Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

4 Fevral 2011 - �05

 

DİA-da qısamüddətli ixtisasartırma kurslarının növbəti buraxılışı

 

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında ixtisasartırma kursunun növbəti buraxılışı başa çatıb.

"Təbiətdən istifadə və ətraf mühitin mühafizəsinin dövlət tənzimlənməsi" istiqaməti üzrə keçirilən kursda icra hakimiyyəti orqanlarının, müvafiq nazirlik, komitə və idarələrin rəhbər işçiləri iştirak ediblər.

Kursun əsas məqsədi "Azərbaycan Respublikasında ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair Milli Proqram"ının şərh edilməsi, ekologiya sahəsində dövlət siyasəti: prioritetləri, həyata keçirilmə mexanizmləri, dövlət ekoloji nəzarətinin təşkili və onun həyata keçirilməsinin normativ bazası, ətraf mühitin mühafizəsinə dair beynəlxalq konvensiyalar, onlara qoşulmağın Azərbaycan üçün əhəmiyyəti və sair problemlərlə bağlı biliklərin sistemləşdirilməsi, dinləyicilərə yeni biliklərin verilməsidir.

Kursda Heydər Əliyevin dövlət idarəçilik təcrübəsi, Azərbaycan Respublikasının təbii sərvətləri, onun səmərəli istifadəsi, qlobal iqlim dəyişmələri və onun insan orqanizminə təsiri, torpaq, yerin təki, meşə və flora problemləri və digər məsələlər əhatə edilib.

Tədris müddəti ərzində kursda Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev, Dövlət Neft Şirkətinin I vitse-prezidentinin müşaviri, professor Eldar Şahbazov, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Torpaqların Uçotu və Monitorinqi sektorunun müdiri Lətif Qasımov, Səhiyyə Nazirliyinin əməkdaşları Ziyəddin Kazımov, İslam Məhərrəmov və digər tanınmış alim-mütəxəssislər dinləyicilər qarşısında ekologiyanın və təbiətdən istifadənin müasir problemlərinə dair müxtəlif mövzularda mühazirələrlə çıxış ediblər. Kursun iştirakçıları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təhlükəli tullantıların zərərsizləşdirilməsi üzrə Milli Mərkəzində Abşeron çirkablı suların təmizlənməsi və dənizə axıdılması stansiyasında təcrübədə olublar.

DİA-nın I prorektoru professor Əlikram Abdullayev kursun sonunda dinləyicilər qarşısında çıxış edib, onlara gələcək işlərində uğurlar arzulamış və kursu müvəffəqiyyətlə bitirdiklərinə görə sertifikatlar təqdim edib. 

Şakir CƏFƏROV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov