Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

4 Fevral 2011 - �05

 

Azərbaycanın Milli Qəhrəmanları

 

Polovinko Ruslan Aleksandroviç 

1969-cu il oktyabrın 21-də Xarkov vilayətinin Zmiyev şəhərində mühəndis ailəsində  anadan olub. 1987-ci ildə Sızan Ali Hərbi Təyyarəçilər Məktəbinə daxil olub. Ali məktəbi bitirdikdən sonra 1991-ci ildə Naxçıvan şəhərində yerləşən hərbi hissəyə göndərilib. Azərbaycan Hərbi Hava Qüvvələri yarananda xidmətini Bakı Əlahiddə Vertolyot Eskadrilyasında təyyarəçi-operator vəzifəsində davam etdirib. Ruslan 1992-ci ildən başlayaraq erməni hərbi birləşmələrinə qarşı əməliyyatlarda bacarıqlı bir döyüşçü kimi fəallıq göstərib. Qubadlı, Laçın, Ağdərə rayonlarının  əraziləri uğrunda erməni işğalçılarına qarşı gedən ağır döyüşlərdə rəşadət nümayiş etdirib. Dəfələrlə həyatını ölümlə üz-üzə qoyaraq vertolyotu ilə son dərəcə təhlükəli yerlərə uçuş edib, əhalini və yaralı döyüşçüləri təhlükəsiz yerlərə çıxarıb.

R.Polovinko həmin təhlükəli zonaya  dördüncü uçuşu zamanı qəhrəmancasına həlak olub.

Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 1992-ci il tarixli 204 nömrəli Fərmanı ilə Polovinko Ruslan Aleksandroviç ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Doğulduğu Zmiyev şəhərində dəfn olunub. 

Ramazanov Şamil Ağasəf oğlu 

1976-cı il yanvarın 19-da Ağsu rayonunun Rəhimli kəndində anadan olub. 1993-cü ildə doğma kəndlərindəki orta məktəbin onuncu sinfini bitirib. Bir il təsərrüfatda çalışıb. 1994-cü ildə Milli Ordu sıralarına hərbi xidmətə çağırılıb. Şamil bir neçə ay hərbi təlim keçdikdən sonra 777 nömrəli hərbi hissəyə göndərilib. Orduda bir il xidmət etməsinə baxmayaraq,  aparılan  hərbi əməliyyatda, komandirləri tərəfindən ona verilən hər bir tapşırığın yerinə yetirilməsində peşəkar bir döyüşçü kimi fərqlənib. Şamil Vətənini, xalqını, torpağını canından artıq sevib. Əsgər yoldaşlarının, dostlarının hörmət və məhəbbətini qazanıb.

Ş.Ramazanov 1995-ci ilin məlum mart hadisələri zamanı dövlət çevrilişinə cəhdin qarşısını alarkən silahlı dəstələrlə atışma zamanı qəhrəmancasına həlak olub.

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 nömrəli Fərmanı ilə Ramazanov Şamil Ağasəf oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Doğulduğu Rəhimli kəndində dəfn olunub. Ağsu rayonunun mərkəzindəki kinoteatr onun adını daşıyır.    

Rüstəmov Məzahir İzzət oğlu 

1960-cı il martın 2-də Bakı şəhərində anadan olub. 1977-ci ildə 32 nömrəli məktəbi "əla" qiymətlərlə bitirərək 1978-ci ildə BDU-nun tarix fakültəsinə daxil olub. Təhsilini başa çatdırdıqdan sonra bir müddət məktəbə pioner baş dəstə rəhbəri göndərilib.1986-cı ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun fəlsəfə kafedrasında baş laborant işləyib. 1991-ci il martın 5-dən Dövlət Mətbuat Komitəsində  iqtisadi əlaqələr şöbəsində aparıcı mütəxəssis kimi fəaliyyətə başlayıb. 1992-ci il martın 23-də könüllü olaraq Milli Orduya yazılaraq Şınıxa gedib. Gədəbəyin Başkənd və Mutudərə kəndi istiqamətində gedən döyüşlərdə fəallıq göstərərək düşmənin bir neçə zirehli texnikasını ələ keçirib.                                   

M.Rüstəmov 1992-ci il avqustun 6-da qoşunlarımızın Başkənd və Mutudərə istiqamətində hücuma keçən erməni quldurlarının üzərində qələbə çaldığı döyüşdə qəhrəmancasına həlak olub.

Ailəli idi. Bir övladı var.

Azərbaycan Respublikası Prezidentinin 5 fevral 1993-cü il tarixli 457 nömrəli Fərmanı ilə Rüstəmov Məzahir İzzət oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Bakı şəhərində Şəhidlər xiyabanında dəfn olunub. Təhsil aldığı 32 nömrəli məktəb, Əhmədli qəsəbəsindəki küçələrdən biri onun adını daşıyır. Yaşadığı binaya xatirə lövhəsi vurulub. Gədəbəy rayonunda tuncdan abidəsi ucaldılıb. 

Rüstəmov Füzuli Salah oğlu 

1965-ci il dekabrın 25-də Tərtər rayonunun Hüsənli kəndində anadan olub. 1978-ci ildə Xocalıda orta məktəbə gedərək  səkkizillik təhsilini orada başa çatdırmışdı. Füzuli əvvəlcə Xocalı üzümçülük sovxozunda, 1990-cı ildə isə toxuculuq fabrikində çalışıb. Qarabağ hadisələri başlayanda Vətənə xidməti borcunu yerinə yetirmək üçün cəbhə bölgəsinə yollanıb. 1990-cı ildə erməni işğalçılarının Xankəndinə hücumlarının qarşısını almaq üçün əməliyyat planı hazırlayan dörd nəfərdən biri də Füzuli olub.

F.Rüstəmov Xocalı faciəsi zamanı əhalinin təhlükəsizliyinin təmin edilməsində xüsusi şücaət göstərib. O, erməni faşistlərinin dinc əhaliyə qarşı törətdiyi bu amansız və qanlı döyüşlər zamanı ölümün pəncəsindən neçə-neçə uşağın, qocanın, ağır yaralıların həyatını xilas edərək onları təhlükəsiz  zonaya çıxarıb və elə həmin vaxt aldığı ağır yaradan Ağdam Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.

Azərbaycan Respublikası Prezidentinin 25 fevral 1997-ci il tarixli 553 nömrəli Fərmanı ilə Rüstəmov Füzuli Salah oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Tərtər rayonunun Hüsənli kəndində dəfn olunub. 

Rüstəmov Hidayət Eldar oğlu 

1970-ci il avqustun 19-da Ağdam rayonunun Xıdırlı kəndində anadan olub. Kəndlərindəki məktəbdə səkkizinci sinfi bitirdikdən sonra təhsilini Ağdam şəhərindəki 50 nömrəli texniki peşə məktəbində davam etdirib. Hidayət 1988-1990-cı illərdə sovet ordusu sıralarında hərbi xidmətdə olub. 1991-ci ildə Ağdam Rayon Daxili İşlər Şöbəsinin post-patrul alayına qəbul olunub. O, ilk gündən bir çavuş kimi bütün bacarığı ilə Vətənə xidmət etməyə başlayıb. 1991-ci il  dekabrın 23-də Meşəli kəndi işğalçı ermənilərin hücumuna məruz qalan zaman burada yaşayan  insanları təhlükəsiz yerlərə yerləşdirərək, təpədən dırnağa kimi silahlanmış düşmən qüvvələri ilə gedən qeyri-bərabər döyüşlərdə xüsusi fəallıq göstərib.

H.Rüstəmov elə həmin amansız  və qanlı döyüşlərdə, quduzlaşmış, qaniçən erməni yaraqlıları ilə son damla qanınadək igidliklə vuruşaraq qəhrəmancasına həlak olub.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 nömrəli Fərmanı ilə Rüstəmov Hidayət Eldar oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Ağdam rayonundakı Şəhidlər xiyabanında dəfn olunub. 

Milli Qəhrəmanlar Beynəlxalq İnformasiya
Mərkəzinin materialları əsasında
hazırladı: Ədalət DAŞDƏMİRLİ

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov