Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

24 Dekabr 2010 - 50

 

Bakı Dövlət Universitetində akademik Şəfaət Mehdiyevin 100 illik yubileyinə həsr olunmuş
respublika elmi konfransı keçirilib

Bookmark and Share

Dekabrın 21-də Bakı Dövlət Universitetində (BDU) geologiya-mineralogiya elmləri doktoru, professor, Dövlət mükafatı laureatı, əməkdar elm xadimi, akademik Şəfaət Mehdiyevin 100 illik yubileyinə həsr olunmuş "Geologiyanın aktual problemləri" mövzusunda respublika elmi konfransı öz işinə başlamışdır.

Konfransdan əvvəl BDU-da Ş.Mehdiyevin adını daşıyan auditoriyanın və barelyefin açılışı olmuşdur.

Tədbirdə təhsil naziri Misir Mərdanov, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Mahmud Kərimov, Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev, xarici işlər nazirinin müavini, Azərbaycan Diplomatik Akademiyasının rektoru, professor Hafiz Paşayev, M.V.Lomonosov adına Moskva Dövlət Universiteti Bakı filialının rektoru, professor Nərgiz Paşayeva, Milli Məclisin deputatları, tanınmış alimlər və tələbələr iştirak etmişlər.

Konfransda BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov çıxış edərək Azərbaycan Prezidentinin böyük alimin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncamının əhəmiyyətini vurğulamışdır. Bildirmişdir ki, dövlətimizin başçısının müvafiq sərəncamı bütövlükdə Azərbaycan elminə, elm xadimlərinə göstərilən qayğının göstəricisidir.

Şəfaət Mehdiyev ensiklopedik biliyə və geniş erudisiyaya malik alim, görkəmli neftçi-geoloq olmaqla yanaşı, eyni zamanda, peşəkar jurnalist, yazıçı və ictimai-siyasi xadim idi.

Akademik Şəfaət Mehdiyevin 1958-1965-ci illərdə BDU-nun rektoru olduğunu diqqətə çatdıran A.Məhərrəmov vurğulamışdır ki, belə şəxsiyyətlərin, böyük elm və təhsil təşkilatçılarının fədakarlığı nəticəsində universitet özünün bugünkü yüksək səviyyəsinə gəlib çatmışdır. Neçə-neçə dövlət xadimi, elm, mədəniyyət, ədəbiyyat, hüquq və başqa sahələrin nümayəndələri məhz onun rektorluğu dövründə universitetdə təhsil almışdır. Onların hər biri ustad alim, nüfuzlu ziyalı, tanınmış pedaqoq, ən əsası isə millətini sevən Şəfaət Mehdiyevi bu gün də xoş xatirələrlə anır.

Görkəmli alimin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Konfransda BDU-nun kafedra müdiri, AMEA-nın müxbir üzvü Vasif Babazadənin "Görkəmli geoloq alim" və geologiya fakültəsinin dekanı Adil Xasayevin "Unudulmaz müəllim və ictimai xadim" mövzularında məruzələri dinlənilmişdir.

Bildirilmişdir ki, Şəfaət Mehdiyev 1910-cu ildə İranın Sarab qəzasının Şalqun kəndində anadan olmuşdur. Dörd yaşında atasını itirdikdən sonra ailəsi ilə birlikdə Bakıya köçmüşdür. 1930-cu ilin aprelində o, Azərbaycan Sənaye İnstitutunun (hazırkı ADNA) geoloji-kəşfiyyat fakültəsinə daxil olmuş və 1934-cü ildə oranı bitirərək neft və qaz yataqlarının kəşfiyyatı üzrə dağ mühəndisi ixtisasına yiyələnmişdir.

Hələ tələbə ikən o, "Azneftkəşfiyyat" Trestində geoloq, sonra Mərdəkan mədənində kəşfiyyat sahəsinin geoloqu vəzifələrində işləmiş, daha sonra isə MərdəkanTürkan kəşfiyyat qrupunun böyük geoloqu olmuşdur.

Şəfaət Mehdiyev 1932-1936-cı illərdə Sənaye İnstitutunun "Neft kadrları uğrunda" adlı çoxtirajlı, daha sonra "Gənc işçi" qəzetlərinin, "Gənc bolşevik" məcmuəsinin, "Azərbaycan idmançısı", "Qala neftçisi" qəzetlərinin redaktoru işləmişdir. 1936-cı ildən Pirsaat neft mədənində, 1937-1938-ci illərdə Neftçala neft mədənində geoloq kimi çalışmış, daha sonra Azərbaycan Elmi-Tədqiqat Neftçıxarma İnstitutunda baş geoloq, direktor müavini vəzifələrinə irəli çəkilmiş, eyni zamanda aspiranturaya daxil olmuşdur. O, 1941-1945-ci illər müharibəsinin ilk günlərindən hərbi xidmətə çağırılmış və Qara dəniz qrupunda, Zaqafqaziya və dördüncü Ukrayna cəbhələrində zabit kimi vuruşmuşdur. 1944-cü ilin martında mühəndis-geoloq kimi arxa cəbhəyə göndərilmişdir. Ş.Mehdiyev yenidən aspiranturaya bərpa olunmuş, 1945-ci ilin əvvəllərində doktorluq dissertasiyasını müdafiə etmişdir.

Diqqətə çatdırılmışdır ki, Şəfaət Mehdiyev tərəfindən Abşeron yarımadasının neft yataqlarının istilik rejimi məsələləri dəqiq surətdə tədqiq olunmuş və qiymətli əsərlər hazırlanmışdır.

Neftin mənşəyi problemi ilə dərindən məşğul olan Şəfaət Mehdiyev hələ 1966-cı ildə neftin dərinlik-biogen genezisi hipotezini irəli sürmüş, sonrakı tədqiqatları ilə onu nəzəriyyə səviyyəsinə çatdırmışdır. Sonralar bu fikir dünyanın bir çox alimləri tərəfindən qəbul edilmişdir.

Vurğulanmışdır ki, akademik Şəfaət Mehdiyev 400-ə qədər elmi əsərin, 20-dən artıq monoqrafiyanın, Azərbaycanın geoloji və tektonik xəritələrinin, neft və qaz yataqları xəritələrinin redaktoru və tərtibçisi olmuşdur. O, "Azərbaycanın geologiyası" adlı çoxcildli nəşrində ayrı-ayrı fəsillərin və bölmələrin tərtibində və redaktə işində böyük əmək sərf etmişdir.

Alim 1965-ci ildən ömrünün sonunadək AMEA-nın Geologiya İnstitutunda neftin və qazın geologiyası şöbəsinin rəhbəri və Azərbaycan Dövlət Neft Akademiyasında neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı kafedrasının müdiri olmuşdur.

Bildirilmişdir ki, ümummilli lider Heydər Əliyev Şəfaət Mehdiyevi istedadlı alim olmaqla yanaşı, Azərbaycan xalqına xas zəngin mənəvi keyfiyyətlərin daşıyıcısı kimi dəyərləndirərək demişdir: "Akademik Şəfaət Mehdiyev böyük alim, böyük ziyalı, böyük şəxsiyyət olmaqla yanaşı, yaxşı kişi idi".

Tədbirdə təhsil naziri Misir Mərdanov, AMEA-nın Geologiya İnstitutunun direktoru, akademik Akif Əlizadə, Bakı Dövlət Universitetinin kafedra müdiri Abuzər Xələfov, BDU-nun coğrafiya fakültəsinin dekanı Müseyib Müseyibov alimlə bağlı unudulmaz xatirələrini bölüşmüşlər.

Azərbaycanda geologiya elminin formalaşması və inkişafında misilsiz xidmətləri olmuş Şəfaət Mehdiyev geniş elmi biliyə, yüksək təşkilatçılıq bacarığına malik bir alim kimi bu gün də böyük hörmət və ehtiramla yad edilir. Onun xeyirxahlığı, insanpərvərliyi, sadəliyi, vətənpərvərliyi, bir sözlə, insana xas olan gözəl xüsusiyyətləri bu böyük şəxsiyyətlə təmasda olanların xatirəsinə əbədi həkk olunmuşdur.

Konfransda doktorantların və gənc tədqiqatçıların XV respublika elmi konfransının ən yaxşı elmi məruzə müəlliflərinə və Ş.Mehdiyevin 100 illik yubileyi münasibətilə alimin elmi irsinin öyrənilməsi ilə bağlı tələbələr arasında keçirilmiş müsabiqənin qaliblərinə fəxri fərmanlar və pul mükafatı təqdim edilmişdir. Tədbirdə həmçinin tələbələr tərəfindən böyük alimin şeirləri səsləndirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri, akademik Arif Mehdiyev atasının xatirəsinə göstərilən hörmət və ehtirama görə Prezident İlham Əliyevə, tədbirin təşkilatçı və iştirakçılarına ailələri adından minnətdarlığını bildirmişdir.

Sonra konfrans işini bölmə iclaslarında davam etdirmişdir. Konfrans dekabrın 22-də başa çatıb.

AzərTAc

 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

24 Dekabr 2010 - 50

Prezident İlham Əliyev "Jurnalistlərin dostu" mükafatına ən layiqli namizəd hesab edilib
 
Doktorantların  və gənc tədqiqatçıların XV Respublika elmi konfransının yekunları barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
İxtisasartırma təhsilinin Kurikulum Çərçivəsinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Akademik Ramiz Mehdiyevin "Azərbaycan - 2003-2008: Zaman haqqında düşünərkən" kitabı qazax dilində çapdan çıxıb
 
Nazirlər Kabineti "Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və elmi  təşkilatların Siyahısı"nı təsdiq edib
 
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Tbilisidə xeyriyyə aksiyası keçirilib
 
"Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (de-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)"na həsr olunmuş beynəlxalq konfrans
 
Bakı Dövlət Universitetində akademik Şəfaət Mehdiyevin 100 illik yubileyinə həsr olunmuş respublika elmi konfransı keçirilib
 
Azərbaycan Diplomatik Akademiyasında xaricdə təhsil alan fəlsəfə doktorlarının üçüncü illik seminarı
 
Azərbaycanda təhsilə dövlət büdcəsindən ayrılan vəsaitlər və ali təhsildə yeni maliyyələşdirmə mexanizminin  tətbiqi ilə bağlı mövcud vəziyyət
 
2009-2010-cu dərs ilində mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarında kimya fənni üzrə nəticələr barədə
 
Qəbələ rayonu ümumtəhsil məktəblərində tam orta təhsil pilləsi üzrə buraxılış imtahanlarının keyfiyyət göstəricilərinə görə təhlili
 
"Xaricdə təhsil" sərgisi
 
M.Lomonosov adına MDU-nun Bakı filialında "Müasir riyazi təhsilin problemləri" mövzusunda "dəyirmi masa" keçirilib
 
Versal Akademiyasının əməkdaşları AMİ-nin Qazax filialında olublar
 
"Açıq qapı - İnstitut günü"
 
Şərurun yeni və müasir tipli təhsil ocaqları
 
Akademik Abel Məhərrəmov Koreya Respublikasında səfərdə olub
 
İnformasiya müharibəsində erməni təbliğatına sarsıdıcı zərbə
 
NDU-da beynəlxalq simpozium
 
Əməkdaşlıq müqaviləsi imzalanıb
 
Kamil alim, ustad müəllim, Vətənə bağlı ziyalı
 
Məktəbdə onlayn "Qaynar xətt" xidməti təşkil etmişik
 
Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və elmi təşkilatların siyahısı
 
Şagirdlər İKT biliklərinə həvəslə yiyələnirlər
 
"Açıq dərs" kurikulumun tələblərinə cavab verdi
 
Ədəbiyyat dərsliklərimiz
 
Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün ədəbiyyat fənni kurikulumu (V-XI siniflər)
 
Azərbaycanın Milli Qəhrəmanları
 
"Sağlam həyat tərzi-sağlam gələcəyə zəmanətdir"
 
Bağçada "Təbiəti qoruyaq" mövzusunda "açıq məşğələ"
 
Öyrədənlər öyrədilir
 
"Birincilərin" hesabat konserti oldu
 
"Vətənin igidləri"
 
Ədəbi-bədii kompozisiya
 
Cəsur təyyarəçi, vətənpərvər gənc
 
Məktəblilərin idman uğurları
 
Dünya universitetləri: Uorvik Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov