Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

4 Fevral 2011 - �05

 

Metodiki işin təşkili və həyata keçirilməsi müzakirə edilib

 

Bakıdakı 5 nömrəli orta məktəbdə metodiki işin təşkili  və həyata keçirilməsi ilə əlaqədar  məktəb metodik Şurasının yığıncağı keçirilib. Yığıncaqda BPKİYİ-nin Təhsilin inkişafı və idarəedilməsi kafedrasının, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri, paytaxtın ayrı-ayrı orta məktəblərində işləyən 24 direktor müavini  və müəllimlər iştirak ediblər. Məqsəd təhsil ocaqlarında təlimin keyfiyyətini yüksəltmək, müəllimlər və məktəb rəhbərləri arasında  təcrübə mübadiləsi aparmaq olub.

Öncə məktəbin ibtidai siniflər üzrə fənn metodbirləşməsinin sədri Günel Musəvi fənn metodbirləşməsinin üzvü, ibtidai sinif müəllimi Almaz Bayramova ilə birgə "Fəal  dərs necə qurulmalıdır" mövzusunda təqdimat ediblər. G.Musəvi və A.Bayramova bildiriblər ki, ölkədə uğurla həyata keçirilən təhsil islahatı milli təhsil sisteminin inkişafına yönəlib. Bu sistemin əsasını demokratikləşdirmə, humanistləşdirmə, humanitarlaşdırma, inteqrasiya və digər prinsiplər təşkil edir. Bu prinsiplərə söykənən təhsil sistemində uğurlu nəticələr əldə etməyin yollarından biri də dərslərdə fəal təlim metodlarından səmərəli və yaradıcı istifadə etməkdir. Məlumdur ki, yeni metod və priyomlar biliklərin müstəqil mənimsənilməsinə və şagirdlərin yaradıcı fəaliyyətinə zəmin yaradır. Bu prosesdə şagirdlər  əməkdaşlıq etmək, dialoqda fəallıq göstərmək və özünü realizə etmək yollarını axtarıb tapmaq kimi keyfiyyətlərə yiyələnirlər. Fəal təlimin mahiyyəti ondan ibarətdir ki, biliklərin  verilməsi prosesində  şagirdlər yaradıcı təfəkkürlərini işə salır.

Sonra tarix fənni üzrə metodbirləşmənin üzvü Rüxsarə Rüstəmova "Ekskursiya təlim metodu kimi", riyaziyyat - informatika fənn metodbirləşməsinin sədri Jalə Abdulbəyova "Dərsdə şagirdlərin idrak fəallığının yüksəldilməsi" mövzularında çıxışlar ediblər.

Məktəbin direktoru Nərminə Gündüzlü çıxışında qeyd edib ki,  istedadlı şagirdlərin potensial imkanları üçün optimal şərait, ilk növbədə, müəllim tərəfindən pedaqoji prosesdə yaradılmalıdır. Müəllimlərlə şagirdlər arasında ünsiyyət həmişə gözəl arzu və ümid qığılcımları oyatmalıdır...

Metodşuranın işində iştirak edən BPKİYİ-nin Təhsilin təşkili və idarəedilməsi kafedrasının  müdiri Nisə Cəlilzadə, Bakı Şəhəri üzrə Təhsil İdarəsi Metodik Mərkəzinin direktor müavini Sitarə Məmmədova, həmin mərkəzin Binəqədi - Nəsimi bölməsinin müdiri Həvva Əsgərova və digər çıxış edənlər  də  keçirilən   metodşura haqqında öz fikir və tövsiyələrini bildiriblər.

Şakir CƏFƏROV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov