Sumqayıt
Dövlət Universitetində bütün fakültə və
kurslarda semestr imtahanları tələbələrin
biliyinin qiymətləndirilməsinin çoxballı sistemi
haqqında Əsasnamənin tələblərinə uyğun olaraq
yazılı monitorinq formasında keçirilir. Əvvəlki
illərdən fərqli olaraq 2010-2011-ci tədris
ilinin qış imtahanı sessiyasında bir neçə qrupda
bəzi fənlərdən imtahanlar ilk dəfə olaraq
kompüter vasitələri istifadə etməklə test
tapşırıqları şəklində aparılır. 6 ay əvvəl
rektorun əmri ilə mütəxəssislərdən ibarət işçi
qrup yaradılıb. Həmin qrup bu üsulun proqram
təminatını hazırlamış, hazırlıq işlərini görmüş,
qruplarda sınaq imtahanları keçirmişdir.
İmtahanlar kimya və biologiya, mühəndislik,
fizika və elektroenergetika, iqtisadiyyat və
idarəetmə fakültələrinin qruplarında aparılır.
Tələbə
imtahan verəcəyi fənni seçdikdən və öz imtahan
kodunu daxil etdikdən sonra həmin fənn üzrə test
suallarının hamısına cavab verildikdən, ayrılan
vaxt tamam olduqdan və ya tələbənin öz arzusu
ilə sona çatdıqdan sonra tələbənin qiyməti
monitorun ekranına verilir və eyni zamanda
server kompüterə ötürülür. Qrup üzrə imtahan
nəticələri server kompüterdə saxlanılır.
Yeni üsulun
gələcəkdə daha geniş miqyasda istifadəsi nəzərdə
tutulur. |