Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

14 Yanvar 2011 - �02

 

Təhsil Nazirliyi şöbələrinin illik hesabatları dinlənildi

 

Yanvarın 7-də Təhsil Nazirliyində De-İnstitutlaşma və Uşaqların Müdafiəsi İdarəsi, Dərslik və nəşriyyat şöbəsinin 2010-cu ilin yekunlarına dair hesabatları dinlənildi.

De-İnstitutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin rəisi Məlahət Hacıyeva öncə rəhbərlik etdiyi qurumun yaranma zərurəti, məqsədi, strukturu və əsas vəzifələrindən söz açdı. O qeyd etdi ki, "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (de-institusionalizasiya)  və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)"nın həyata keçirilməsi məqsədilə Təhsil Nazirliyinin nəzdində bu idarənin yaradılması ölkəmizdə uşaqların müdafiəsi sahəsində atılan uğurlu addım kimi dəyərləndirilməlidir.

M.Hacıyeva artıq müvafiq Dövlət Proqramı çərçivəsində uşaqların ailədə yaşamaq hüququnun təmin edilməsi və uşaqların müdafiəsi ilə bağlı irihəcmli layihələrin icrasına başlandığını bildirdi və bununla bağlı məlumatı iclas iştirakçılarının diqqətinə çatdırdı. Natiq çıxışının sonunda Proqramın icrası ilə əlaqədar qarşıda duran ciddi vəzifələrdən söz açdı.

Dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlının hesabatında əməkdaşların vəzifə bölgüsü, şöbənin ötən il üçün təsdiq olunmuş iş planına uyğun olaraq 3 istiqamət üzrə fəaliyyəti haqqında məlumat verildi.

F.Şahbazlı bildirdi ki, 2010-2011-ci tədris ilinə I, III, VI və VIII-XI siniflər üçün nəşri nəzərdə tutulan dərslik və dərslik komplektləri "Ümumi təhsil sistemində dərslik siyasəti", "Azərbaycan Respublikasında ümumi təhsilin konsepsiyası (Milli Kurikulumu)" və "Dərsliklərin nəşri, çapı və paylanması qaydaları"na uyğun olaraq respublikanın mövcud şagird kontingenti, eləcə də Gürcüstan və Dağıstanın təlim Azərbaycan dilində olan məktəblərinin, xarici ölkələrdəki "Bazar günü" məktəblərinin tələbatı nəzərə alınmaqla müzakirə edilmiş, onların siyahısı və tirajı müəyyənləşdirilmişdir. 2010-2011-ci tədris ili üçün 127 adda 4637720 ədəd dərslik və müəllim üçün metodik vəsait çap edilmiş, bölgü əsasında yerlərə çatdırılmışdır.

Yanvarın 8-də Ali və orta ixtisas təhsili və Beynəlxalq əlaqələr şöbələrinin hesabatları dinlənildi. Öncə Ali və orta ixtisas təhsili şöbəsinin müdiri İlham Mustafayev çıxış edərək 2010-cu ildə Ali və orta ixtisas təhsili şöbəsinin fəaliyyətinin əsas istiqamətlərindən söz açdı. İ.Mustafayev "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun ali və orta ixtisas təhsili müəssisələrində tətbiqi, "2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı"nın icrası, "2010-2013-cü illərdə Azərbaycan Respublikasının orta ixtisas təhsili sistemində islahatlar üzrə Tədbirlər Proqramı"nın icrası barədə danışdı. İ.Mustafayev öz hesabatında rəhbərlik etdiyi şöbədə çalışan əməkdaşlar, onların vəzifə bölgüsü, iş planları barədə danışdı.

Şöbə müdiri orta ixtisas təhsili müəssisələrində tələbələrin biliyinin qiymətləndirilməsində çoxballı sistemin (100 ballıq) tətbiqi ilə bağlı 2009-2010-cu tədris ilində başlanan eksperimentin 2010-2011-ci tədris ilindən bütün kollecləri əhatə etməsi haqqında məlumat verdi.

Beynəlxalq əlaqələr şöbəsinin müdiri Qulu Novruzov hesabatında şöbədə çalışan əməkdaşlar, onların vəzifə bölgüsü, iş planına uyğun olaraq görülən işlər barədə ətraflı məlumat verdi. Şöbənin fəaliyyət istiqamətlərindən danışan Q.Novruzov bildirdi ki, 2010-cu ildə Təhsil Nazirliyinin beynəlxalq əməkdaşlığı əsas istiqamətlər üzrə həyata keçirilmişdir.

Şöbə müdiri 2010-2011-ci tədris ilində xaricdə dövlət xətti ilə təhsil alan tələbələrimizin 7 ölkədə sayının 789 nəfər olduğunu və 2010-2011-ci ildə Azərbaycanda təhsil alan əcnəbi tələbələrin sayının isə 6173 nəfər olduğu və onların dövlət xətti ilə 159, qeyri-dövlət xətti ilə 6014 nəfər olması barədə məlumat verdi.

Ötən il ərzində müxtəlif ölkələrdə və Azərbaycanda çoxsaylı tədbirlərin keçirilməsindən, eyni zamanda şöbəyə daxil olan ərizə və  məktublar haqqında məlumat verən Q.Novruzov 2011-ci ildə şöbənin qarşısında duran vəzifələri sadaladı və verilən sualları cavablandırdı.

Yanvarın 10-da Təhsilin idarəolunmasının məlumat sistemləri və Elm şöbələrinin hesabatları dinlənildi.

2010-cu ildə görülən işləri iclas iştirakçılarının diqqətinə çatdıran İsmayıl Sadıqov çıxışında rəhbərlik etdiyi TİMS şöbəsinin yaranma tarixi, strukturu, işçi heyəti və s. barədə məlumat verdi. Qeyd olundu ki, təhsilin idarəolunmasının məlumat sisteminin yaradılmasında və fəaliyyətində başlıca məqsəd təhsili səmərəli idarə etmək və son nəticədə təhsilin keyfiyyətini yüksəltmək, informasiya texnologiyaları əsasında təhsilin səmərəli idarəolunması sistemini formalaşdırmaq, təhsil sisteminin qısamüddətli və uzunmüddətli perspektiv üçün inkişafını proqnozlaşdırmaqdır.

Hesabatda daha sonra Təhsil Nazirliyinin digər şöbələri ilə əməkdaşlıq əlaqələrindən və "Xalq kompüteri" layihəsindən bəhs olundu və sonda 2011-ci ildə görüləcək işlər diqqətə çatdırıldı.

Elm şöbəsinin müdiri Gültəkin Hüseynova hesabatında öncə şöbənin vəzifələrindən danışaraq bildirdi ki, bunlara ali məktəblərdə elmi tədqiqatlar, tələbə elmi tədqiqat işi ilə əlaqədar tədbirlərin həyata keçirilməsi, elmi konfransların, müsabiqələrin planlaşdırılması və təşkili, elmi-pedaqoji kadrların hazırlanması, Elmi-Metodik Şuranın və Respublika Elmi Pedaqoji Kitabxanasının fəaliyyətinin tənzimlənməsi, "Təhsil xəbərləri" məlumat-informasiya məcmuəsinin nəşrə hazırlanması daxildir. Şöbə müdiri çıxışında bu istiqamətlərin hər biri üzrə ötən il ərzində görülmüş işlərdən ətraflı söz açdı.

Hesabatdan aydın oldu ki, 2010-cu ildə Nazirlər Kabineti ilə razılaşdırılmış siyahıya əsasən müxtəlif ali məktəblərdə 90 elmi və elmi-praktik konfrans, o cümlədən 23 beynəlxalq konfrans keçirilmişdir.

Sonra ötən il Elm şöbəsinə daxil olan ərizə və məktublar haqqında məlumat verildi.

Yanvarın 11-də Monitorinq və qiymətləndirmə, İqtisadiyyat şöbələrinin hesabatları dinlənildi.

Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Təranə Hacıyevanın təqdimatında şöbənin məqsədi, vəzifələri, strukturu, fəaliyyətində rəhbər tutulan normativ-hüquqi sənədlərdən bəhs olundu.

2010-cu ildə görülmüş işlərdən danışan T.Hacıyeva beynəlxalq qiymətləndirmə, bu qiymətləndirmənin nəticələrindən istifadə olunması, milli və məktəbdaxili qiymətləndirmə, yoxlama və buraxılış imtahanlarının test bankları haqqında məlumat verdi. Hesabatda daha sonra IX və XI siniflər üzrə yekun qiymətləndirmənin və IX siniflərdə payız imtahanının nəticələri, imtahanlarda valideynlərin iştirakı, istifadə olunan qiymətləndirmə vasitələrinin, şagird nailiyyətlərinin təhlili və keyfiyyət göstəricilərindən söz açıldı.

İqtisadiyyat şöbəsinin müdiri Şahrza Əliyev hesabatında görülən işlərin hüquqi bazası, əməkdaşların vəzifə bölgüsü, şöbənin strukturu, əsas fəaliyyət istiqamətlərini diqqətə çatdırdı.

Ötən il ərzində görülmüş işlərdən danışan şöbə müdiri qeyd etdi ki,  ümumilikdə 255 müəssisə, idarə və təşkilatın hər ay üzrə birbaşa maliyyələşdirilməsi təmin edilmişdir. 2010-cu ildə maliyyələşdirmə işləri ilə əlaqədar şöbədə 3919 məxaric cədvəli, 2660 xərclər smetası, kredit açılışına dair 63 sifariş, bu məqsədlə Maliyyə Nazirliyinə 80 məktub hazırlanmışdır.

Ş.Əliyevin çıxışında hesabat ilində təhsilə və Təhsil Nazirliyinə ayrılan xərclər, tabelikdə olan təşkilatların təhsilin ayrı-ayrı pillələri və sahələri üzrə büdcədənkənar gəlirləri, dövlət proqramları və xüsusi tədbirlər üçün ayrılan vəsait barədə məlumat verildi və növbəti illər üçün bir sıra məsələlər üzrə görülən işlərdən danışıldı.

Yanvarın 12-də Tərbiyə və məktəbdənkənar müəssisələr, Akkreditasiya şöbələrinin hesabatları dinlənildi.

Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsinin müdiri Ağababa İbrahimov bildirdi ki, rəhbərlik etdiyi şöbə məktəbdənkənar müəssisələrin işinə və təhsil sistemində tərbiyə prosesinin həyata keçirilməsinə rəhbərlik edir və bu iş üçün bilavasitə məsuliyyət daşıyır. Təhsil müəssisələrində bütün kütləvi idman, mədəni, yaradıcı tədbirlərin və respublika əhəmiyyətli günlərin keçirilməsini təşkil edir.

Şöbə müdiri təqdimatında ekologiya sahəsində təhsil və maarifləndirmə işlərinin təşkilindən, uşaq və yeniyetmələrin bədii, texniki yaradıcılığının aşkar edilməsi, idman və şahmatın inkişafı istiqamətində atılan addımlardan, yarışlarda qazanılan uğurlardan söz açdı.

Verilən məlumatdan aydın oldu ki, 2010-cu ildə Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş təqvim planına uyğun olaraq idman növləri üzrə 24 respublika birinciliyi, 8 çempionat, 4 turnir və 66 təlim-məşq toplantısı, ümumilikdə 102 yarış keçirilmişdir.

Akkreditasiya şöbəsinin müdiri Həbib Zərbəliyev məlumat verdi ki, rəhbərlik etdiyi şöbə təhsil nazirinin müvafiq əmri ilə "Təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi" alt-komponenti çərçivəsində aparılan islahatlara və "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə uyğun olaraq yaradılmışdır. Şöbə ilk olaraq onun Əsasnaməsi, "Təhsil müəssisəsinin akkreditasiyası qaydaları"nın layihəsini və təhsil müəssisələrinin statusunu  (tipini və növünü) müəyyənləşdirən meyarları hazırlamış və təsdiqə təqdim etmişdir.

H.Zərbəliyevin hesabatında iş planının 5 istiqamət üzrə müəyyənləşdirildiyi bildirildi.

Şöbə müdiri 2010-cu ildə akkreditasiyası keçirilmiş 15 təhsil müəssisəsindən 8-nin ali, 5-nin orta ixtisas, 2-nin isə ilk peşə-ixtisas təhsili müəssisəsi olduğunu qeyd etdi.

Hesabatda 2011-ci ildə lisenziya müddəti uzadılacaq və akkreditasiyası keçiriləcək təhsil müəssisələri haqqında məlumat verildi.

Yanvarın 13-də Kənd rayonları üzrə ümumi təhsil və Texniki peşə təhsili şöbələrinin hesabatları dinlənildi.

Aydın Əhmədov rəhbərlik etdiyi şöbədə ötən il əsas fəaliyyətin normativ-hüquqi sənədlərin hazırlanması, araşdırma və tədqiqatlar, istedadlı uşaq və gənclərlə iş, kurikulum islahatı, ərizə və müraciətlərə baxılması istiqamətlərində qurulduğunu bildirdi. Sonra bu istiqamətlərdə həyata keçirilən tədbirlər diqqətə çatdırıldı.

2011-ci ildə görüləcək işlərdən söz açan şöbə müdiri istedadlı uşaqlarla iş üzrə müvafiq Dövlət Proqramının yerinə yetirilməsi vəziyyətinin kollegiyada müzakirəsi, rayon və şəhərlərdə kurikulum islahatları üzrə "Maarifləndirmə Mərkəzi"nin yaradılması istiqamətində əməli işlərin həyata keçirilməsi, ibtidai siniflərdə fənn kurikulumlarının tətbiqi vəziyyətinin öyrənilməsi, müzakirəsi və s. tədbirlərin nəzərdə tutulduğunu bildirdi.

Texniki peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədovun hesabatında öncə əməkdaşlar və onların vəzifə bölgüsü haqqında məlumat verildi. Sonra ayrı-ayrı istiqamətlər üzrə şöbənin il ərzində fəaliyyətindən bəhs olundu. Verilən məlumatdan aydın oldu ki, Dövlət Proqramı çərçivəsində 4 və 11 nömrəli Bakı peşə liseylərində əsaslı təmir işləri başa çatdırılmış, 13, 16 və 18 nömrəli Bakı peşə liseylərinin əsaslı təmirinə başlanmışdır. Son 20 ildə müxtəlif peşələr üzrə ilk dəfə olaraq 9 adda dərslik hazırlanmış, bir sıra əhəmiyyətli layihələr həyata keçirilmiş, beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə xarici ölkələrə səfərlər edilmişdir.

Təqdimatın sonunda N.Məmmədov şöbəyə daxil olan ərizə və şikayətlərdən söz açdı və 2011-ci ildə icra ediləcək əsas tədbirləri iclas iştirakçılarının diqqətinə çatdırdı. 

Hicran ƏKBƏROVA,
Ədalət DAŞDƏMİRLİ

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Təhsil nazirliyində" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov