Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

28 Yanvar 2011 - �04

 

"Elektron təhsil" layihəsinin təqdimatı

 

Yanvarın 25-də Təhsil Nazirliyində "Elektron təhsil" layihəsinin təqdimat mərasimi keçirilib.

Mərasim iştirakçılarını salamlayan təhsil naziri Misir Mərdanov ölkəmizdə təhsil sisteminin informasiya-kommunikasiya texnologiyaları ilə təminatı məsələlərinə xüsusi diqqət yetirildiyini bildirib. Nazir "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində 20 orta təhsil müəssisəsinin "Elektron məktəb" pilot layihəsinə qoşulduğunu, yaxın müddətdə isə daha 30 tədris ocağında bu yeniliyin tətbiq olunacağını nəzərə çatdırıb.

Təhsil sistemində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə görə Azərbaycanın MDB məkanında öncül yerlərdən birini tutduğunu qeyd edən "Ultra" şirkətinin prezidenti Tahir Mirkişili "Elektron təhsil" layihəsi haqqında məlumat verib. Artıq ölkə üzrə 1000 məktəbdə elektron dərslərdən istifadə imkanının olduğunu vurğulayan T.Mirkişili Təhsil Nazirliyinin Təhsilin idarəolunmasının məlumat sistemləri (TİMS) şöbəsinin məlumatları əsasında 4500 məktəbin şagird və müəllim kontingenti barədə məlumatların Data mərkəzə daxil edildiyini söyləyib.

"Elektron təhsil" layihəsinin həyata keçirilməsi istiqamətində görülmüş işləri nəzərə çatdıran "Ultra" şirkətinin şöbə müdiri Sərxan Məmmədov layihənin üstün cəhətlərini sadalayıb. "Elektron təhsil" layihəsinin Təhsil Portalı (www.edu.az), "Elektron məktəb" İdarəetmə Proqramı (ASM), Elektron Dərsləri İdarəetmə Proqramı (AeL), Elektron Dərslər (SCORM standartları) və Milli Təhsil Məlumat Bazasını (NED) özündə birləşdirdiyinə diqqət çəkən S.Məmmədov layihənin məktəb idarəetməsi, qiymətləndirmə, tədrisin səviyyəsinin yüksəldilməsi, valideyn-məktəb münasibətləri, təhsil sahəsinə dair müxtəlif statistik göstəricilərin vahid bazada toplanması baxımından əhəmiyyətli olduğunu qeyd edib.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, "Elektron təhsil" layihəsinin gözlənilən nəticələri verməsi üçün həyata keçiriləcək tədbirlər müzakirə olunub.

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Təhsil nazirliyində" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov