Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

20 Yanvar 2011 - �03

 

Anlaşma memorandumu imzalandı

 

BDU-nun rektoru, akademik Abel Məhərrəmov Ankara Universitetinin rektoru, professor, doktor Cemal Taluğun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Akademik Abel Məhərrəmov Bakı Dövlət Universitetinin Türkiyənin ali təhsil ocaqları ilə əməkdaşlığa xüsusi əhəmiyyət verməsindən, universitetlərin daha sıx və səmərəli fəaliyyət göstərmələri üçün birgə proqram və layihələrdən bəhs edib. Rektor Bakı Dövlət və Ankara universitetləri arasında ikili diplomlar, tələbə-müəllim mübadiləsi və s. haqqında da danışıb. Məlum olub ki, adıçəkilən universitetin prorektoru Arqun Karacabəy, hüquq fakültəsinin dekanı Mustafa Ağqaya bir müddət öncə BDU-da olmuş və hüquq fakültəsinin diplomlarının qardaş ölkədə tanınması istiqamətində müzakirələr aparmışlar.

Professor, doktor Cemal Taluğ hər zaman BDU rektoru tərəfindən səmimi münasibət gördüyünü deyib. Bildirib ki, Ankara Universiteti hüquq, türk dili və ədəbiyyatı ixtisasları üzrə ikili diplomların verilməsinə tərəfdardır. Rektorlar ikili diplomların verilməsi üçün Ankara Universitetinin tələbələrinin BDU-da, BDU tələbələrinin isə Ankara Universitetində yay məktəblərində iştiraklarının detallarını da müzakirə ediblər.

Daha sonra Bakı Dövlət Universiteti ilə Ankara Universiteti arasında beynəlxalq əlaqələri inkişaf etdirmək məqsədi ilə elm və təhsil sahəsində ümumi maraqlara əsaslanan əməkdaşlıq müqaviləsinin imzalanma mərasimi keçirilib. Əməkdaşlıq müqaviləsində tədqiqatçı, doktorant və magistrantların mübadiləsi, müəllimlərin ixtisaslarının artırılmasına qarşılıqlı yardım, qabaqcıl inkişaf metodları sahəsində təcrübə mübadiləsi, ikitərəfli birgə elmi simpozium, seminar və konfransların təşkili, qarşılıqlı maraq doğuran layihə və proqramlarda tərəflərin birgə iştirakı, tamamlanmış bakalavr dərəcəsi, ikili diplom proqramları öz əksini tapıb.

İmzalanma mərasimindən sonra rektorlar bildiriblər ki, müqavilədən yararlanan tələbələr həm BDU, həm də Ankara Universitetinin məzunu olacaqlar, bu da onlara hər iki qardaş dövlətdə işləmək şansı yaradacaq.  

BDU-nun Mətbuat və informasiya şöbəsi

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov