyat nəzəriyyəsini dərindən bilmədən bədii ədəbiyyatı yaxşı öyrənmək olmaz. Adıçəkilən dərsliklərdə layla, bayatı, tapmaca, nağıl, şeir, peyzaj, hekayə, mövzu, yazıçı niyyəti, süjet , təmsil, şeir vəznləri və s. haqqında verilən mətnlər şagirdlər üçün çox faydalıdır.  

Ədəbiyyat dərsliklərində interaktiv təlim imkanlarının reallaşdırılmasına, eyni mövzu, problem üzrə biliklərin inteqrasiya zəminində mənimsədilməsinə mühüm tələb kimi yanaşılmışdır. Bu məqsədlə mövzunun öyrənilməsi zamanı fəndaxili və fənlərarası əlaqələr diqqət mərkəzində saxlanılmış, bu istiqamətdə xüsusi sual və tapşırıqlar sistemi işlənilmişdir. Bundan başqa cütlərlə, qruplarla işləmək üçün müəyyən tapşırıqlar da verilmişdir. 

Dərsliklərdə ifadəli oxu ilə bağlı verilən tapşırıq və tövsiyələr həm şagirdlərin, həm də müəllimin fəaliyyətinin  səmərəli keçməsinə imkan yaratmışdır. Bu istiqamətdəki işin bünövrəsi V sinfin dərsliyində qoyulmuş  və  VI  sinfin dərsliyində  davam etdirilmişdir.

Etiraf edək ki, ibtidai sinifdən beşinciyə adlayan şagirdlərin ifadəli oxu barədə nə məlumatı, nə də praktik bacarığı olur. Amma "İfadəli oxuya hazırlaşın"  başlığı ilə verilən mətnlərdən aydın olur ki, hər sözün, hər misranın mənasını başa düşmədən, bədii mətndə ifadə olunan hisslərə şərik çıxmadan ifadəli oxumaq mümkün deyil. Bu mühüm fikrin şagirdlərin başa düşəcəyi şəkildə şərhi dərsliyin oxucularında razılıq hissi doğurur.

Pedaqoji-psixoloji tələblərlə yanaşı, dərsliyin oxunaqlı, cəlbedici olmasında bədii tərtibatın, poliqrafik tələblərin gözlənilməsi də mühüm şərtdir, eyni zamanda tərbiyə vasitəsidir. Estetika ilə üzvi şəkildə bağlıdır. Məhz poliqrafik tələblərin gözlənilməsi insana bədii zövq verir, onun qəlbinə incə hissləri aşılayır.

Bu baxımdan ədəbiyyat dərslikləri tərtibatı ilə şagirdlərin zövqünü oxşamalı, onlarda ilkin estetik zövq oyatmalı və inkişaf etdirməlidir. Müəlliflər məhz bunu nəzərə alaraq dərsliklərində tərtibata xüsusilə nəzər yetirmişlər. Istər üz qabığında, istərsə də şair və yazıçıların portretlərində, onların əsərlərinə çəkilmiş illüstrasiyalarda diqqətli olmuşlar. Verilmiş illüstrasiyalar məlumatlarla, mətnlə bilavasitə əlaqəlidir və əlavə informasiya verir. 

Xəyalə QƏNBƏROVA,
Elçin MANAFOV,
Bakıdakı R.Hüseynov adına
49 nömrəli "İntellekt" məktəb-liseyin
Azərbaycan dili və ədəbiyyat müəllimləri

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

24 Dekabr 2010 - 50

Prezident İlham Əliyev "Jurnalistlərin dostu" mükafatına ən layiqli namizəd hesab edilib
 
Doktorantların  və gənc tədqiqatçıların XV Respublika elmi konfransının yekunları barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
İxtisasartırma təhsilinin Kurikulum Çərçivəsinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Akademik Ramiz Mehdiyevin "Azərbaycan - 2003-2008: Zaman haqqında düşünərkən" kitabı qazax dilində çapdan çıxıb
 
Nazirlər Kabineti "Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və elmi  təşkilatların Siyahısı"nı təsdiq edib
 
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Tbilisidə xeyriyyə aksiyası keçirilib
 
"Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (de-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)"na həsr olunmuş beynəlxalq konfrans
 
Bakı Dövlət Universitetində akademik Şəfaət Mehdiyevin 100 illik yubileyinə həsr olunmuş respublika elmi konfransı keçirilib
 
Azərbaycan Diplomatik Akademiyasında xaricdə təhsil alan fəlsəfə doktorlarının üçüncü illik seminarı
 
Azərbaycanda təhsilə dövlət büdcəsindən ayrılan vəsaitlər və ali təhsildə yeni maliyyələşdirmə mexanizminin  tətbiqi ilə bağlı mövcud vəziyyət
 
2009-2010-cu dərs ilində mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarında kimya fənni üzrə nəticələr barədə
 
Qəbələ rayonu ümumtəhsil məktəblərində tam orta təhsil pilləsi üzrə buraxılış imtahanlarının keyfiyyət göstəricilərinə görə təhlili
 
"Xaricdə təhsil" sərgisi
 
M.Lomonosov adına MDU-nun Bakı filialında "Müasir riyazi təhsilin problemləri" mövzusunda "dəyirmi masa" keçirilib
 
Versal Akademiyasının əməkdaşları AMİ-nin Qazax filialında olublar
 
"Açıq qapı - İnstitut günü"
 
Şərurun yeni və müasir tipli təhsil ocaqları
 
Akademik Abel Məhərrəmov Koreya Respublikasında səfərdə olub
 
İnformasiya müharibəsində erməni təbliğatına sarsıdıcı zərbə
 
NDU-da beynəlxalq simpozium
 
Əməkdaşlıq müqaviləsi imzalanıb
 
Kamil alim, ustad müəllim, Vətənə bağlı ziyalı
 
Məktəbdə onlayn "Qaynar xətt" xidməti təşkil etmişik
 
Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və elmi təşkilatların siyahısı
 
Şagirdlər İKT biliklərinə həvəslə yiyələnirlər
 
"Açıq dərs" kurikulumun tələblərinə cavab verdi
 
Ədəbiyyat dərsliklərimiz
 
Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün ədəbiyyat fənni kurikulumu (V-XI siniflər)
 
Azərbaycanın Milli Qəhrəmanları
 
"Sağlam həyat tərzi-sağlam gələcəyə zəmanətdir"
 
Bağçada "Təbiəti qoruyaq" mövzusunda "açıq məşğələ"
 
Öyrədənlər öyrədilir
 
"Birincilərin" hesabat konserti oldu
 
"Vətənin igidləri"
 
Ədəbi-bədii kompozisiya
 
Cəsur təyyarəçi, vətənpərvər gənc
 
Məktəblilərin idman uğurları
 
Dünya universitetləri: Uorvik Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov