Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

25 Fevral 2011 - �08

 

II Respublika muğam müsabiqəsinə yekun vuruldu

 

Fevralın 20-dən 24-dək Azərbaycan Dövlət Filarmoniyasının Kamera və Orqan Musiqi zalında II Respublika muğam müsabiqəsi keçirilib. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın  təşəbbüsü, Heydər Əliyev Fondunun, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Konservatoriyasının birgə  təşkilatçılığı ilə keçirilən müsabiqədə iştirak üçün 18 yaşından 35 yaşınadək 40 nəfər gənc müraciət edib. Onlardan 18-nin ifası münsiflər heyəti tərəfindən bəyənilərək növbəti tura buraxılıb.

Üç gün ərzində onların ifaları ustad sənətkarların və tanınmış musiqiçilərin daxil olduğu münsiflər heyəti tərəfindən dinlənilərək qiymətləndirilib və qaliblər müəyyənləşdirilib.

Fevralın 24-də Azərbaycan Dövlət Filarmoniyasının Kamera və Orqan Musiqi Zalında II Respublika muğam müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirildi.

Tədbirdə təhsil naziri Misir Mərdanov, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, təhsil nazirinin müavini Elmar Qasımov, mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev iştirak edirdilər.

Mərasimi açan aparıcılar qeyd etdilər ki, 2009-cu il İslam ölkələrinin mədəniyyətinin paytaxtı Bakı dünya musiqiçilərinin diqqətini daha bir əlamətdar hadisə ilə özünə cəlb etdi. Belə ki, həmin ilin martında  şəhərimizdə Beynəlxalq Muğam Festivalı keçirildi. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü, Heydər Əliyev Fondunun, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Bəstəkarlar İttifaqı,  Azərbaycan Mədəniyyətinin Dostları Fondu, Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə böyük tədbirlər silsiləsi çərçivəsində 8 gün ərzində ölkəmizdə möhtəşəm muğam bayramı yaşandı. Festival müddətində muğama həsr olunan müzakirələr, klassik və simfonik muğamların ifa olunması, məşhur musiqiçilərin konsertləri bu qədim tarixə malik olan sənətin dünya musiqi xəzinəsində əvəzolunmaz yerini, öz təravətini heç bir zaman itirməyəcəyini bir daha sübut etmiş oldu. Qeyd olundu ki, festivala qatılan azərbaycanlı  ifaçılar öz məharətli və professional səviyyəli çıxışları ilə insanların yaddaşında gözəl təəssüratlarla  qaldılar. Beynəlxalq muğam festivalında "Qran-pri"nin Azərbaycan ifaçısına,  Milli Konservatoriyanın tələbəsi Təyyar Bayramova təqdim olunması isə  hamını sevindirdi.

Aparıcılar bildirdilər ki, festival iştirakçıları ilə bərabər bütün musiqisevərlərin xatirində gözəl hisslər buraxmış bu tədbir yenidən həmin ənənələri yaşatmaqda davam edir. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü, Heydər Əliyev Fondunun, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə  20-24 fevral tarixlərində keçirilən II Respublika muğam müsabiqəsi də məhz növbəti dəfə bu  ənənənin davamlı olmasını göstərir.

Müsabiqənin qaliblərinin artıq müəyyənləşdiyini və onların adlarının bu gün açıqlanacağını söyləyən aparıcılar çıxış üçün sözü təhsil naziri Misir Mərdanova verdilər.

Təhsil naziri Misir Mərdanov mərasim iştirakçılarını salamlayaraq, tədbirin vacibliyini diqqətə çatdırdı. Ümummilli liderimiz Heydər Əliyevin milli mənəvi dəyərlərimizin qorunub saxlanılmasına və onun daim inkişaf etdirilməsinə xüsusi önəm verdiyini söyləyən təhsil naziri dahi şəxsiyyətin ideyalarının ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini qeyd etdi. Nazir Misir Mərdanov muğamın təkcə Azərbaycanda yox, artıq bütün dünyada məşhur olduğunu bildirərək, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın ulu muğamlarımızın qorunması, inkişafı və  təbliği sahəsində xidmətlərinin əvəzsiz olduğunu vurğuladı.

Keçirilən muğam müsabiqələrinin yeni istedadlı gənclərin üzə çıxarılmasında əhəmiyyətli rol oynadığını qeyd edən nazir II Respublika muğam müsabiqəsinin bütün təşkilatçılarına, müsabiqənin keçirilməsində əməyi olanlara təşəkkürünü bildirdi. Nazir Misir Mərdanov müsabiqədə yer tutan qalibləri təbrik edərək, onlara pul mükafatlarının veriləcəyini söylədi.

Gözlənilən an gəlib çatdı. I, II, III yerin qaliblərinin adları açıqlandı. II Respublika muğam müsabiqəsində Aytən Məhərrəmova I, Ehtiram Hüseynov II, Nişanə Baxışova III yerə layiq görüldülər. Digər iştirakçılar  - Arzu Əliyeva, Vüsalə Musayeva, Fərhad Allahverdiyev isə müsabiqənin diplomantları  oldular.

Təhsil naziri Misir Mərdanov, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, təhsil nazirinin müavini Elmar Qasımov, mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, Azərbaycan Milli Konservatoriyasının  rektoru Siyavuş Kərimi qaliblərə diplomları təqdim edərək onlara xoş arzularını çatdırdılar. I yerin sahibi Aytən Məhərrəmova çıxış edərək bütün gənclər adından tədbirin təşkilatçılarına, münsiflər heyətinə minnətdarlığını bildirdi.

Mərasimin sonunda müsabiqə qaliblərinin ifasında  muğamlarımız səsləndi.

Onu da qeyd edək ki, müsabiqənin 3 qalibi Beynəlxalq muğam festivalında ölkəmizi təmsil edəcəkdir. 

Samirə KƏRİMOVA

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov