Bakıdakı 36 nömrəli orta məktəbin VIII "A"
sinfində ingilis dilində "Vacib peşələr"
mövzusunda intel proqramı ilə "açıq dərs"
keçirildi. Dərsdə kartoçka sistemindən
istifadə olundu. Dörd qrupda təmsil olunan
şagirdlər 44 sənət, peşə adını öyrəndilər.
Lətifələr, şeirlər, tapmacalar, atalar sözlərini
də ingilis dilində söyləyən şagirdlər həmçinin
müxtəlif oyunlar da oynadılar.
Qruplar özləri aralarında müzakirələr apararaq
cavablara görə qiymət verdilər.
Məktəb direktoru və müəllimlər "açıq dərs"in
yüksək səviyyədə keçirildiyini, müəllimin işinin
öhdəsindən peşəkarlıqla gəldiyini bildirdilər.
İngilis dili müəllimi Aynur Abbasova isə dərsin
yaxşı alınmasını şagirdlərin güclü olması ilə
əlaqələndirdi.
Rəşad ZİYADOV |