Amerika Birləşmiş Ştatlarının Beynəlxalq
Tədqiqatlar və Mübadilələr Şurasının (IREX)
Azərbaycan üzrə nümayəndəliyi ölkəmizdə
2011-2012-ci tədris ili üçün "Qlobal Tələbə
Mübadiləsi Proqramını (UGRAD)" elan etmişdir.
ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət
İşləri üzrə Bürosunun bu proqramı Azərbaycanın
ali təhsil müəssisələrinin I, II və III kurs
tələbələrinə Amerika universitetlərində və
kolleclərində bir il dərəcəsiz təhsil almaq
imkanı yaradır. İştirakçılar müsabiqə yolu ilə
seçilirlər.
UGRAD Proqramı Amerikaşünaslıq, geologiya,
mühasibat, biologiya, kimya, biznes, kompüter
elmi, iqtisadiyyat, mühəndislik, təhsil,
beynəlxalq münasibətlər, jurnalistika və KİV,
fizika, hüquq və digər sahələri əhatə edir.
Proqramda iştirak etmək üçün ərizə formalarını
IREX-in Azərbaycandakı ofisindən əldə etmək
olar. |
|