Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

4 Fevral 2011 - �05

 

"Yaşıl paket" tədris komplekti əsasında keçilən "açıq dərs"

 

İsmayılova  Bahar  İsmayıl  qızı - Azərbaycan Respublikasının qabaqcil təhsil  işçisi, ali kateqoriyalı  müəllim,  respublika  üzrə  "Ən  yaxşı  müəllim" və  digər  müsabiqələrin  ilk  qaliblərindən  biri, Zaqatala  humanitar  fənlər  gimnaziyasının, Azərbaycan  Müəllimlər  İnstitutu  Zaqatala  filialının  riyaziyyat-informatika    müəllimidir. O, Zaqatala  Tədris  Mərkəzinin  direktor  müavini olmaqla Təhsil  Nazirliyi  və  Bakı  Elmi-Tədris  Mərkəzinin  birgə  keçirdiyi  ECDL  "Avropa  səviyyəli  kompüter  istifadəçisi",  Təhsil  Nazirliyi və "İntel"  şirkətinin  təhsildə  İKT-nin  tətbiqi  üzrə  "İntel-Gələcək  üçün  təhsil"  kurslarının  təlimçisi olmuşdur.  2000-ci  ildə  İT  haqqında  ilk  kitabı  (84 səh.),    2005-ci ildə həmmüəllifi olduğu "Kompüter  aləmi" (504 səh.) kitabı nəşr  edilmişdir. 2008-ci ildə Azərbaycan müəllimlərinin XIII qurultayının və  bir  sıra  beynəlxalq konfransların  nümayəndəsi  olub. Məqalələri  müxtəlif illərdə  respublika  qəzetlərində,  "İT  maqazine" jurnalında  çap edilmişdir. Türk,  rus,  ingilis dillərini  bilir.  Ailəlidir,  iki  övladı  var. 

İctimai televiziya tərəfindən lentə alınan dərs 

Əsl  müəllim  sinifdə, dərsdə  "yanmalıdır".   Müəllimlik elə bir zirvədir ki,  onu fəth etmək, sözün əsl mənasında, müəllim olmaq hər kəsə nəsib olmur. Bahar müəllim məhz bu zirvəni  özünəməxsus şəkildə fəth edən,  öz  dəst-xətti  ilə  seçilənlərdəndir. O, həm təcrübəli müəllim, həm də fəal təşkilatçıdır, rayonumuzda yeni təlim metodlarının tətbiqinə təkan verən bir  çox işlərin icraçılarındandır.

Onun haqqında  müəllim yoldaşlarımdan, valideynlərdən həmişə çox gözəl sözlər eşitmişəm: "Bahar müəllim ilə söhbət edən insanın işinə, dərsinə həvəsi daha da artır, o, həmişə  doğru yol göstərir"... Novatorluq, yaradıcılıq, daim axtarışda olmaq, müasir dünyagörüşü, səmimi yoldaşlıq, yorulmadan bu günlə ayaqlaşmaq səyləri... Bahar  müəllimə xas  olan səciyyəvi xüsusiyyətlərdəndir.

Bu gün onun yetirmələrinin səsi dünyanın müxtəlif ölkələrindən, təhsil ocaqlarından gəlir. Bahar müəllimin Təhsil  Nazirliyinin, rayon rəhbərliyinin, Zaqatala  Tədris Mərkəzinin dəstəyi ilə rayonda təşkil etdiyi kurslar, ("45 müəllim", "İntel-Gələcək  üçün təhsil"  və  s.) gördüyü bir çox işlər rayonumuzun müəllimləri üçün hədiyyədir. 

Azərbaycan Respublikası   Təhsil  Nazirliyi   və  Davamlı  İnkişaf Cəmiyyəti  ATƏT tərəfindən "Yaşıl paket" tədris  komplekti  əsasında İctimai və regional TV şirkətləri ilə birlikdə "açıq  dərs"lər hazırlayıb yaymağa dəstək  almışdır.  6  mövzu üzrə  6 regionda: Bakı, Gəncə, Lənkəran, Quba, Mingəçevir və  Zaqatalada "acıq dərs"lər keçilmişdir.   

Bahar  İsmayılovanın "Su və insanlar" mövzusunda keçdiyi "açıq  dərs"də "Yaşıl paket"  ekoloji layihəsini Azərbaycanda  icra edən  Davamlı  İnkişaf  Cəmiyyətinin  rəhbəri  Fikrət  Cəfərov, İctimai TV-də "açıq dərs" proqramının aparıcılarından  biri  Orxan Hüseynli,  rayon  təhsil  şöbəsinin  müdiri  Habil Qurbanov və müəllimlər iştirak edirdilər. Rayonun  müxtəlif  məktəblərində  fəaliyyət  göstərən  "Yaşıl  patrul"  dəstələrini  təmsil  edən  18  nəfərdən  ibarət, 3  qrupa  bölünmüş şagirdlərin  tədqiqatçılıq qabiliyyətləri, hazırcavablılığı, şagirdlərdən Eltac, Nicat, İsa, Əzizə, Əsmər və Rahimin  qrupla  birgə və  fərdi  hazırladıqları  təqdimatlar,  Nərminin  qrupunun  yazdığı  inşa,  Zərifənin "Global  Classroom"  saytı  vasitəsilə  bütün  dünyanın  uşaqlarına müraciəti, Saqibətin apardığı təcrübə, suallara verilən cavabların əhatəliliyi, dəqiqliyi, suyun həyatımızda əvəzedilməz rolu, sudan qənaətlə istifadə yolları və bunun vacibliyi, suyu çirkləndirən mənbələrin  araşdırılması və dərsin əvvəlindən şagirdlərin  qarşısında qoyulan  problemlərin həlli ilə bağlı  hər  birimizin görə biləcəyimiz işlər haqqında fikirlər  çox maraqlı və rəngarəng idi. Dərs İKT-nin  tətbiqi ilə yeni təlim üsullarına  əsaslanaraq  keçildi (film nümayişi, qruplarla  iş,  diskussiya və s.).  Şagirdlər kompüterlərdən sərbəst istifadə etməklə  araşdırmalar aparır, müəyyən tapşırığı yerinə  yetirir və proyektorla  işlərini təqdim edirdilər. Dərsdə müəllim, sözün əsl mənasında, "bələdçi", "yol göstərən",  şagirdlər isə "tədqiqatçı",  "yaradıcı" idi.

Bu dərs  İKT-dən  istifadə etməklə fənlərin  inteqrativ tədrisinə ən  gözəl  nümunələrdən  biri  idi. Müəllim şagirdlərlə  birgə mövzu ilə bağlı  sadə, amma maraqlı və çox  faydalı  riyazi  məsələ də həll etdi,  mövzunun mənimsənilməsində şagirdlərin fizika, kimya, biologiya və s. fənlərin tədrisi zamanı qazandıqları biliklərə  də əsaslandı.

Təsadüfi deyildir ki, Bahar  müəllimin ötən  illərdə  bir  şagirdi  rayonda  ilk  dəfə  olaraq informatikadan  olimpiadanın  respublika  turunun qaliblərindən olmuş, müəllim 2008-ci ildə şagirdləri  ilə birgə "Yaşıl həftə"  Ümumrespublika müsabiqəsində II yeri qazanmış, 2009-cu  ildə 3 nəfər şagirdi  "Gənc  kompüter  istedadı" müsabiqəsində III  yeri tutmuşdur. Onlardan  biri əlavə olaraq həm  də "Ən gənc iştirakçı"  nominasiyası ilə mükafatlandırılmışdır. 2010-cu ildə  müəllim Avropa  İnnovativ  Müəllimlər müsabiqəsinin  Azərbaycan  mərhələsində, həm də "Elektron  təhsil" müsabiqəsində  III yeri qazanmışdır. Elə  həmin il şagirdi Validə  Məhərrəmova ilə birgə   İREX (Beynəlxalq Tədqiqatlar və Mübadilələr  Şurası) təşkilatının keçirdiyi müsabiqədə I yeri qazanmış,  hər  ikisi  netbukla mükafatlandırılmışdır. 

2010-cu  il   5-7  iyul  tarixində  Qəbələ rayonunda  Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyi  və  BMT-nin  Ətraf  Mühit  Proqramının  birgə  təşkilatçılığı  ilə  "Bioloji  müxtəliflik  və  minilliyin  inkişaf  məqsədlərinə  nail  olunması"  mövzusunda  beynəlxalq  konfrans  keçirilib. İyulun 7-də biomüxtəliflik  üzrə  Avropa  regionu  nazirlərinin  görüşündə  Bahar  müəllim  də nümayəndə  kimi  iştirak  etmiş  və  təşkil  edilmiş  beynəlxalq  sərgidə  "Təbiət  məharətlə  yaradılmış  həyat  simfoniyasıdır!"  layihəsi  əsasında  hazırladığı  işlər (təqdimatlar,  şəkillər,  filmlər...)  böyük  marağa  səbəb  olmuş  və  yüksək  qiymətləndirilmişdir. 

Müəllimin  şagirdlərindən  riyaziyyat-informatika  müəllimi  işləyən  və  bu  istiqamətdə  təhsil  alanlar  az  deyil.  Bir  şagirdi - Ağabalayeva  Gülnar  (Prezident  təqaüdçüsü) Qafqaz  Universitetinin  kompüter  mühəndisliyi  fakültəsində  təhsil  alır.  B.İsmayılovanın  Zaqatala  Tədris  Mərkəzinin   dəstəyi  ilə  hazırladığı  biaz.ucoz.net  saytından  rayonumuzun  müəllim  və  şagirdləri  istifadə  edir,  saytla  işləmə  bacarıqlarına  yiyələnirlər. 

Həyat  QARDAŞOVA,
Zaqatala RTŞ-ın əməkdaşı

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov