Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

14 Yanvar 2011 - �02

 

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün layihə

 

Xüsusi  qayğıya  ehtiyacı olan uşaqlar  üçün  reallaşdırılan və  məsafələri qısaldan  layihə  onlara yaşıdları arasında  təmas imkanı yaratmaqla  yanaşı, bir çox üstünlükləri ilə də seçilir. "Nobel-T" MMC-nin direktoru  Salam Əliyev bildirib  ki, bu layihə "Azərbaycan  Respublikasında  təhsil sisteminin  informasiyalaşdırılması üzrə  Dövlət Proqramı (2008-2012-ci illər)" çərçivəsində  həyata keçirilir.  Layihə xüsusi qayğıya ehtiyacı olan  məktəbyaşlı uşaqların təhsilə maraqlarının daha da  artırılması, valideynlərinin övladlarının təhsilində rolunun müəyyən edilməsi, uşaqların psixoloji  vəziyyətinin yaxşılaşdırılması  məqsədi  daşıyır. Layihənin həyata keçirilməsi üçün Bakıdakı  219 nömrəli  evdə məktəbi, bu məktəbin 30 nəfər xüsusi qayğıya ehtiyacı olan şagirddən təşkil  olunmuş 7-ci sinfi və sinifdə dərs deyəcək yüksək elmi-pedaqoji təcrübəyə malik müəllim heyəti cəlb olunub.

"Nobel-T" müəssisəsinin əməkdaşları  və psixoloqları layihədə iştirak edən 30 nəfər qayğıya ehtiyacı olan  şagirdin hər biri ilə  fərdi qaydada görüşüb, onların fiziki-psixoloji vəziyyəti, ev  və təhsilalma  şəraiti ilə yaxından tanış olublar.  Layihə çərçivəsində  "Müasir  məktəb" adlı İnternet portalının yaradılması, uşaqlar arasında xüsusi istedada malik olanların  müəyyən edilməsi, təhsilin bu səviyyəsi üzrə  yüksək ixtisaslı müəllimlərin  hazırlanması da nəzərdə tutulub. "Nobel-T" MMC-nin tərkibində  "Məsafədən tədris" mərkəzi yaradılmışdır. Bu mərkəzdə 3 bölmə -metodoloji tədris bölməsi, psixoloji-pedaqoji  təhsilin  fəaliyyəti bölməsi və məsafədən təhsilin  elmi-texniki bölməsi fəaliyyət göstərir.

Layihənin  İnternet portalı "Elektron  Təlimləndirən  Sistemlər"in davamlı və uğurlu  inkişafı üçün nəzərdə tutulub. Burada mütəmadi olaraq  müəllim və şagirdlərin  interaktiv təlim metodlarına əsaslanan elektron dərs vəsaitləri, hazırladıqları təqdimatlar, əl işləri yerləşdiriləcək, ən yaxşı işlər, fəal müəllim və şagirdlər layiqincə  qiymətləndiriləcək. 

Sifai SƏFƏROVA

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov