Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

31 Dekabr 2010 - � 51

 

Əhəmiyyətli tədris vəsaiti: "Ekoloji atlas"

Bookmark and Share

Bəşəriyyətin müasir yaşayışını ekologiyasız təsəvvür etmək mümkün deyildir. Yazmağı, oxumağı, saymağı bilmədən yaşamaq nə qədər çətindirsə, ekologiyanın əsaslarını öyrənmədən də yaşamaq bir o qədər çətinləşir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə 2010-cu ilin "Ekologiya ili" elan edilməsi ölkəmizdə ekoloji məsələlərin həllinə diqqəti daha da artırıb. Azərbaycanda bu istiqamətdə görülən işlər, genişmiqyaslı ekoloji proqramların həyata keçirilməsi ekoloji vəziyyətin sağlamlaşdırılmasına yönəldilmişdir. Ölkəmizin hər yerində bu istiqamətdə vacib addımlar atılır.

Ekologiyanın əsas tədqiqat obyekti orqanizm səviyyəsindən yüksək olan canlı sistemlərdir: populyasiya, biosenoz, biosfer. Bu elm orqanizmlərin əmələ gətirdiyi birliklərin öz aralarındakı və ətraf mühitin cansız komponentləri ilə qarşılıqlı əlaqəsini öyrənir.

Ekologiya sözünü ilk dəfə 1858-ci ildə Q.D.Toro işlətmişdir. 1866-cı ildən sonra alman bioloqu E.Hekkel bu anlayışı inkişaf etdirmiş və geniş yaymışdır. Hekkel orqanizmi təbii sığınacaq yerində, yəni öz "evində" öyrənməyi ekologiya hesab etmişdir. Daha sonralar uzun müddət ekologiya biologiya sözünün dar mənasında işlənmişdir. Yalnız gərgin mübahisəli inkişaf yolu keçdikdən sonra müasir ekologiya elmi formalaşmışdır. Orqanizmlərin həyat tərzini və orqanizmdən yüksək canlı sistemləri öz aralarında və ətraf mühitin cansız komponentləri ilə qarşılıqlı əlaqədə öyrənən elm ekologiya adlanır. Ekologiyanın inkişaf tarixini öyrənən insanlar dərk edir ki, bu elm bəşəriyyətin təbiətdən səmərəli istifadə etməsi üçün gələcəkdə indikindən daha çox vacib olacaqdır. Ekoloji sistemlərdən kənarda təbii sərvət yoxdur. Onlardan səmərəli istifadə etmək dövlətin iqtisadi gücü olub, iqtisadi-sosial inkişafın perspektivi və xalqın rifahının yaxşılaşması üçün çox vacibdr.

Azərbaycan Respublikası  zəngin təbii sərvətlərə və inkişaf etmiş sənaye sahələrinə malik olan bir dövlətdir. Lakin uzun illərdən bəri yığılıb qalmış ekoloji problemlər vaxtında öz həllini tapmadığı üçün respublikamızın ətraf mühiti həddindən artıq çirkləndirilmişdir. Hazırda respublikamızda həllini təcili tələb edən bir sıra ekoloji problemlər vardır: su hövzələrinin, o cümlədən Xəzər dənizinin məişət və sənaye sularının tullantıları ilə çirkləndirilməsi, Xəzər dənizinin səviyyəsinin dəyişməsi ilə əlaqədar vurulan ziyanlar,  atmosfer havasına zərərli qazların normadan artıq atılması, biomüxtəlifliyin azalması,  torpaqların eroziyaya uğraması və şoranlaşması, sənaye və məişət tullantılarının utilizasiyası və s. Ətraf mühitin çirklənməsi, bəzi hallarda vətəndaşların və ya müxtəlif müəssisə rəhbərlərinin buna bilərəkdən göz yumması Azərbaycan təbiətinin yaxın gələcəkdə çox ciddi aşınmasına səbəb ola bilər. Məhz bunu önləməkdən ötrü vətəndaş və dövlət əl-ələ verib insanlarımızın daha duyarlı davranması və ekoloji fəlakətlərin qarşısının alınması üçün birgə fəaliyyət göstərməlidir. Əlbəttə ki, heç bir Azərbaycan vətəndaşı bu prosesdən kənarda qalmalı deyil.

İndiki dövrdə ətraf mühitlə bağlı mövcud vəziyyət hər bir ölkəni ekoloji problemləri ümumbəşəri kontekstə çıxarmağa məcbur etmişdir. Bu gün artıq ətraf mühitin mühafizəsi məsələləri aparıcı beynəlxalq təşkilatların proqram sənədlərində öz əksini tapmışdır. 

Azərbaycan Respublikası son illər sosial və iqtisadi inkişaf sahələrində kifayət qədər nailiyyətlər əldə etmişdir ki, bu da milli və beynəlxalq sənədlərdə öz əksini tapmışdır. Sosial və iqtisadi sahələrdəki nailiyyətlərin artmasının dayanıqlı olması ölkə tərəfindən əsas prioritet qismində qəbul edilmişdir. Ölkənin ekoloji strategiyası, ətraf mühitin qorunması sahəsində fəaliyyətin koordinasiyasının gücləndirilməsi yolu ilə milli, beynəlxalq və regional səviyyələrdə təbii ehtiyatların mühafizəsi, elmə əsaslanan inkişaf prinsiplərinin tətbiqi, indiki və gələcək nəsillərin maraqlarını təmin edən ölkənin  iqtisadi və insan resurslarının istifadəsində davamlılığın təminatına yönəlmişdir.

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən və bazar iqtisadiyyatı yolunu seçdikdən sonra ölkəmizdə ətraf mühitin mühafizəsi sahəsində ekoloji siyasət yeni vüsət almış və formalaşmağa başlamışdır. Bu həm də ekoloji məsələlərin ümumbəşəri bir problem kimi qəbul edilməsi ilə də izah edilir.

Müasir dövrdə biosferin qorunması və ondan səmərəli istifadə, mövcud ekoloji problemlərin aradan qaldırılması beynəlxalq səviyyədə qarşıda duran ən aktual məsələlərdəndir. Yerlərdə ekoloji vəziyyətin yaxşılaşdırılması və təbii sərvətlərin qorunması, eləcə də qeyd olunan işlərin həyata keçirilməsi üçün lazım olan yeni biliklərin və texnologiyaların tətbiqi istiqamətində xeyli işlərin görülməsi vacibdir.

Azərbaycan Respublikasında yürüdülən ekoloji siyasətin əsas məqsədi indiki və gələcək nəsillərin ehtiyaclarının  təmin edilməsi naminə  mövcud ekoloji sistemlərin, iqtisadi potensialın qorunması və təbii ehtiyatlardan səmərəli istifadə edilməsi ilə davamlı inkişafın təmin edilməsindən ibarətdir. Bunu gerçəkləşdirmək məqsədi ilə təbii ehtiyatlardan istifadə yolları işlənib hazırlanmalı və iqtisadiyyatın inkişafı davamlılıq prinsipləri əsasında həyata keçirilməlidir. İnkişafın ekoloji baxımdan davamlı olmasını təmin etmək üçün iqtisadi fəaliyyət zamanı meydana çıxan ciddi ekoloji problemlərin aradan qaldırılması, onların ətraf mühitə mənfi təsirinin  minimuma endirilməsi tələb olunur.  Bunun üçün vətəndaşların ekoloji maarifləndirilməsinə çox böyük ehtiyac var.

Hərtərəfli inkişaf etmək istəyən kəslər ekoloji biliklərə dair müvafiq mənbələri ardıcıl izləməli və onlara tənqidi, yaradıcı münasibət bəsləməlidirlər. İnsanlar arasında ekoloji təfəkkürü formalaşdırmaq sahəsində bilənlər bilməyənlərə kömək etməlidirlərlər. Son illər ərzində xarici dillərdə çoxlu dərslik, dərs vəsaiti, məşhur elmi kitablar nəşr edilir, təbiətlə insanın əlaqəsini əks etdirən jurnallar buraxılır, bu sahədə aparılan tədqiqatların tematik topluları çap edilir. Hətta televizor, radio və qəzetlər də ekoloji təhsilə biganə deyillər.

İnsanlar ekologiyanı yaxşı dərk edə bilmək üçün onun tədqiqat metodlarını öyrənməlidir. Bu elm eksperimentdən, çöl təcrübəsindən, ekoloji modellərdən, monitorinqlərdən geniş istifadə edir. Hər kəs öz ixtisasına uyğun olaraq ekologiyanın müəyyən bölməsini daha dərindən öyrənir. Məsələn, bioloqlar üçün canlıların ekologiyası vacibdir. Coğrafiya ixtisası alanlar ekoloji geologiyanı, şəhərlərin, sənaye mərkəzlərinin və başqa landşaftların ekologiyasını, kimyaçılar ətraf mühitin, yəni havanın, suyun, torpağın kimyəvi tərkibinə mənfi və müsbət təsir edən faktorları ətraflı öyrənirlər, riyaziyyatçılar ekoloji sistemlərin modellərini hazırlamaqda istirak edirlər və s. Humanitar sahələrin də ekologiyası var. Belə ki, filosoflar təbiətlə cəmiyyətin əlaqəsinin fəlsəfi problemlərini öyrənirlər, hüquqşünaslar təbiətdən səmərəli istifadə edilməsi qanunlarını getdikcə təkmilləşdirir və bu qanunların həyata keçirilməsinə nəzarət edirlər.

Bu gün respublikanın ekoloji vəziyyəti haqqında mükəmməl, ətraflı məlumatın alınması cəmiyyət və dövlət üçün son dərəcə vacibdir. Dünyada baş verən təbii-iqlim proseslərinin qarşılıqlı əlaqəsi respublikamızın da təbii-iqlim proseslərinə öz təsirini göstərir. Buna görə də dünyanın təbii mühitinin ekoloji vəziyyəti Azərbaycanın ekoloji vəziyyətinə təsir göstərir. Bununla əlaqədar Azərbaycanda ilk dəfə olaraq vahid xəritəçilik əsəri kimi yaradılan "Ekoloji atlas" əhalinin ekoloji maarifləndirilməsi üçün çox əhəmiyyətli bir resursdur.  Atlasda olan materialların həm doğma Azərbaycan dilində, həm də xarici dildə -  ingilis dilində olması bu resursun daha da geniş ictimaiyyəti əhatə etdiyinə dəlalət edir. "Ekoloji atlas"da dünyanın və Azərbaycanın təbii mühitini səciyyələndirən xəritələr verilib. Bu xəritələr əhalinin sağlam həyat tərzini və yaşamağa qabil təbii prosesləri, bütövlükdə proseslərin ekoloji parametrlərini əks etdirir. Atlas respublikada ekoloji vəziyyətin tədqiqatı, nikbinliyi, səmərəli dövlət ekoloji siyasəti, ekoloji təhsili, geniş kütlənin maariflənməsi, ekoloji mədəniyyətin yüksəlməsi haqqında məlumatları özündə əks etdirir. Azərbaycanda və bütövlükdə dünyada ekoloji vəziyyətin qiymətləndirilməsində Atlasın mühüm rolu var. O, son statistik məlumatların zənginliyi ilə də xüsusi seçilir.

Sərbəst mənimsəmə nöqteyi-nəzərincə baxdıqda qeyd etmək olar ki, bu atlas hər bir sadə vətəndaşda müstəqil  təlimə zəmin yaradır. Tematikanın müxtəlifiyi, məzmunun dolğunluğu, səciyyəvi göstəricilər atlasın elmi-praktik əhəmiyyətini artırır. Atlasın xüsusi tematik məzmunu 11 bölmədən ibarət olması: 1) Atmosfer, 2) Hidrosfer, 3) Litosfer, 4) Torpaqlar,   5) Biosfer, 6) Landşaftlar, 7) Bitki örtüyü, 8) Heyvanlar aləmi, 9) Təbii fəlakətlər, 10) Cəmiyyətin ekologiyası, 11) Azərbaycan ekologiyasının hüquqi əsasları (sənədlərin siyahısı) və həmçinin 140-dan artıq xəritənin verilməsi təqdirəlayiq bir haldır. Atlasdakı xəritələrin informativliyini yüksəltmək, təcrübədə istifadəni asanlaşdırmaq üçün izahedici mətnlərdən, cədvəllərdən, qrafik və diaqramlardan istifadə olunmuşdur. Azərbaycan üzrə xəritələr 1:1 500 000 miqyasında  tərtib olunub ki, bu da müxtəlif məzmunlu xəritələrin istifadəsi zamanı onların müqayisəsini asanlaşdırır. Atlasın məzmununda mövcud xəritənin məzmununu təşkil edən bu və digər proseslər rəngli şəkillərlə verilmişdir.

Atlasdakı xəritələrin əhəmiyyəti həm də ondan ibarətdir ki, o, yeni elmi məzmununa görə seçilir.  Atlasın məzmununun metodoloji əsasını sistemdəki təbiət-insan-cəmiyyət qarşılıqlı məcmusu təşkil edir. Bu əlaqələr müəyyən təbii mühitə, insana, cəmiyyətə qarşı müxtəlif növə və gücə malik antropogen təsirlər yaradır (sənaye, kənd təsərrüfatı, nəqliyyat və s.). Nəticədə ekoloji vəziyyətə ümumi qiymət verilərək, onun istər ekoloji, istərsə də sosial və iqtisadi baxımından gedişatı və optimallığı üzrə tədqiqatı təyin edilir.

Atlasın strukturu ilə tanış olarkən diqqətimizi çəkən belə bir cəhət oldu ki, nəzərdən keçirilən hər bir mövzu dünyada baş verən proseslərlə əlaqələndirilir, vahid, planetar miqyasda, planetimizin bir hissəsi kimi başa düşülür. Bu da atlasın elmi və praktik əhəmiyyətini artırır. Atlasdan istifadə edən hər bir şəxs respublikamızda ekologiya sahəsində müxtəlif elm sahələri tərəfindən aparılan tədqiqat işləri haqqında, ekologiyamızın müasir durumu ilə bağlı ətraflı məlumat əldə edə bilər. Qeyd etmək lazımdır ki, çox böyük informasiya təkcə atlasın tematik xəritələri vasitəsi ilə deyil, onları çox sıx surətdə tamamlayan və əlaqələndirən cədvəllər, sxemlər, diaqram və qrafiklər, həmçinin mövzuları dolğun əks etdirən fotoşəkillər vasitəsilə verilmişdir. Bu da atlasın informasiya gücünün, məlumatların bolluğunun artırılması ilə yanaşı onun sübutluluğunun, elmi səviyyəsinin də yüksəldilməsinə xidmət edir.

Atlasın hər bir bölməsində yuxarıda dediklərimizi izləyə bilərik. Məsələn, "Torpaqlar" bölməsində ilk əvvəl dünya torpaqlarının və dünyanın torpaq ehtiyatlarının xəritələri, bundan sonra isə respublikamızın torpaq xəritələri verilmişdir. Respublikamızda yayılan ən mühüm torpaq tiplərinin rəngli profilləri və onlar haqqında qısa məlumatlar bu xəritələr haqqında bilikləri tamamlamaqla yanaşı onların əyaniliyini təmin edir. Ardınca ayrı-ayrı iqtisadi rayonların torpaq xəritələri verilmişdir ki, bu da respublikamızın torpaqları haqqında biliklərin daha da dərinləşdirilməsinə, torpaqlar haqqında ən müxtəlif məlumatların sərbəst əldə edilməsinə imkan verir.

Bu bölmədə verilmiş çoxlu sayda tematik xəritələr (29 xəritə) həm mövzularının rəngarəngliyi,  həm də yüksək elmi səviyyəsi, informasiya bolluğu ilə diqqəti cəlb edir. Bu xəritələr respublikamızda torpaqşünaslıq sahəsində aparılan elmi tədqiqat işlərinin nəticələrini özündə əks etdirməklə çox böyük elmi dəyərə malik olmaları ilə seçilir. Xəritələrdə respublikamızın ərazisindəki torpaqların eroziyası, eroziyaya təhlükəli ərazilər, torpaqlardakı radionuklidlərin, müxtəlif metalların miqdarı, torpaqların şorluluğu (duzluluq) dərəcəsi, humus ehtiyatının miqdarı, texnogen pozulmalar və s. mövzular əks olunmuşdur ki, bu bölmədə torpaqlar və onların ekologiyası ilə bağlı istənilən informasiyanı əldə etmək mümkündür.

Digər cəhətdən atlasdakı xəritələri müşayiət edən cədvəllər, sxemlər, diaqram və qrafiklər onların informasiya gücünü, məlumat bolluğunu, imkanlarını daha da artırmağa xidmət edir. Torpaqların eroziyası, çirklənmə mənbələrini və s. əks etdirən rəngli fotoşəkillər oxucularda daha əyani təsəvvür yaradır, məlumatların sübutluluğunu təmin edir.

"Cəmiyyətin ekologiyası" bölməsi diqqətimizi daha çox cəlb edir. Bu bölmədə tibbi ekologiya sahəsində aparılan tədqiqatların nəticələrini əks etdirən tematik xəritələr öz yeniliyi və praktik əhəmiyyəti ilə seçilir. Əhalinin sağlamlığının vəziyyəti, müxtəlif xəstəliklərin yayılma dərəcəsi və arealları, zərərli tullantıların, çirklənmənin miqdarı və dərəcəsi kimi müxtəlif məzmunlu xəritələr respublikamızda ekoloji vəziyyətin öyrənilməsi və qiymətləndirilməsi baxımından çox dəyərli hesab olunmalıdır.

"Ekoloji atlas"ın digər bölmələri də istər xəritələr, istərsə də digər statistik və illüstrativ materiallarla çox zəngin olması, yüksək informasiya gücünə malik olması ilə seçilir. Bütün bunlar respublikamızda ekoloji durumun öyrənilməsinə, ekologiyaya aid istənilən informasiyanın əldə edilməsinə imkan verdiyi kimi, həm də bu sahədə gələcəkdə görülməli işlərin, aparılacaq tədqiqatların əsas istiqamətlərinin müəyyən edilməsinə imkan verir. Ekologiya sahəsində yazılacaq elmi məqalələr, monoqrafiyalar, magistr və doktorluq dissertasiyaları üçün atlas son dərəcə zəngin və qiymətli mənbə ola bilər. 

Atlasın son səhifələrində  yer almış Azərbaycan ekologiyasının hüquqi əsaslarının (sənədlər siyahısı) geniş oxucu kütləsinin ixtiyarına verilməsi də çox əhəmiyyətli bir haldır. Bu atlas əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında Azərbaycan Respublikasının Qanununun, demək olar ki, əksər maddələrini özündə əks etdirə bilib. Məsələn, maddə 4, 4.2.2 - "Əhalinin ekoloji təhsili və maarifləndirilməsi sahəsində dövlət siyasətinin  əsas prinsiplərindən biri orta təhsil sistemində ekoloji biliklərin tədrisinin icbariliyidir".

Vacib amillərdən biri də odur ki, "Ekoloji atlas"dan  nəinki geniş mütəxəssis kütləsi, ali və orta ixtisas müəllimləri, ekoloqlar, bioloqlar, kənd təsərrüfatı ilə məşğul olan mütəxəssislər, hətta hər bir vətəndaş da  istifadə edə bilərlər.

Məcnun BABAYEV,
professor,

Oqtay ALXASOV,
dosent,

Almaz HƏSRƏT,
əməkdar müəllim

 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

31 Dekabr 2010 - � 51

Dünya azərbaycanlılarına
 
Prezident İlham Əliyevə "Jurnalistlərin dostu" mükafatı təqdim olundu
 
Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Bakı şəhərində xalq qəhrəmanı Koroğlunun abidəsinin ucaldılması ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
N.M.Vəlixanlının "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Ali və orta ixtisas təhsili müəssisələrində 2010-2011-ci tədris ilinin qış imtahan sessiyasının təşkili və keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Heydər Əliyev Fondu "Buta" sarayında uşaqlar üçün bayram şənliyi təşkil edib
 
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Abşeron rayonunun Masazır qəsəbəsində  yeni məktəblə tanış olub, uşaq bağçasının açılışında iştirak edib
 
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Abşeron rayonunun Saray qəsəbəsində əsaslı təmir və  yenidənqurma işlərindən sonra istifadəyə verilən 7 nömrəli uşaq internat evi ilə tanış olub
 
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi Moskvada və ölkənin 13 regionunda xeyriyyə aksiyaları keçirib
 
"Azərbaycan haqqında nə bilirəm?" müsabiqəsinin qalibləri mükafatlandırıldılar
 
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı bir yaşını qeyd edib
 
VIII Respublika müsabiqəsinə yekun vuruldu
 
Ali məktəb tələbələri arasında XV Respublika fənn olimpiadası qalibləri mükafatlandırıldı
 
Dekabrın 25-də Təhsil Nazirliyində  Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının İdarə Heyətinin üzvləri və bu təşkilatda fəallıq göstərən bir qrup təhsil işçiləri ilə görüş keçirildi
 
Yeni il təbrikləri
 
Dünya xalqları Yeni ili necə qarşılayırlar?
 
İki özəl ali məktəbin fəaliyyətinə verilmiş lisenziyanın müddəti uzadıldı
 
Müasir texnologiyaların təqdimatı
 
Məktəbin 30 illiyi qeyd edildi
 
Ümumtəhsil fənləri tədrisinin ekoloji aspektləri
 
Milli həmrəyliyimiz milli fəxarətimizdir
 
Yaponiyanın Doşişa Universitetinin professoru ADU-da olub
 
"Azərbaycan, doğma Vətənim mənim!"
 
Böyük həyatın səhifələri
 
2009-2010-cu dərs ilində mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarında biologiya fənni üzrə nəticələr barədə
 
Qobustan rayonunun ümumtəhsil məktəblərində tam orta təhsil pilləsi üzrə buraxılış imtahanlarının keyfiyyət göstəricilərinə görə təhlili
 
Elmi-praktik konfrans
 
Sağlam cəmiyyətdə sağlam həyat tərzi
 
"Ekologiya ilinə töhfəmiz"
 
Əhəmiyyətli tədris vəsaiti: "Ekoloji atlas"
 
Məktəbdə yazıçı ilə görüş
 
"Ekologiya məktəblilərin gözü ilə"
 
Qarşılıqlı dərs dinləmə ənənə halını alıb
 
Şagirdlər kompüter biliklərinə həvəslə yiyələnirlər
 
"Açıq dərs" maraqla qarşılandı
 
Təbiəti qoruyaq
 
Dünya Azərbaycanlılarının Həmrəylik Günü
 
2011-ci ildə təhsilimi Almaniyada davam etdirmək istəyirəm
 
Təhsil müəssisələrində bayram tədbirləri keçirildi
 
Yolka ağacı - Yeni ilin atributu
 
Elmini əməllərdə göstərən alim
 
Müsabiqənin qalibi olmaq böyük şərəfdir
 
Uğur və zirvə ili
 
Pedaqoji kollektivin sevinci
 
Balacaların bayram şənliyi
 
İxtiralar, ilk addımlar
 
İlin ən yaxşı şahmatçısı
 
Dünya universitetləri: Alberta Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov