Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

14 Yanvar 2011 - �02

 

İlin ən yaxşı akrobatika gimnastı

 

Müstəqilliyimizə nail olduqdan sonra respublikamızda bütün sahələrdə olduğu kimi, idman sahəsinə də dövlətimiz tərəfindən diqqət böyükdür. İdmançılarımız ölkəmizi beynəlxalq turnirlərdə layiqincə təmsil edərək bayrağımızı ucaldır, Vətənimizə medallar qazandırırlar. Belə idmançılarımızdan biri də Təhsil Nazirliyinin İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbinin akrobatika gimnastikası bölməsinin üzvü Pərizad Quliyevadır. O, Təhsil Nazirliyinin 2010-cu ildə keçirdiyi müsabiqənin  "İlin ən yaxşı qız idmançısı" nominasiyası üzrə  qalibidir.  

Pərizad 1997-ci ildə Bakı şəhərində anadan olub. O, 2001-ci ildən idmanın akrobatika gimnastikası növü ilə məşğul olur.  Təlim-tərbiyəsi, çalışqanlığı ilə hamının diqqətini cəlb edən Pərizad çox keçmir ki, uğurları ilə də müəllimlərini və valideynlərini sevindirir. İstedadı ilə yoldaşlarından fərqlənən yeniyetmə idmançı hazırda Bakıdakı "Gənc istedadlar" liseyinin VII sinfində oxuyur. Təhsil aldığı liseydə də çalışqanlığı, biliklərə yiyələnmək səyi ilə  seçilir. Onun şəkli liseyin şərəf lövhəsini bəzəyir.     

Pərizadın dediklərindən:  "Bu idman növünə marağım dayımın gimnastika ilə məşğul olmasından sonra yarandı. Həmişə onun məşqlərinə gedəndə özümü də idmançılar kimi görmək istəyirdim. Anam mənim idmanın gimnastika növünə olan sonsuz sevgimi görüb 2001-ci ilin axırlarında Təhsil Nazirliyinin İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbinə üzv yazdırdı. İlk vaxtlar idman məktəbinə gələndə müəllimin verdiyi, göstərdiyi tapşırıqları layiqincə yerinə yetirə bilməyəcəyimdən  qorxurdum. Ancaq istedadlı, peşəkar və sevimli müəllimlərimin mənə doğma münasibəti özümə qarşı böyük inam yaratdı. Həvəslə, yorulmadan məşqlər edirdim və çalışırdım ki, mənə etimad göstərən müəllimlərin əməyini puç etməyim.  Məşqçi-müəllimim İradə Qurbanova  bu idman növünün bütün incəliklərini mənə həvəslə öyrədirdi. Çox keçmədən beynəlxalq turnirlərdə çıxış etməyə başladım. Müxtəif illərdə Rostovda, Krasnodarda, Ukraynada, Polşada, Portuqaliyada, Velikiy-Novqorodda keçirilən beynəlxalq yarışlarda yüksək yerlər tutaraq  ölkəmizə alnıaçıq qayıtmışam. Hər qələbədən sonra sevincimin hədd-hüdudu olmur. Bunu sözlə ifadə etmək çox çətindir. Yarışlarda əldə etdiyim uğurlar məndə özümə inam yaradırdı.

2010-cu ildə respublika çempionatında I yerə çıxmağım mənim üçün ikiqat bayrama çevrildi. Azərbaycan çempionu titulunu alanda mən elə bil yuxu görürdüm, çox sevincli idim. İdmana göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdaram. Ən böyük arzum Avropa  və dünya çempionu adını qazanmaqdır. Bu arzuya nail olmağı qarşıma məqsəd qoymuşam".

Pərizadın məşqçi-müəllimi  idman ustası, yığma komandanın baş məşqçisi, əməkdar məşqçi  İradə Qurbanova da onun haqqında fikirlərini bizimlə bölüşdü. O, Pərizadın böyük potensiala malik, çalışqan, bacarıqlı və yaxşı formada olan bir idmançı olduğunu dedi. Onu bu titulu qazanması münasibətilə təbrik etdi və Pərizadı Avropa və dünya çempionu görməyi arzu etdi.

Pərizad haqqında danışan idman məktəbinin direktoru, Azərbaycan bədən tərbiyəsi və idman xadimi, əməkdar məşqçi,  idman ustası Arif Qafarov yetirmələrinin uğurlarının çox olmasından qürur hissi keçirdiyini bildirdi.

A.Qafarov idman məktəbinin tarixi haqqında məlumat verdi. Bildirdi ki, 1968-ci ildə yaradılan bu təhsil müəssisəsi 1989-cu ilə qədər gimnastika məktəbi kimi  fəaliyyət göstərirdi. 1989-cu ildə məktəb tamamilə yandığından fəaliyyətini dayandırdı. 2006-cı ildə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın göstərişi ilə idman məktəbi əsaslı təmir olundu. Hazırda məktəbin 700-ə yaxın şagirdi var. Məktəbin Avropa və dünya çempionatında iştirak edən və qabaqcıl yerləri tutan yetirmələri var. A.Qafarov məktəbin uğurlarının davamlı olacağından və gələcəkdə də yeni-yeni nailiyyətlər əldə edəcəklərinə ümidvar olduğunu bildirdi.  

Rəşad ZİYADOV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"İdman" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov