BDU-nun "Gənc istedadlar" liseyində "Sehrli
aləm" rəsm studiyası "Ekologiya ili"ndə
fəaliyyətini təbiətə məhəbbət və sevgi ruhunda
davam etdirib.
Respublikamız gündən-günə gözəlləşir. İnsanlar
yaraladıqları ana təbiəti bərpa edirlər. Bu
məqsədlə əhali arasında maarifləndirmə işi
aparılır. Vətənə və onun təbiətinə məhəbbət
yönümündə tədbirlər keçirilir. Bu məqsədlə yeni
parklar, meşələr və yaşıl zolaqlar salınır.
Liseyin "Sehrli aləm" studiyasının üzvləri də
çəkdikləri rəsmlərdə bu təşəbbüsə qatılıblar.
Onlar çəkdikləri tablolarında Azərbaycanın
dilbər guşələrini, paytaxtımızın gözəlliyini,
xalqımızın ənənələrini təsvir edirlər.
Studiya üzvlərindən Aygün, Humay, Nihad, Bəylər,
Sənan, Mehin, Şahmar, Cavid, Ləman, Məhəmməd,
Lamiyə, Aysel, Vüqar, Raul və başqaları
çəkdikləri rəsmlərdə təbiətə sevgilərini əlvan
boyalarla ifadə etmişlər. V və VI siniflərdə
oxuyan bu şagirdlərin rənglər dünyasından
asanlıqla oxuyuruq ki, onlar sağlam
gələcəyimizin sağlamlığının keşiyində dayanmalı
olduğumuz təbiətin əlində olduğunu bilir,
ədalətli-ədalətsiz müharibələrdə zərərlər
vurulan təbiəti öz görmək istədikləri kimi
təsvir etmişlər. Bu təsvirlərdə keçmişlə indinin
zaman kəsiyində müasir insanın nəzərləri, arxada
od-alov püskürən, müharibə dəhşətli, qan rəngli
cəhənnəm, öndə isə firavan al-əlvan, cənnət
rövnəqli gələcək dayanır.
Ötən il dekabrın sonunda liseydə keçirilən rəsm
sərgisi, yazılan inşalar, səhnəciklər konfrans
iştirakçıları tərəfindən rəğbətlə qarşılandı.
Konfransda Bakı Dövlət Universitetinin rektoru
A.Məhərrəmov və Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin nümayəndələri liseyə bu işlərdə
uğurlar və gələcəkdə belə tədbirlərin daimi
keçirilməsini arzuladılar.
Bütün bunlar bir daha göstərir ki, şagirdlər öz
nemətlərini əliaçıqlıqla bəxş edən təbiətin
qorunmasını ən vacib amil hesab edirlər.
Aydın KƏRİMOV,
"Sehrli aləm" studiyasının rəhbəri |