Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

14 Yanvar 2011 - �02

 

Yanvarın 12-də təhsil naziri Misir Mərdanov Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Li Ji-ha, səfirliyin müşaviri Kim Yonq Soq və Koreya İnsan Resursları İnkişafı Xidmətinin layihə meneceri Jeong Jai Munun
başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb

 

Təhsil naziri Misir Mərdanov qonaqları səmimi salamlayaraq son illər Koreya ilə Azərbaycan arasında yaradılmış əlaqələrdən və bu əlaqələrin hər iki dövlət başçılarının səmimi münasibətləri zəminində daha da inkişaf etdirilməsindən söz açıb. Təhsil sahəsində də səmərəli əməkdaşlığın mövcudluğunu nəzərə çatdıran nazir onu da vurğulayıb ki, hazırda "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Koreya Respublikasının universitetlərində 25-dən çox azərbaycanlı gənc təhsil alır. Eyni zamanda Misir Mərdanov Koreya dilinin ölkəmizdə öyrənilməsi istiqamətində iş aparıldığını da diqqətə çatdırıb.

Sonra Misir Mərdanov Azərbaycanda Peşə Tədris Mərkəzinin yaradılması ilə əlaqədar görüləcək işlərdən danışıb və bu məsələnin müsbət həll olunacağına ümidvar olduğunu vurğulayıb.

Səmimi qəbul üçün təhsil naziri Misir Mərdanova təşəkkür edən Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Li Ji-ha öncə ölkələrarası əlaqələrin inkişafından, təhsil sahəsindəki səmərəli əməkdaşlıqdan, Koreyada Azərbaycana olan maraqdan bəhs edib və yeni Peşə Tədris Mərkəzinin yaradılmasının bu əlaqələrə müsbət təsir göstərəcəyini vurğulayıb. Səfir həmçinin Azərbaycanda Peşə Tədris Mərkəzinin yaradılması ilə bağlı ölkəmizdə səfərdə olan nümayəndə heyətinin bu ayın sonunadək müvafiq istiqamətdə araşdırmalar aparacağını, yekun olaraq Təhsil Nazirliyində təqdimatla çıxış edilməsinin nəzərdə tutulduğunu açıqlayıb və  aidiyyəti dövlət qurumları nümayəndələrinin həmin təqdimatda iştirak etməsinin əhəmiyyətini bildirib. Eyni zamanda Li Ji-ha Azərbaycanda Peşə Tədris Mərkəzinin yaradılması işinə cari ilin iyununda başlamaq niyyətində olduqlarını nəzərə çatdırıb.

Misir Mərdanov Peşə Tədris Mərkəzinin yaradılması ilə bağlı nümayəndə heyətinin fəaliyyətinə uğurlar arzulayıb və bu işdə nazirliyin müvafiq şöbəsinin onlara lazımi köməklik göstərəcəyini qeyd edib.

Koreya İnsan Resursları İnkişafı Xidmətinin layihə meneceri Jeong Jai Mun nəzərdə tutulan layihə və planlaşdırılan işlər barədə məlumat verib.

Görüşdə qeyd olunan mərkəzin fəaliyyətə başlaması üçün müvafiq işlərin həyata keçirilməsi ilə bağlı digər məsələlər ətrafında  söhbət aparılıb.

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Təhsil nazirliyində" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov