Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

14 Yanvar 2011 - �02

 

"Dialoq Avrasiya" Platforması çərçivəsində ailə problemləri

 

Ötən ilin sonlarında "Dialoq Avrasiya" Platforması çərçivəsində Türkiyə Respublikasının Antalya şəhərində "Ailə dini, ənənələri və müasirliyi öz ətrafında birləşdirən dəyər kimi" mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Bu tədbirə dünyanın 53 ölkəsindən 650 nümayəndə qatılmışdı.   Azərbaycan nümayəndə heyətinə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, xalq yazıçısı Anar, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, Televiziya və Radio Milli Şurasının sədri Nuşirəvan Məhərrəmli, "Dialoq Avrasiya" Platformasının Azərbaycan üzrə sədri Mustafa Saatçı, professorlar İlham Məmmədzadə, Akif Musayev, Şahlar Əsgərov, Akif Abbasov, Qulu Məhərrəmli, Cəfər Cəfərov, Malik Cəbrayılov, Məhərrəm Qasımlı, ADU-nun kafedra müdiri Samir Həmidov, Ənvər Abbasov, Qafqaz Universitetinin prorektoru Məmmədəli Babaşlı, Lider televiziyasının nümayəndəsi Tofiq Abbasov və başqaları daxil idilər.

Konfrans öz işinə noyabrın 26-da Antalya şəhərinin "Rixos Tekirova" istirahət mərkəzində başladı. Konfransın plenar iclasında çıxış edən Jurnalistlər və Yazarlar Fondunun başçısı Mustafa Yeşil  ailə modelinin mühafizə edilib saxlanmasının zəruriliyini vurğuladı.

"Dialoq Avrasiya" Platformasının sədri Nurlan Orazalin diqqəti  konfransın əhəmiyyətinə yönəltdi.

Plenar iclasda Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə  Dövlət Komitəsinin sədr müavini  Sədaqət Qəhrəmanova,  Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun direktoru Rostislav Rıbakov və başqaları da çıxış  etdilər.

Plenar iclasdan sonra tədbir üç bölmədə davam etdirildi. İki gün ərzində həmin bölmələrdə 60-a yaxın məruzə dinlənildi. Yaxşı haldır ki, məruzələrin müzakirəsi və münasibət bildirilməsi üçün də vaxt müəyyənləşdirilmişdi. Bundan başqa, bu və ya digər məruzələr qabaqcadan ayrı-ayrı ölkələrdən olan mütəxəssislərə rəyə göndərilmişdi. Bölmələrdə həmin şəxslərin rəyləri də dinlənildi. Ekspertlər kimi AMEA-nın Fəlsəfə,  Sosiologiya və Hüquq  İnstitutunun direktoru, professor İlham Məmmədzadə,  AMEA-nın İqtisad İnstitutunun əməkdaşı Aqil Əsədov,  Qafqaz Universitetinin müəllimi Əbülfəz Süleymanov çıxış etdilər.

Ayrı-ayrı bölmələrdə  Türkiyədən  Aytəkin Sırın "Mənəvi nöqteyi-nəzərdən  kütləvi informasiya vasitələri və ailə", Litvadan Vanda Birute Qinevidcenin "Müasir ailə",  Rusiyadan Rostislav Rıbakovun "Ailəyə təsir göstərən müxtəlif ideologiyalar", Seneqaldan  Fatou Sarr İfanın "Seneqalda ailə və kasıblıq", Qazaxıstandan Mayra Kabakovanın "Müasir qazax ailəsində dəyərlər və ənənələr",  Hindistandan Ənvər Alamın "Dini dövlət və qadın hüquqları", İsveçrədən Hans Ukonun "Ənənədən müasirliyə: nəyi əldə etdik və nəyi itirdik?", Avstraliyadan Rozmari Consonun  "XXI əsrdə - informasiya əsrində təhsil, ailə, ənənələr və dəyərlər" və s. mövzularda məruzələri maraqla qarşılanmışdır.

"Dialoq Avrasiya" Platforması çərçivəsində keçirilən beynəlxalq tədbir noyabrın 28-də yekunlaşdırıldı.

Qazaxıstan Yazıçılar İttifaqının sədri, qurumun başqanı Nurlan Orazalin  son iki ildə görülmüş işlərlə bağlı hesabat verdi. Təlimata uyğun olaraq, yeni başqanın seçilməsi ilə bağlı təkliflər irəli sürüldü və ukraynalı tarixçi alim və ictimai xadim, professor Vladimir Sergeyçuk növbəti iki il üçün qurumun sədri, Jurnalistlər və Yazıçılar Vəqfinin sabiq başçısı Harun Tokak həmsədr seçildilər. Platformada Avrasiya  tələbə layihəsinin on protokolu imzalandı. Həmin protokollara uyğun olaraq, 2011-ci ildə "Dialoq Avrasiya"nın üzvü olan ölkələr arasında tələbə mübadiləsinin həyata keçirilməsi qərarlaşdırıldı. Bundan başqa, növbəti ildə Avrasiya Pedaqoji klubunun yaradılması, Avrasiya Yazarlar Birliyinin toplantısının keçirilməsi, müasir qələm layihəsi və "Böyüklərin dünyasında uşaqlar" mövzusunda konfransın keçirilməsi nəzərdə tutuldu.

Konfrans Ailə Akademiyasının yaradılması kimi mühüm  təklifi irəli sürdü ki, bu, gənclərin psixoloji baxımdan müdafiə olunmasına, onların ailə həyatına hazırlanmalarına kömək olacaqdır.

Tədbirin sonunda çıxışlar oldu. Azərbaycanın xalq yazıçısı Anar öz çıxışında "Dialoq Avrasiya" Platformasının  son dərəcə xeyirxah və gərəkli istiqamətdə iş apardığını söyləyərək əlavə etdi: "Hər savaşın sonunda bir barış var. Ermənistan Respublikası ölkəmizin ərazisinin xeyli hissəsini işğal etmişdir. Bu dövlətin günahı üzündən bir milyondan artıq qaçqınımız var. Azərbaycan dövlətinin bütün səylərinə baxmayaraq, Ermənistan rəhbərləri sülhə doğru addım atmaq istəmir, işğalçılıq siyasətindən əl götürmür, danışıqlar masası arxasında oturmur, yaxud oturduqda da bu danışıqları pozurlar. Ermənistanın öz məkrli siyasətindən əl götürməsi, onun da nümayəndələrinin belə böyük bir tədbirə qoşulması məgər pis olardı?".

"Dialoq Avrasiya" Platforması çərçivəsində keçirilən "Ailə dini, ənənələri və müasirliyi öz ətrafında birləşdirən dəyər kimi" mövzusunda beynəlxalq konfrans başa çatdı. İştirakçılar  konfransın işindən  və nəticələrindən son dərəcə razı qaldılar və nikbin bir əhvali-ruhiyyə ilə Antalya şəhərindən ayrıldılar.  

Akif ABBASOV,
pedaqoji elmlər doktoru,
professor,

Mustafa SAATÇI,
"Dialoq Avrasiya" Platformasının Azərbaycan üzrə sədri

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov