Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

28 Yanvar 2011 - �04

 

Təhsil Nazirliyində kollegiya iclası keçirilib

 

Yanvarın 27-də Təhsil Nazirliyində ötən ilin yekunları və bu il qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilib. İclasda kollegiya üzvləri ilə yanaşı, Prezident Administrasiyasından, Nazirlər Kabinetindən, digər dövlət qurumlarından, YAP-dan nümayəndələr, millət vəkilləri, Təhsil Nazirliyi Aparatının məsul işçiləri, nazirliyin struktur-bölmə rəhbərləri, ali məktəblərin rektorları, bəzi qeyri-hökumət təşkilatlarının təmsilçiləri, orta ixtisas, ilk peşə-ixtisas məktəblərinin, bilavasitə Təhsil Nazirliyinə tabe olan ümumtəhsil müəssisələrinin direktorları, rayon, şəhər təhsil şöbə müdirləri, tanınmış ziyalılar və KİV işçiləri iştirak ediblər.

Kollegiyada təhsil naziri Misir Mərdanov "2010-cu ilin yekunları və 2011-ci ildə qarşıda duran vəzifələr" mövzusunda hesabat məruzə-təqdimatı ilə çıxış edib. Nazirin geniş faktik materiallara, dərin təhlillərə, müqayisələrə əsaslanan və təhsilin bütün pillələrində, təhsil sahəsində həyata keçirilən inkişaf yönümlü dövlət proqramlarının, xarici təşkilatlarla birgə reallaşdırılan layihələrin icrası istiqamətində ötən il görülmüş işləri, əldə olunan uğurları və mövcud problemləri, bu il üçün planlaşdırılan tədbirləri əhatə edən təqdimatı iclas iştirakçıları tərəfindən diqqətlə dinlənilib.

İclasda YAP-ın icra katibi Əli Əhmədov, Milli Məclis sədrinin müavini Bahar Muradova, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə çıxış edərək nazirin əhatəli təqdimatını yüksək qiymətləndirib, ötən il təhsilimizdə böyük uğurların əldə edildiyini, bütün bunların dövlətimizin təhsilə qayğısı sayəsində mümkün olduğunu qeyd ediblər.

(Kollegiya iclasından geniş material qəzetimizin növbəti nömrəsində dərc olunacaq) 

Y.ƏLİYEV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Təhsil nazirliyində" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov