Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

11 Fevral 2011 - �06

 

Dərketmə problemi

 

Görmək təkcə tamaşa eləmək deyil, gördüyünü həm də dərk eləmək lazımdır. Müəllimin müqəddəs vəzifəsi şagirdlərə dərketmə bacarığını aşılamaqdır. Uzun illər pedaqoji sahədə çalışan və kifayət qədər təcrübəsi olan müəllimlər indiyə kimi saysız-hesabsız tədris formalarından və metodlarından istifadə ediblər ki, hər bir şagirdin özünəməxsus qabiliyyətini üzə çıxarsın, onun dərketmə bacarığını daha tez formalaşdırsın. Şagirdlərin, hətta müəllimlərin də bu sahədə özünü göstərməsi üçün qeyri-ənənəvi tədris formalarından, tərbiyəvi üsullardan da istifadə etmək lazımdır.

Məsələn, müəllim dərsi adi qaydada deyil, şagird təxəyyülünə uyğun qeyri-standart formada elə təşkil etməlidir ki, bu prosesdə şagirdin qabiliyyəti asanlıqla üzə çıxsın. Belə tədris prosesində ənənəvi və müasir təlim üsullarından geniş istifadə olunmalıdır. Bir sözlə, müəllimin hər bir dərsi adi dərs yox, yaradıcı dərs olmalıdır.

Məlumdur ki, dərketmə bacarığının erkən formalaşması məktəbəqədər müəssisələrdə, xüsusilə ibtidai siniflərdə başlayır. Hələ tam formalaşmamış uşaq fantaziyalarında işıq da çoxdur, qaranlıq da - kim hansını istəyir, onu seçir. Müəllim nəzəri biliyindən, pedaqoji təcrübəsindən ustalıqla yararlanıb uşağın qaranlığı yox, məhz işığı seçməsinə kömək etməlidir. Bu seçim kor-koranə olmamalıdır. Müəllim uşağın bu seçimi etməsinə onun başa düşmədiyi mürəkkəb elmi-metodik üsullarla yox, sadə, eyni zamanda qeyri-adi tədris yolu ilə yardım etməlidir. Şagird ilk təhsil illərindən tədricən başa düşməlidir ki, düşünmədən oxumaq və oxumadan düşünmək faydasızdır! Ancaq həqiqi biliyin sayəsində hər bir işdə-seçdiyin hər bir peşədə məğrur və kamil olmaq mümkündür. Başqa yol yoxdur.

Keçdiyim çoxsaylı belə dərslərdən birini misal gətirmək istəyirəm. İbtidai sinifdə "Azərbaycanın təbiəti" mövzusunda dərs keçdim. Dərs "Təbiət nədir" sualı ilə başladı. Cavablar verilən vaxt saysız-hesabsız hipotezlər irəli sürüldü, səslənən informasiyaların mənbələri tapıldı, məlumatlar analiz olundu və nəticələr çıxarıldı. Bu dərsə biz əvvəlcədən hazırlaşmışdıq. Dərs təkcə sinfi yox, həm şagirdlərin, həm də mənim evimi əhatə elədi. Dərs boyu şagirdlərdən geri qalmayan valideynlər verilmiş mövzuda həm yaxından, həm də ürəkdən iştirak etdilər. Mən onlara uşaqlarla mövzunu necə müzakirə etməyi və onlara necə düzgün kömək etməyin yollarını göstərdim. Hamı birlikdə şəkil çəkdi, yazdı, danışdıE Bu müddət ərzində biz birlikdə təcrübə mübadiləsi apardıq, dünyanı yenidən kəşf elədik və öz fantaziyalarımızdan heyrətə gəldik. Uşaqların üzündəki sevinc, heyrət və maraq bu dərsin alındığını göstərirdi. Sifətlərindəki ifadədən aydın olurdu ki, onlar iştirakçısı olduqları dərsdə gördüklərinə sadəcə tamaşa etməyiblər, həm də dərk ediblər.

Milli Konservatoriyanın nəzdində Respublika İncəsənət Gimnaziyasında təhsilin həyatla, incəsənət və mədəniyyətlə əlaqələndirilməsinə, tədris prosesində fərdiləşdirməyə, yəni hər bir şagirdə özünəməxsus şəkildə yanaşma metodlarına və eyni zamanda pedaqoji eksperimentlərə geniş yer verilir. Təsadüfi deyil ki, gimnaziyamız Təhsil Nazirliyinin həyata keçirdiyi təhsil islahatlarında fəal iştirak etdiyinə və qazandığı uğurlara görə "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi olub.

Uzun illərin təcrübələri göstərir ki, bir təlim metodunu hər sinifdə eynilə təkrar eləmək mümkün deyil, çünki hər sinif, hər şagird özü təkrarsızdır. Bir pedaqoq kimi mən özüm də bir dəfə keçdiyim dərsi başqa sinifdə təkrar keçə bilmirəm. Öyrənmədə təkrarçılığa tez-tez ehtiyac duyulsa da, tədrisdə təkrarçılıq fayda vermir. Şagirdin ürəyinə, dünyagörüşünə yol açmaq, möcüzəli dünyanı onlar üçün yenidən "kəşf etmək"dən ötrü müəllim yorulmadan, ardıcıl olaraq çalışmalıdır. Gənc nəslin tərbiyəsi hər bir müəllimin fəaliyyətində aparıcı yer tutmalı, vətənpərvərlik, estetik tərbiyə, milli adət və ənənəyə hörmət, mədəni davranış qaydaları və düzlük kateqoriyaları onun tədris metodlarında dominantlıq təşkil etməlidir.

Müəllim, dahi fizik İ.Nyutonun dediyi "Əgər mən başqalarına nisbətən daha uzağı görürəmsə, deməli, nəhənglərin çiyni üstündə dayanmışam!" kəlamındakı həqiqəti dərk edərək, şagirdlərinin əlindən tutub, özü fəth etdiyi zirvəyə qaldırmalıdır ki, onlar daha uzağı görə bilsinlər və onlarda hüdudsuz dünyagörüşü olsun. Və onlar o zirvədən sadəcə tamaşa eləməsinlər, dərsdə və həyatda baş verənlərə tamaşaçı kimi baxmasınlar, baş verənləri obyektiv şəkildə dərk edə bilsinlər. Bu dərketmə bacarığı onlara hər an dəyişən dünyada öz layiqli yerini tapmağa kömək etsin, müstəqil həyata atılanda onlar cəmiyyətin layiqli vətəndaşı olsunlar! 

Leyla ƏSGƏROVA,
Milli Konservatoriyanın
nəzdində Respublika İncəsənət
Gimnaziyasının ibtidai sinif müəllimi

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Pedaqoji yazılar" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov