Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

20 Yanvar 2011 - �03

 

20 Yanvar faciəsindən 21 il keçir

 

"20 Yanvar - tariximizin qan yaddaşı" mövzusunda elmi-praktik konfrans 

Yanvarın 18-də Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun akt zalında "20 Yanvar - tariximizin qan yaddaşı" mövzusunda elmi-praktik konfrans keçirildi.

Konfransı institutun rektoru, fizika-riyaziyyat elmləri doktoru, professor Asəf Zamanov giriş sözü ilə açaraq bildirdi ki, 20 Yanvar hadisələri xalqımızın tarixində nə qədər faciədirsə, ondan da çox xalqın milli istiqlaliyyəti uğrunda mübarizə aparmasıdır. A.Zamanov bildirdi ki, XX yüzillikdəki qabarma və çəkilmələr Azərbaycan xalqının üzərindən yan keçməyib, əksinə, biz həmişə bu qabarma və çəkilmələrin içərisində olmuşuq. Hələ 1918-ci ilin 28 mayında müstəqil Azərbaycan Demokratik Respublikasının qələbəsi ilə başa çatması və həmin vaxt müstəqil Azərbaycanın 23 ay yaşaması, sonra sovet imperiyası tərkibində 73 il yaşaması və nəhayət, 1991-ci ildə Azərbaycan xalqının öz iradəsi ilə müstəqil Azərbaycan Respublikasını yaratması və inkişaf etdirilməsini göz önünə gətirək. 1988-ci il hadisələrindən sonra kütləvi mitinqlər, sonra Dağlıq Qarabağ və onun ətrafında nümayişlər başladı. Həmin ərəfədə əslən Ağdamdan olan iki gənc - Əli və Bəxtiyar qətlə yetirildi. Bundan sonra vəziyyət daha da gərginləşdi. Nəhayət, 1990-cı il yanvar ayının lap əvvəlləri Bakıda, rayonlarda olan hadisələr, qırğınlar, talanlar... Heç bilinmirdi bu qırğınları kim törədir. Bütün bunlar ona aparıb çıxarırdı ki, Azərbaycanda nə isə kütləvi qırğına səbəb olan bir hadisə törədilsin. Bundan sonra 13 yanvar və nəhayət, 1990-cı il 19 yanvar hadisələri başladı. Bunların hamısının nəticəsi olaraq 20 Yanvar 1990-cı il tarixdən komendant saatı elan edildi. Lakin o vaxt 19.27 dəqiqədə televiziyanın enerji bloku partladıldı və Azərbaycan əhalisi heç bir informasiya ala bilmədi. Həmin dövrün "rəhbərləri" ölkəni idarə edə bilmirdilər. Ona görə də belə hadisələr baş verirdi. Bu da Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəyə qalxmış əliyalın insanlarının qırılmasına gətirib çıxardı.

Yanvarın 21-də ulu öndər Heydər Əliyev Moskvadakı Azərbaycan nümayəndəliyinə getdi və 20 Yanvar hadisələrinin əsl günahkarlarını bütün dünyaya bəyan etdi, Azərbaycan xalqına başsağlığı verdi. Bu, bütün xalq üçün bir təskinlik, bir ürək-dirək idi.

Öz milli mənəvi dəyərlərimizə hörmət əlaməti olaraq, öz qan yaddaşımızı bir daha bəyan edərək bura yığışmışıq, - deyən rektor sonra çıxış üçün sözü Bakı Dövlət Universitetinin professoru, kimya elmləri doktoru İdris Əhmədova verdi. O dedi:

- Bildiyiniz kimi, yanvarın 16-dan meydan hadisələri başlanmışdı. Biz ziyalılar da həmin mitinqlərdə iştirak edirdik. Onu deyim ki, biz beş alim o vaxt Azərbaycan Elmlər Akademiyasının Sumqayıt Polimer Materialları İnstitutunda çalışırdıq. Biz beş dost, beşimiz də Bakıda yaşayırdıq. Hər gün Sumqayıta gedib-gəlirdik. Həmin 20 Yanvar hadisəsindən sonra biz də qərara gəldik ki, iş yerinə gedib mitinq edərək partiya biletimizi ataq. Yanvarın 24-də səhər 5 alim - İbrahim İbrahimov, Svetlana Məmmədova, İsmayıl Mursaqulov, Parlaq Mustafayeva və bir də mən İbrahim müəllimin "Jiquli" markalı maşını ilə Sumqayıta gedirdik. Ceyranbatan gölünə çatanda maşınımız xarab oldu. Onu çəkib yolun kənarına qoyduq. BTR-lərin gəldiyini görüb maşınımıza əyləşdik. Həmin BTR-lərdən 5-i bizim maşının yanından ötüb keçdi. Mən arxaya baxdım ki, görüm yenə zirehli texnikadan gələn varmı. Onu gördüm ki, altıncı BTR bizim maşının üstünə gəlir. Mən bir qədər oturacağın üstünə sarı əyildim. BTR maşınımızı əzik-üzük etdi. Mənimlə Parlaq xanım başımızdan, qolumuzdan və bədənimizin müxtəlif yerlərindən ağır yaralansaq da sağ qalmışdıq. Amma çox təəssüflər olsun ki, 3 dünya şöhrətli kimyaçı alimimiz şəhid oldu. Mən İbrahim müəllimə, Svetlana xanıma, İsmayıl müəllimə ulu Tanrıdan rəhmət diləyirəm.

Daha sonra tədbirdə Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun kafedra müdiri, filologiya elmləri doktoru, professor Aydın Paşayev, institutun əməkdaşları Nisə Cəlilzadə, Fikrət Əliyev, Nurəddin Hüseynov çıxış etdilər.

Konfransda institutun Binəqədi Rayon İcra Hakimiyyəti ilə birgə keçirdiyi 20 Yanvara həsr olunmuş inşa yazı müsabiqəsinin bu rayonda fəaliyyət göstərən məktəblərin qalib olmuş bir qrup yuxarı sinif şagirdinə diplomlar və hədiyyələr təqdim olundu.

Sonda konfrans iştirakçıları institutun əməkdaşlarının hazırladığı 20 Yanvara həsr olunmuş filmə tamaşa etdilər. 

Ədalət DAŞDƏMİRLİ

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov