Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

31 Dekabr 2010 - � 51

 

Təhsil müəssisələrində bayram tədbirləri keçirildi

Bookmark and Share

Azərbaycan Texniki Universitetində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününə və Yeni il bayramına həsr olunmuş təntənəli tədbir keçirildi.

Tədbir iştirakçıları əvvəlcə universitetin foyesində ümummilli lider Heydər Əliyevin xatirəsinə ucaldılmış büstün önünə təzə-tər gül-çiçək dəstələri qoydular.

Azərbaycan Respublikasının Dövlət himni səsləndikdən sonra tədbiri giriş sözü ilə AzTU-nun rektoru, texnika elmləri doktoru, professor Havar Məmmədov acaraq qeyd etdi ki, 31 dekabr Azərbaycan xalqının müstəqillik əldə etdiyi vaxtdan bütün dünyada yaşayan soydaşlarımıza bəxş etdiyi və ümummilli əhəmiyyət kəsb edən bir gündür. Artıq 31 dekabr Azərbaycan tarixinə Milli Həmrəylik Günü kimi daxil olmuşdu, lakin bunu rəsmiləşdirmək, dövlət səviyyəsində tanıtmaq lazım idi. Bu işi ümummilli liderimiz Heydər Əliyev etdi. Bu gün artıq dünya azərbaycanlılarının milli bayramına çevrilmişdir.

Böyük dövlət xadimi Heydər Əliyevin müəllifi olduğu Azərbaycançılıq ideologiyası bu gün dünyanın müxtəlif nöqtələrində yaşayan həmvətənlərimiz üçün milli birliyimizin və həmrəyliyimizin formulu kimi qəbul olunmaqdadır. Bu formul müstəqil Azərbaycan dövlətinin çiçəklənməsinə və möhkəmlənməsinə, bütün dünya azərbaycanlılarının milli özünüdərkinə stimul verən mühüm faktorlardan biridir. Heydər Əliyevin qurduğu müstəqil Azərbaycanın sabahı böyük zəhmət hesabına əldə olunmuş böyük tarixi nailiyyətin qorunub saxlanılmasından asılıdır.

Dünya azərbaycanlılarının I qurultayının keçirilməsi Azərbaycan xalqının milli həmrəyliyini nümayiş etdirən bir fakt kimi tarixə düşdü. Fərəhli haldır ki, bu ənənə ulu öndər Heydər Əliyevin layiqli varisi Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənabları tərəfindən bu gün ləyaqətlə davam etdirilir, respublikamız gündən-günə çiçəklənir, inkişaf edir. Bu bizi sevindirir və işimizə daha məsuliyyətlə yanaşmağa, daha həvəslə çalışmağa şövq edir.

Tədbirin sonunda AzTU-nun rektoru, professor Havar Məmmədov bir daha qonaqları və bütün tədbir iştirakçılarını bayram münasibətilə təbrik etdi, onlara öz dərin təşəkkürünü və minnətdarlığını bildirdi.

***

Qafqaz Universitetinin müəllim və tələbələri 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününü qeyd etdilər. Bu münasibətlə düzənlənən bayram tədbirində dünya şöhrətli alim, cərrah və ictimai xadim, "Varlıq" dərgisinin naşiri, professor Cavad Heyət və digər qonaqlar da iştirak etdilər.

Tədbiri açan aparıcılar 31 dekabrı tariximizin ən şərəfli günü adlandıraraq həmin tarixin artıq iki onillikdən çoxdur ki, dünyanın hər yerində yaşayan soydaşlarımızın həmrəylik günü kimi qeyd olunduğunu söylədilər və mərasim iştirakçılarını bayram münasibətilə təbrik etdilər.

Vətənimizin azadlığı, torpaqlarımızın bütövlüyü uğrunda müharibələrdə şəhid olmuş həmvətənlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi, Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirildi.

Sonra təbrik nitqi ilə çıxış edən Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç nəinki respublikamızda yaşayan, habelə dünyanın 70-dən çox ölkəsinə səpələnmiş azərbaycanlılar arasında milli birliyin yaranmasında həmrəylik gününün böyük rol oynadığını vurğulayaraq onun təsis olunmasını ümummilli lider Heydər Əliyevin böyük tarixi xidməti kimi dəyərləndirdi. Türk xalqları arasında birliyin də çox önəmli olduğunu söyləyən rektor türk xalqının böyük oğlu Mustafa Kamal Atatürkün, ulu öndər Heydər Əliyevin xalqlarımız və ölkələrimizin qardaşlıqları barədə dedikləri kəlamları xatırlatdı. Azərbaycan Prezidenti İlham Əliyevin "Bir millətin iki diasporu ola bilməz" ifadəsi ilə iki qardaş xalqın birlik və həmrəyliyinə necə böyük qiymət verdiyini diqqətə çatdırdı.

A.Saniç universitetin müəllim və tələbələrini həm də qarşıdan gələn Yeni il münasibətilə təbrik etdi.

Mərasimdə çıxış edən dünya şöhrətli alim, professor Cavad Heyət tələbələri və müəllimləri salamlayaraq  onları görməkdən, onların qarşısında çıxış etməkdən məmnun qaldığını bildirdi, bunu məhz son illər getdikcə daha da möhkəmlənən birlik və həmrəyliyin nəticəsi kimi dəyərləndirdi.

31 dekabrı həmrəyliyin simvolu saydığını deyən böyük alim təkcə həmin tarixin deyil, hər günün həmrəylik günü olmasını arzuladı. Dəvətə görə universitetin rəhbərliyinə təşəkkürünü bildirən cərrah və türkoloq alim tələbələri və müəllimləri bayram münasibətilə təbrik etdi.

Tədbirdə Cavad Heyətə universitetin plaketi təqdim olundu. Görkəmli təbib kitablarını universitetə hədiyyə etdi.

Bayram tədbiri istedadlı tələbələrin ifasında bədii proqramla davam etdirildi.

***

Bakıdakı 46 nömrəli orta məktəbin akt zalında 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə tədbir keçirildi.

Tədbir şagirdlərin ifasında Dövlət himninin səslənməsilə başlandı. Məktəbin direktoru Sevinc Budaqova çıxış edərək  təhsil ocağının IV-V sinif şagirdlərinin böyük həvəslə hazırladıqları bu bayram tədbirinin bütün dünyada yaşayan azərbaycanlılarla əlaqə qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayacağını vurğuladı. 

Şagirdlərin Vətənlə bağlı söylədikləri şeirlər, onların ifasında milli rəqslər, mahnılar tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı. Tədbirin sonunda film nümayiş olundu. Şagirdlərin  "Gəlin, bir bayraq altında birləşək!", "Eşq olsun bir olan Azərbaycana!"  çağırışları ilə tədbir başa çatdı.

***

Bakıdakı 152  nömrəli orta məktəbin akt zalında 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə "Gəlin, həmrəy olaq" adlı tədbir keçirildi.

Məktəbin yuxarı sinif şagirdlərinin əllərində  üçrəngli bayrağımız səhnəyə gətirildikdən sonra onların ifasında Dövlət himni səsləndi. İştirakçıları salamlayan təhsil ocağının rəhbəri Gülarə Verdiyeva Həmrəylik Günü haqqında geniş məlumat verərək dünyada milyonlarla azərbaycanlıların yaşadığını bildirdi. Qeyd etdi ki,  bütün dünya azərbaycanlıları həmrəylik nümayiş etdirərək bu günü böyük qürur və iftixar hissi ilə qeyd edirlər.

Şagirdlərdən Rauf, Gülöyşə, Minayə, Səkinə, Günel, Amil, Könül, Səmra Həmrəylik Gününə aid söylədikləri mahnılarla, şeirlərlə, göstərdikləri teatr səhnələri ilə tədbiri  unudulmaz xatirəyə çevirdilər.

Tədbirin sonunda şagirdlərin hazırladığı Həmrəylik Gününə həsr olunmuş film nümayiş olundu.

***

Dünya Azərbaycanlılarının  Həmrəylik  Gününə həsr   olunan "Hay ver, eloğlu!" adlı ədəbi-bədii, musiqili kompozisiyanı  Bakıdakı 164 nömrəli orta məktəbdə seyr etdik.  Tədbirin təşkilatçısı, şair, puplisist Şəhla Gündüz qonaqları salamlayaraq sözü məktəblilərə verdi.

Tədbir  Nərminin, Leylanın, Jalənin, İldırımın, Aytənin ifalarında  türk millətini vəsf edən şeirlərlə başladı. İsveçrədə yaşayan həmyerlimiz Araz Elsəsin  ifaları səsləndi. Nigar və İzel türkün böyuklüyünü, gücünü, əzəmətini, qüdrətini tərənnüm edən şeirlər söyləyib mahnılar  oxudular. "Təbrizim" şeiri isə tədbirə bir nisgil və həsrət gətirdi.  "Kimlik"  studiyasının xor kollektivi "Qərə qız" və  "Bu mənim ana dilimdir" mahnısını oxudu. Ayxanın, Anarın və Sərxanın  ifasında "Nadir şah" səhnəciyi  nümayiş olundu. Sənan Bayramzadə isə  türk  ruhunun simvolu olan sazla "Sudan gələn sürməli qız" xalq mahnısını  məharətlə ifa etdi.

Ədəbii-bədii  kompozisiya "Zaman birlik  zamanıdır"  mahnısının sədaları  altında başa çatdı.

***

Bakıdakı 258 nömrəli orta məktəbdə də həmin gün təntənə ilə qeyd olundu. 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş tədbirdə əvvəlcə Azərbaycanın bölgələri ilə tanışlıq oldu. Belə ki, siniflərdə bölgələrimiz  haqqında tədbir iştirakçılarına  geniş məlumat verildi.  Tədbir məktəbin akt zalında davam etdi.

Həmrəylik Günü  haqqında tədbir iştirakçılarına məlumat verən məktəbin direktoru Sədaqət Hüseynova sözü gecənin aparıcılarına verdi.  Tədbirin aparıcıları bu günün yaranma tarixindən  və dünyada azərbaycanlılar tərəfindən təntənə ilə qeyd olunmasından danışdılar.

Şagirdlərin sevincinə qoşulan Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi Rza Ellazov və Qadın Yazarlar Birliyinin sədri Nüşabə Məmmədova belə tədbirlərin təhsil ocaqlarında keçirilməsini müsbət qiymətləndirdilər.

Tədbir şagirdlərin ifasında mahnılarla, söylədikləri şeirlərlə yadda qaldı.  

"Azərbaycan müəllimi"

 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

31 Dekabr 2010 - � 51

Dünya azərbaycanlılarına
 
Prezident İlham Əliyevə "Jurnalistlərin dostu" mükafatı təqdim olundu
 
Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Bakı şəhərində xalq qəhrəmanı Koroğlunun abidəsinin ucaldılması ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
N.M.Vəlixanlının "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Ali və orta ixtisas təhsili müəssisələrində 2010-2011-ci tədris ilinin qış imtahan sessiyasının təşkili və keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Heydər Əliyev Fondu "Buta" sarayında uşaqlar üçün bayram şənliyi təşkil edib
 
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Abşeron rayonunun Masazır qəsəbəsində  yeni məktəblə tanış olub, uşaq bağçasının açılışında iştirak edib
 
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Abşeron rayonunun Saray qəsəbəsində əsaslı təmir və  yenidənqurma işlərindən sonra istifadəyə verilən 7 nömrəli uşaq internat evi ilə tanış olub
 
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi Moskvada və ölkənin 13 regionunda xeyriyyə aksiyaları keçirib
 
"Azərbaycan haqqında nə bilirəm?" müsabiqəsinin qalibləri mükafatlandırıldılar
 
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı bir yaşını qeyd edib
 
VIII Respublika müsabiqəsinə yekun vuruldu
 
Ali məktəb tələbələri arasında XV Respublika fənn olimpiadası qalibləri mükafatlandırıldı
 
Dekabrın 25-də Təhsil Nazirliyində  Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının İdarə Heyətinin üzvləri və bu təşkilatda fəallıq göstərən bir qrup təhsil işçiləri ilə görüş keçirildi
 
Yeni il təbrikləri
 
Dünya xalqları Yeni ili necə qarşılayırlar?
 
İki özəl ali məktəbin fəaliyyətinə verilmiş lisenziyanın müddəti uzadıldı
 
Müasir texnologiyaların təqdimatı
 
Məktəbin 30 illiyi qeyd edildi
 
Ümumtəhsil fənləri tədrisinin ekoloji aspektləri
 
Milli həmrəyliyimiz milli fəxarətimizdir
 
Yaponiyanın Doşişa Universitetinin professoru ADU-da olub
 
"Azərbaycan, doğma Vətənim mənim!"
 
Böyük həyatın səhifələri
 
2009-2010-cu dərs ilində mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarında biologiya fənni üzrə nəticələr barədə
 
Qobustan rayonunun ümumtəhsil məktəblərində tam orta təhsil pilləsi üzrə buraxılış imtahanlarının keyfiyyət göstəricilərinə görə təhlili
 
Elmi-praktik konfrans
 
Sağlam cəmiyyətdə sağlam həyat tərzi
 
"Ekologiya ilinə töhfəmiz"
 
Əhəmiyyətli tədris vəsaiti: "Ekoloji atlas"
 
Məktəbdə yazıçı ilə görüş
 
"Ekologiya məktəblilərin gözü ilə"
 
Qarşılıqlı dərs dinləmə ənənə halını alıb
 
Şagirdlər kompüter biliklərinə həvəslə yiyələnirlər
 
"Açıq dərs" maraqla qarşılandı
 
Təbiəti qoruyaq
 
Dünya Azərbaycanlılarının Həmrəylik Günü
 
2011-ci ildə təhsilimi Almaniyada davam etdirmək istəyirəm
 
Təhsil müəssisələrində bayram tədbirləri keçirildi
 
Yolka ağacı - Yeni ilin atributu
 
Elmini əməllərdə göstərən alim
 
Müsabiqənin qalibi olmaq böyük şərəfdir
 
Uğur və zirvə ili
 
Pedaqoji kollektivin sevinci
 
Balacaların bayram şənliyi
 
İxtiralar, ilk addımlar
 
İlin ən yaxşı şahmatçısı
 
Dünya universitetləri: Alberta Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov