Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

20 Yanvar 2011 - �03

 

Ümummilli liderin təhsil siyasəti

 

Naxçıvan Dövlət Universitetində "Heydər Əliyev və təhsil siyasəti" mövzusunda elmi konfrans keçirildi.

Universitetin Sosial idarəetmə və hüquq fakültəsinin əlavə təhsil üzrə tələbələrinin təşkil etdiyi konfransı giriş sözü ilə NDU-nun rektoru, akademik İsa Həbibbəyli açaraq Azərbaycan təhsilinin inkişafında, milli kadr potensialının yetişməsində ümummilli liderin misilsiz xidmətlərindən danışdı. Rektor dahi öndərin regionlarda, xüsusilə də Naxçıvanda elmin, təhsilin tərəqqisinə böyük əhəmiyyət verməsindən bəhs etdi, Naxçıvan Dövlət Universitetinin kollektivi ilə unudulmaz görüşlərini, dəyərli tövsiyələrini xatırlatdı.

Tərbiyə işləri üzrə prorektor, fəlsəfə elmləri doktoru Məmməd Rzayev ümummilli liderin təhsil siyasətinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, milli təhsilin qloballaşan dünyanın tələbləri səviyyəsində inkişafı barədə ətraflı məlumat verdi.

"Heydər Əliyev və Azərbaycanın elm-təhsil strategiyası" mövzusunda məruzə edən tələbə Elşən Abdullayev bildirdi ki, hələ sovetlər dönəmində Heydər Əliyevin rəhbərliyi ilə milli təhsilin inkişafında əsaslı kəmiyyət və keyfiyyət göstəriciləri əldə olunmuş, 1984-1987-ci illərdə SSRİ-də ümumtəhsil və peşə məktəbi islahatı uğurla həyata keçirilmiş, azərbaycanlı abituriyentlərin keçmiş SSRİ-nin ən məşhur ali təhsil ocaqlarında dövlət hesabına təhsil alması təmin olunmuşdur. Müstəqillik illərində ümummilli liderin müəllifi olduğu  "Təhsil Qanunu"nun qəbul edilməsi, milli təhsilin inkişaf strategiyasının uğurla həyata keçirilməsi, yeni təhsil müəssisələrinin açılması, təhsil işçilərinə dövlət qayğısının artması bu gün öz bəhrələrini verməkdədir.

Konfransın əsas təşkilatçılarından olan tələbə İntizar Məmmədova "Heydər Əliyev və Azərbaycan təhsilində milli kadr potensialının formalaşması", tələbələr Asəm Kazımov "Heydər Əliyev və Naxçıvanda təhsilin inkişafı", Yaqub Əliyev isə "Heydər Əliyev və təhsil strategiyasının tarixi aspektləri" adlı məruzələrində dahi öndərin təhsil siyasətinin bugünkü bəhrələrindən danışdılar. Vurğulandı ki, Prezident cənab İlham Əliyevin xüsusi qayğısı, Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun rəhbərliyi ilə son 15 il ərzində muxtar respublikada 160-dan çox məktəb binası tikilmiş və ya əsaslı təmir olunaraq istifadəyə verilmiş, təhsil müəssisələrinin maddi-texniki və tədris bazası möhkəmləndirilmiş, ən yeni informasiya-kommunikasiya vasitələri ilə təchiz olunmuşdur.

Qeyd edildi ki, Heydər Əliyev ölkənin sürətli və dinamik inkişafının başlıca amilini milli elmin, təhsilin tərəqqisində görürdü. Belə ki, bu böyük siyasətçi sovetlər dövründə 17 mindən artıq azərbaycanlı gəncin dövlət hesabına xaricdə təhsilini təmin etmiş, müxtəlif təhsil ocaqlarının, o cümlədən hərbi kadrların yetişdirilməsi məqsədilə 1971-ci ildə C.Naxçıvanski adına hərbi məktəbin açılmasına nail olmuşdu.

Konfransın sonunda universitet televiziyasının hazırladığı "Heydər Əliyev və təhsil siyasəti" adlı sənədli film nümayiş etdirilmişdir.  

NDU-nun Mətbuat şöbəsi

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov