Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

31 Dekabr 2010 - � 51

 

Dünya xalqları Yeni ili necə qarşılayırlar?

Bookmark and Share

ALMANİYADA  bayram axşamı gələn ilin bütün aylarında havanın necə olacağını qabaqcadan müəyyənləşdirirlər. Onlar gələcək ilin ayları timsalında 12 ədəd baş soğan götürüb alt tərəfini kəsirlər və ora duz səpərək süfrəyə düzürlər. Saat 12-ni vuran kimi soğanlara baxırlar. Hansı soğan duzu əridib udubsa, o aylar yağmurlu, qalanları isə quraqlıq keçməsini bildirir.

AVSTRALİYALILAR  Yeni ilin ilk günü xərçəng yeyirlər. Belə hesab edirlər ki, xərçəngin geriyə hərəkəti yaxşı əlamət deyildir. Onlar həm də Yeni il  bayramında donuz əti yeməyi xoşlayirlar.

BOLQARISTANDA Yeni il axşamı uşaqlara alabəzək hədiyyələr və şirni bağışlamaq dəbdədir. Deyirlər ki, Yeni il axşamı kim çox uşaq sevindirsə, təzə ildə onun o qədər fərəhli günləri olacaq. Saat 12-ni vuranda bütün mənzillərdə işıqlar söndürülür. Üç dəqiqə davam edən qaranlıqda hamı bir-birini öpməlidir.

HİNDİSTANDA Yeni ili axşam yox, səhər qarşılayırlar. Həmin gün əsəbi, qəzəbli olmaq yaramaz. Hindlilərin inamına görə, belə adamlar ilboyu narahat həyat keçirirlər. Onlar inanırlar ki, Yeni ilin ilk günü necə keçərsə, o adam bütün ilboyu elə o cür həyat sürəcək. Hindlilər Yeni il bayramında qapı və pəncərələrini rəngbərəng isıqlı lampalarla bəzəyirlər. Mənası da budur ki, qapımız gələn qonaqların üzünə açıqdır. Bu bayramda tanış olmayanlar da bir-birinin evinə qonaq gedir və yeni ildə özlərinə yeni dost qazanırlar.

İTALİYADA il təhvil olanda küçələrdə adamlar çox ehtiyatla davranmalıdırlar. Ona görə ki, italyanlar Yeni il axşamı lazımsız, köhnə əşyaları, hətta mebelləri belə pəncərədən küçəyə tullayırlar. İtalyanların bu adətlərindən Yeni il axşamı şəhərin küçələrində var-gəl edən əcnəbilər daha çox ziyan çəkirlər. Hətta onların əksəriyyəti italyanların bu adətindən xəbərsiz olduqları üçün xəstəxanaya düşməli olurlar.

KUBADA Yeni il axşamı böyük çəlləklərə su doldurub pəncərələrə qoyurlar. Saat 12-ni vuran kimi köhnə ilə yaxşı yol diləmək məqsədilə suyu küçəyə atırlar. Yeni il axşamı hamının süfrəsində mütləq üzüm olmalıdır. Hər adam saatın əqrəbləri 12-nin üzərində olarkən onun zəngləri səsləndiyi müddətdə 12 gilə üzüm yeməlidir. Bu o deməkdir ki, ilin 12 ayında sənin həyatın üzüm kimi şirin olacaq.

MACARISTANDA Yeni il axşamı milli paltar geymiş cavanlar küçələrə çıxıb musiqi çala-çala gəzməyə başlayırlar. Dəstəbaşı təntənəli surətdə elan edir ki, köhnə ili "dəfn eləyib" yenisini qarşıladığımız üçün hamı yeyib-içib şənlənməlidir. Küçələri gəzən cavanlar hansı evin qarşısında dayansalar, ev sahibi mütləq onları ləzzətli yeməklərə və şəraba qonaq etməlidir.

RUMINİYADA Yeni il süfrəsi üçün içərisi sürprizlərlə dolu kökə bişirmək dəbdədir. Yağlı kökənin içərisinə daha çox pul, gümüş üzük, acı istiot qoyurlar. Yemək vaxtı kimin bəxtinə nə çıxdı, onun taleyi müəyyənləşir. Bəxtinə istiot çıxan adam ilboyu ehtiyatla dolanmalıdır ki, acı günlər ondan uzaq olsun. Kökəsindən pul və üzük çıxanları isə xoşbəxtlik gözləyir.

YAPONİYADA  Yeni ili 108 kilsə zəngi vurmaqla qeyd edirlər. Zəngdən sonra hamı yatır, şənlik isə səhərə yaxın başlanır.

YUNANISTANIN bəzi əyalətlərində Yeni ili yanvarın 3-də qarşılayırlar. Həmin gün kişilərə aid olan bütün hüquq və ixtiyar qadınlara verilir. Qadınlar qoyun və ya donuz kəsib təmizləyir, oxuya-oxuya gəzintiyə çıxırlar. Kişilər isə ev süpürür, qab-qacaq yuyur, uşaqlara baxırlar.  

Hazırladı: Ə.DAŞDƏMİRLİ

 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

31 Dekabr 2010 - � 51

Dünya azərbaycanlılarına
 
Prezident İlham Əliyevə "Jurnalistlərin dostu" mükafatı təqdim olundu
 
Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Bakı şəhərində xalq qəhrəmanı Koroğlunun abidəsinin ucaldılması ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
N.M.Vəlixanlının "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Ali və orta ixtisas təhsili müəssisələrində 2010-2011-ci tədris ilinin qış imtahan sessiyasının təşkili və keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Heydər Əliyev Fondu "Buta" sarayında uşaqlar üçün bayram şənliyi təşkil edib
 
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Abşeron rayonunun Masazır qəsəbəsində  yeni məktəblə tanış olub, uşaq bağçasının açılışında iştirak edib
 
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Abşeron rayonunun Saray qəsəbəsində əsaslı təmir və  yenidənqurma işlərindən sonra istifadəyə verilən 7 nömrəli uşaq internat evi ilə tanış olub
 
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi Moskvada və ölkənin 13 regionunda xeyriyyə aksiyaları keçirib
 
"Azərbaycan haqqında nə bilirəm?" müsabiqəsinin qalibləri mükafatlandırıldılar
 
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı bir yaşını qeyd edib
 
VIII Respublika müsabiqəsinə yekun vuruldu
 
Ali məktəb tələbələri arasında XV Respublika fənn olimpiadası qalibləri mükafatlandırıldı
 
Dekabrın 25-də Təhsil Nazirliyində  Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının İdarə Heyətinin üzvləri və bu təşkilatda fəallıq göstərən bir qrup təhsil işçiləri ilə görüş keçirildi
 
Yeni il təbrikləri
 
Dünya xalqları Yeni ili necə qarşılayırlar?
 
İki özəl ali məktəbin fəaliyyətinə verilmiş lisenziyanın müddəti uzadıldı
 
Müasir texnologiyaların təqdimatı
 
Məktəbin 30 illiyi qeyd edildi
 
Ümumtəhsil fənləri tədrisinin ekoloji aspektləri
 
Milli həmrəyliyimiz milli fəxarətimizdir
 
Yaponiyanın Doşişa Universitetinin professoru ADU-da olub
 
"Azərbaycan, doğma Vətənim mənim!"
 
Böyük həyatın səhifələri
 
2009-2010-cu dərs ilində mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarında biologiya fənni üzrə nəticələr barədə
 
Qobustan rayonunun ümumtəhsil məktəblərində tam orta təhsil pilləsi üzrə buraxılış imtahanlarının keyfiyyət göstəricilərinə görə təhlili
 
Elmi-praktik konfrans
 
Sağlam cəmiyyətdə sağlam həyat tərzi
 
"Ekologiya ilinə töhfəmiz"
 
Əhəmiyyətli tədris vəsaiti: "Ekoloji atlas"
 
Məktəbdə yazıçı ilə görüş
 
"Ekologiya məktəblilərin gözü ilə"
 
Qarşılıqlı dərs dinləmə ənənə halını alıb
 
Şagirdlər kompüter biliklərinə həvəslə yiyələnirlər
 
"Açıq dərs" maraqla qarşılandı
 
Təbiəti qoruyaq
 
Dünya Azərbaycanlılarının Həmrəylik Günü
 
2011-ci ildə təhsilimi Almaniyada davam etdirmək istəyirəm
 
Təhsil müəssisələrində bayram tədbirləri keçirildi
 
Yolka ağacı - Yeni ilin atributu
 
Elmini əməllərdə göstərən alim
 
Müsabiqənin qalibi olmaq böyük şərəfdir
 
Uğur və zirvə ili
 
Pedaqoji kollektivin sevinci
 
Balacaların bayram şənliyi
 
İxtiralar, ilk addımlar
 
İlin ən yaxşı şahmatçısı
 
Dünya universitetləri: Alberta Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov