Azərbaycan
Müəllimlər İnstitutu ölkəmizin Birləşmiş
Millətlər Təşkilatının "Akademik impuls"
proqramına ilk qoşulmuş ali təhsil ocaqlarından
biri olmuşdur.
İnstitutdan
AzərTAc-a bildirmişlər ki, "Akademik impuls" ali
təhsil müəssisələrini Birləşmiş Millətlər
Təşkilatı ilə beynəlxalq aləmdə qəbul olunmuş
insan hüquqları, savadlılıq, davamlı inkişaf və
münaqişələrin həlli ilə bağlı on prinsipə fəal
dəstək məqsədi ilə bir araya gətirən qlobal
təşəbbüsdür.
AMİ bu
prinsiplərin dəstəklənməsi məqsədi ilə bir sıra
tədbirlər həyata keçirmiş və gələcəkdə də bu işi
davam etdirməyi planlaşdırır. |