Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

14 Yanvar 2011 - �02

 

Yaponiya səfiri uşaq bağçasında olub

 

Məktəbəqədər dövrdə estetik tərbiyə çox böyük əhəmiyyət kəsb edir və sistemli xarakter daşıyır. Uşaqlarla estetik məzmunlu məşğələlərin - təbiətlə və ətraf aləmlə tanışlıq, musiqi, rəsm, applikasiya, quraşdırma işləri, əmək məşğələlərinin aparılması, musiqili-didaktik oyunların keçirilməsi, bayram tədbirləri və əyləncələrin estetik formada təşkil olunması onların tərbiyəsində böyük rol oynayır.

Qeyd etmək lazımdır ki, mədəniyyətlərarası dialoq estetik tərbiyənin daha zəngin formalaşmasına təkan verən amillərdən biridir. Mədəniyyətlərarası dialoq müxtəlif xalqlar və dövlətlər arasında mövcud olan problemlər, münaqişələrin həll edilməsi, xoşbəxt gələcəyin qurulması, qarşılıqlı anlaşmanın və hörmətin təşviq olunması, həmçinin mədəni müxtəlifliyin qorunmasına şərait yaratmaqla yanaşı, müasir beynəlxalq münasibətlərdə sülhün və təhlükəsizliyin təmin olunmasına təkan verir. Bunlar isə hər birimizin gələcəyi olan körpələrin daha gözəl, xoşbəxt, firavan mühitdə böyüməsinə imkan yaradır.

Ötən il dekabrın 18-də Bakıdakı 183 nömrəli körpələr evi-uşaq bağçasında uşaqların dünyagörüşünü artırmaq və onları mədəniyyətlərarası dialoq prosesinə az qədər olsa də cəlb etmək məqsədilə "Doğan Günəş ölkəsinə səyahət" adlı tədbir keçirilib.

Tədbirdə Azərbaycan Respublikası Təhsil Nazirliyi Məktəbəqədər təhsil sektorunun müdiri Nərminə Alnağıyeva, Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Şusuke Vatanabe və xanımı iştirak ediblər.

Tədbirdə bağçanın balaca fidanlarının ifasında Yaponiya haqqında məlumat verilib, yapon xalqının mədəniyyəti və incəsənətini əks etdirən səhnəciklər, musiqi, şeir, rəqs, idman nömrələri təqdim olunub. Yaponiya və Azərbaycanın milli geyimlərində olan uşaqlar hər iki ölkənin dövlət bayraqlarını əllərində tutublar. Bağçadakı ənənəyə müvafiq olaraq tədbirdə iştirak edən valideynlərin də övladları ilə birgə yapon və Azərbaycan milli geyimlərində çıxışları maraqla qarşılanıb. Tədbirdə habelə BDU-nun Regionşünaslıq fakültəsinin (Yaponiya üzrə) tələbələri də  uşaqlarla birgə Yaponiya mədəniyyəti ənənələrini əks etdirən "Çay mərasimi" adlı informativ-idraki səhnəcik nümayiş etdiriblər.

İKT vasitələrinin imkanlarından yararlanan uşaqlar hər iki ölkəyə qısa səyahət edərək yapon uşaqlarının da onlardan fərqlənmədiyini, onlar kimi oxuduqlarını, oynadıqlarını, rəqs etdiklərini müşahidə ediblər.

Tədbirdə iki dövlət arasında əməkdaşlığın yaranma tarixindən danışılıb, əməkdaşlığı gücləndirmək sahəsində ümummilli lider Heydər Əliyev və dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən görülən işlər barədə məlumat verilib.

Tədbirin sonunda uşaqlar musiqi sədaları altında qonaqları Azərbaycan mətbəxini əks etdirən şirniyyatlara qonaq edib, onlarla rəqs edib və birgə xatirə şəkli çəkdiriblər.

Yaponiya səfiri cənab Şusuke Vatanabe çıxış edərək tədbirdən çox məmnun qaldığını və Azərbaycan uşaqlarının çox böyük istedada malik olduğunu söyləyib.

183 nömrəli körpələr evi-uşaq bağçasının müdiri Sədaqət Qurbanova qonaqları salamlayıb və tədbirdə iştirak etdiklərinə görə onlara minnətdarlığını bildirib.  

Yusif ƏLİYEV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov