Azərbaycanda
rəsmi səfərdə olan Bosniya və Herseqovinanın
xarici işlər naziri Sven Alkalay yanvarın 13-də
Azərbaycan Diplomatik Akademiyasında (ADA)
xarici işlər nazirinin müavini, bu təhsil
ocağının rektoru Hafiz Paşayev və
professor-müəllim heyəti ilə görüşmüşdür.
ADA-nın
mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki,
H.Paşayev qonağa akademiyada tədrisin təşkili,
gələcək planlar barədə ətraflı məlumat
vermişdir. Keçən il akademiyanın tələbələrinin
Çexiya, Gürcüstan və İranda səfərdə olduqlarını
bildirən rektor H.Paşayev Bosniya və Herseqovina
ilə də tələbə mübadiləsi aparmağı təklif
etmişdir.
ADA-da
təhsilin müasir dövrün tələblərinə cavab
verdiyini vurğulayan S.Alkalay akademiya ilə
əməkdaşlıqda maraqlı olduqlarını bildirmişdir.
|