Naxçıvan
Dövlət Universitetində 2 fevral - Gənclər günü
münasibəti ilə keçirilən konfransı NDU-nun
təlim-tərbiyə işləri üzrə rrorektoru, fəlsəfə
elmləri doktoru, əməkdar müəllim Məmməd Rzayev
açaraq ümummilli lider Heydər Əliyevin gənclər
siyasətindən, müstəqil Azərbaycanın inkişafında
aparıcı qüvvə kimi gəncliyə daimi diqqət və
qayğı göstərməsindən söz açdı. Qeyd olundu ki,
Gənclər günü 1996-cı ildə Prezident Neydər
Əliyevin sərəncamı ilə MDB məkanında və Şərqi
Avrora ölkələri arasında ilk dəfə olaraq
Azərbaycanda qeyd olunmağa başlamışdır. Natiq
Azərbaycan gəncliyinin yüksək intellektual
potensiala, milli mənəviyyata və müasir
dünyagörüşünə malik olduğunu vurğuladı.
Prezident İlham Əliyevin və Naxçıvan MR Ali
Məclisinin sədri Vasif Talıbovun hərtərəfli
qayğısı və yüksək etimadı sayəsində
gənclərimizin sosial-siyasi, iqtisadi və digər
sahələrdə böyük uğurlar qazanmasından bəhs
olundu.
Sonra NDU YAP
ərazi ilk təşkilatının sədri, pedaqoji elmlər
üzrə fəlsəfə doktoru, əməkdar müəllim Kamal
Camalov "Yeni Azərbaycan Partiyası və Azərbaycan
gəncliyi", NDU YAP Gənclər Birliyinin sədri,
İqtisad fakültəsinin IV kurs tələbəsi Elçin
Əliyev "Heydər Əliyev və Azərbaycan gəncliyi",
Beynəlxalq əlaqələrin tarixi və nəzəriyyəsi
ixtisası üzrə I kurs magistrantı Elnur Kəlbizadə
"Avropa Şurası əlaqələrində gənclərin rolu"
mövzularında məruzələr etdilər. Məruzələrdə
gənclərin ölkədəki ictimai-siyasi rroseslərdə
fəal vətəndaşlıq mövqeyi tutmalarından,
sosial-iqtisadi islahatların aparılmasında
müstəsna rol oynamalarından, Azərbaycanı dünya
miqyasında layiqincə təmsil etmələrindən söz
açıldı. Bildirildi ki, universitetdə oxuyan
tələbə gənclər də dövlət siyasətini yekdilliklə
dəstəkləyir, beynəlxalq və ümumresrublika
səviyyəli simrozium və konfranslarda,
olimriadalarda, idman yarışlarında iştirak
edərək xalqının və təhsil aldıqları ali məktəbin
adını şərəf və ləyaqətlə doğruldurlar. Tələbə
gənclər müstəqil Azərbaycanın tərəqqisi üçün
bundan sonra da əzmlə fəaliyyət göstərəcək.
Universitetdə
təhsil alan nigeriyalı və banqladeşli tələbələr
azərbaycanlı həmkarlarını əlamətdar bayram
münasibətilə təbrik etdilər.
Mehriban SULTAN |
|