Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

28 Yanvar 2011 - �04

 

Peşə Tədris Mərkəzinin yaradılması layihəsi müzakirə edildi

 

Yanvarın 24-də Təhsil Nazirliyində Qabaqcıl Texnologiyalar üzrə Peşə Tədris Mərkəzinin yaradılması layihəsinin müzakirəsinə dair iclas keçirilib.

İclas iştirakçılarını salamlayan təhsil naziri Misir Mərdanov Azərbaycanda texniki peşə təhsilinin inkişafı istiqamətində həyata keçirilən tədbirlərə Maliyyə, İqtisadi İnkişaf, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin və digər dövlət qurumlarının verdikləri dəstəkdən söz açıb. Nazir bildirib ki, 2007-ci ildə Cənubi Koreya tərəfinin təklifi ilə respublikamızda Peşə Tədris Mərkəzinin yaradılması layihəsinin reallaşdırılması üzrə razılığa gəlinib, bununla bağlı mütəxəssislərin qarşılıqlı səfərləri təşkil olunub və bir sıra təşkilati məsələlər həllini tapıb. Layihə haqqında məlumat verən Misir Mərdanov Peşə Tədris Mərkəzinin yaradılması üçün Cənubi Koreya hökumətinin 22 milyon dollar ayıracağını nəzərə çatdırıb və qeyd edib ki, mərkəzdə 8 ixtisas üzrə il ərzində 800 nəfər peşə təlimi ala biləcək.

Təhsil naziri 4 nömrəli Bakı Peşə Liseyinin bazasında yaradılması nəzərdə tutulan mərkəzdə 2 illik ümumi və qısamüddətli kursların təşkil ediləcəyini söyləyib. Ölkə Prezidenti İlham Əliyevin texniki peşə təhsilinin inkişafına prioritet məsələlərdən biri kimi yanaşdığını vurğulayan nazir qarşıda duran işlərin uğurla yerinə yetiriləcəyinə əminliyini ifadə edib.

Qabaqcıl Texnologiyalar üzrə Peşə Tədris Mərkəzinin yaradılmasına dəstək göstərən hər kəsə təşəkkürünü bildirən Cənubi Koreya İnsan Resursları Departamentinin nümayəndəsi Can Cey Mun çıxışında layihənin əsas məqsədləri barədə məlumat verib. Layihə çərçivəsində əsas və orta, eləcə də ali məktəbləri bitirmiş şəxslərin peşə təhsili almasının mümkün olacağını söyləyən qonaq mərkəzdə ən yüksək tələblər səviyyəsində tədris şəraitinin yaradılacağını, şagirdlərin yataqxana ilə təmin ediləcəyini nəzərə çatdırıb.

Cənubi Koreyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Li Ci-Ha Qabaqcıl Texnologiyalar üzrə Peşə Tədris Mərkəzinin yaradılması layihəsinin əhəmiyyətindən bəhs edib. Ölkəsinin Azərbaycanla qarşılıqlı əməkdaşlıqda maraqlı olduğunu bildirən səfir bu layihənin də uğurla reallaşdırılacağına inandığını söyləyib.

Sonda məsələ ətrafında fikir mübadiləsi aparılıb, layihənin həyata keçirilməsi istiqamətində görüləcək işlər müzakirə edilib.

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Təhsil nazirliyində" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov