Təhsil
naziri qonağı səmimi salamlayaraq ölkəmizlə
Niderland Krallığı arasındakı əlaqələrdən və bu
əlaqələr çərçivəsində təhsil sahəsində
əməkdaşlığın perspektiv istiqamətlərindən söz
açıb.
Azərbaycanla Niderland Krallığı arasında təhsil
sahəsində əməkdaşlığın daha da genişləndirilməsi
üçün müxtəlif görüşlərin, simpoziumların
keçirilməsini, alimlərin mübadiləsinin
aparılmasını vurğulayan nazir, bu işdə qeyd
olunan ölkənin səfirliyinin üzərinə də mühüm
vəzifələr düşdüyünü diqqətə çatdırıb.
Niderland
Krallığının Azərbaycanla münasibətlərdə təhsil
sahəsinə böyük önəm verdiyini qeyd edən səfir
səmimi qəbul üçün təhsil naziri Misir Mərdanova
təşəkkürünü bildirib. Səfir öz ölkəsində tibb,
kənd təsərrüfatı və biznesin idarə edilməsi
istiqamətlərinin geniş inkişaf etdiyini nəzərə
alaraq, bu sahədə əməkdaşlıq təklifi ilə çıxış
edib. Hər iki ölkənin universitetləri arasında
elmi-tədqiqat sahəsi üzrə əməkdaşlığın
inkişafının məqsədəuyğunluğunu qeyd edən səfir,
eyni zamanda öz ölkəsində təhsil sahəsi üzrə
İKT-nin tətbiqi istiqamətində görülən işləri
diqqətə çatdırıb.
Görüşdə
ölkəmizdə təhsil sahəsi ilə bağlı təşkil olunan
beynəlxalq sərgilərdə Niderland Krallığının
iştirakı, qarşılıqlı səfərlərin təşkili və digər
bu kimi məsələlər üzrə fikir mübadiləsi
aparılıb, eləcə də ikitərəfli münasibətlərin
bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə
olunub. |