Bakıdakı 5
nömrəli orta məktəbdə Almaniyanın Konrad
Adenauer Fondu Təhsil Nazirliyi ilə birgə
Avropa Birliyinin maliyyə dəstəyi ilə
"Demokratiya sizinlə başlayır" 3 illik Regional
layihənin ilk dörd günlük simulyasiya oyununun
yekun mərhələsini başa çatdırıb. Layihə ilə
bağlı keçirilən tədbirdə millət vəkili Asim
Mollazadə, Nəsimi Rayon Bələdiyyəsinin sədri
Natiq Abbasov və digər qonaqlar da iştirak
ediblər.
"DEMOCRACÜ
STARTS WITN ÜOU" layihəsinin milli
əlaqələndiricisi Mehriban Rəhimli öncə Bakıda 7
pilot məktəbində bu cür layihənin həyata
keçirilməsini qeyd edib və tədbirin
məktəblilər üçün əhəmiyyətindən danışıb.
Məktəbdə
simulyasiya oyununda 30 nəfər seçilmiş X sinif
şagirdi onları narahat edən mərkəzi mövzunu
səsvermə yolu ilə seçiblər. Növbəti gün isə
demokratiya və Azərbaycan gəncliyi ilə bağlı
şagirdləri maraqlandıran mövzu ətrafında maraqlı
diskussiya keçirilib.
Şagirdlərə
layihənin uğurla həyata keçirilməsində fəal
iştirakına görə Almaniyanın Konrad Adenauer
Fondunun Cənubi Qafqaz Bölümünün rəhbəri Katya
Kristina Plate tərəfindən imzalanmış sertifikat
təqdim edilib.
Şakir CƏFƏROV |