Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

14 Yanvar 2011 - �02

 

"İçərişəhərin əbədi sakini"

 

"Abdulla Şaiq", "Həsən bəy Zərdabi", "Qızıl qələm" mükafatlarına layiq görülmüş tarix müəllimi Təranə Cəbiyevanın indiyə qədər "Bülbülə imamzadəsi", "Gənc müəllim və özünütəhsil", "Güzdəkli Sona xanım" və "Bir ömrün taleyi" kitabları işıq üzü görüb. 2010-cu ilin axırlarında "Təhsil" EİM onun "İçərişəhərin əbədi sakini" (redaktoru Müşfiq Çobanlıdır) kitabını (107 səhifə) çapdan buraxmışdır.

Kitab Allahın məsum və pak bəndəsi olan Mir Möhsün Ağaya həsr olunmuşdur. 67 il nurlu, insanlara kömək məqamları ilə naxışlanmış bir ömür yaşamış Mir Möhsün Ağa haqqında televerilişlər çəkilib, qəzet və jurnal məqalələri dərc edilib, kitablar nəşr olunub.

Doğma Bakının kəndlərini, bu məskənlərdəki müqəddəs məkanları araşdıran müəllif Seyid Əli Ağa barədə fikir və düşüncələri ümumiləşdirmiş, məqalələri bir yerə toplayaraq Mir Möhsün Ağanın ölümünün 60 illiyi ilə bağlı bir əsər çap etdirib.

Kitabın əvvəlində Mir Möhsün Ağanın həyat yoluna nəzər salınır, faktlar və hadisələr əsasında müqəddəs şəxsin ömür salnaməsi haqqında oxuculara məlumat çatdırılır. Həmin hissədə Mir Möhsün Ağanın doğulub yaşadığı İçərişəhərdəki ev, Seyid Əli Ağanın bacısı Qönçə bəyim (Səkinə xanım) və başqa doğmaları barədə qeydlər diqqətəlayiqdir. Bu baxımdan "Xatirələr unudulmur" bölməsi də tutumu ilə seçilir.

T.Cəbiyeva Azərbaycan dövri nəşrlərində Mir Möhsün Ağa ilə bağlı qələm məhsullarını da toplamış, müəlliflərin hüququna toxunmadan onların məqalələrini kitaba daxil etmişdir.

Əsərin sonunda Mir Möhsün Ağaya ithaf olunmuş şeirlər verilmişdir.

"İçərişəhərin əbədi sakini" rəhmdil, nurlu, bənzərsiz insan kimi rəvayət-həqiqətlərdə yaşayan Mir Möhsün Ağanın ruhuna el hörmət və ehtiramının ifadəsi olan bir əsərdir. 

Aytən MƏMMƏDOVA

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov