Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

4 Fevral 2011 - �05

 

ARDNŞ təhsil müəssisələrinin inşası və təmirində fəal iştirak edir

 

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin nəzdində fəaliyyət göstərən sosial qurumlar neftçilərə və onların ailə üzvlərinə yüksək səviyyəli xidmət göstərməklə yanaşı, dövlət əhəmiyyətli sosial layihələrin icrasında da yaxından iştirak edirlər.

Şirkətin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Sosial İnkişaf İdarəsi ölkəmizdə təhsilin inkişafını da daim diqqət mərkəzində saxlayır. İdarə tərəfindən 2010-cu ildə təhsil müəssisələrinin tikintisi və əsaslı təmiri ilə bağlı bir sıra layihələr həyata keçirilmişdir. Belə ki, Qusar şəhərində 340 yerlik və Astara rayonunun Kakalos kəndində 624 yerlik orta məktəb binaları inşa olunmuş, yüksək səviyyədə təchiz edilərək, qapılarını gənc nəslin üzünə açmışdır. Ötən il, həmçinin Lerik şəhərində Milli Qəhrəman Valeh Müslümovun adını daşıyan 2 nömrəli orta məktəbdə və Xəzər rayonunun Şüvəlan qəsəbəsində 16 nömrəli xüsusi internat-məktəbdə əsaslı təmir işləri ARDNŞ-ın bu idarəsi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Dövlət Neft Akademiyasının binasında dəhliz və auditoriyaların, akt zalının, Heydər Əliyev muzeyinin əsaslı təmiri vaxtında və yüksək keyfiyyətlə başa çatdırılmışdır.

İdarənin sifarişi əsasında cari ildə də bir neçə orta ümumtəhsil məktəbinin tikintisi və əsaslı təmiri nəzərdə tutulmuşdur.

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov