Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

25 Fevral 2011 - �08

 

Bakı Dövlət Universitetində İnternet saytının və "Universitetin dostu" mükafatının təqdimatı olub

 

Fevralın 18-də Bakı Dövlət Universitetində (BDU) bu ali məktəbin mətbuat və informasiya şöbəsinin İnternet saytının (press.bsu.edu.az) və "Universitetin dostu" mükafatının təqdimatı olmuşdur.

AzərTAc xəbər verir ki, tanınmış alimlərin, təhsil işçilərinin, kütləvi informasiya vasitələri nümayəndələrinin iştirak etdikləri tədbirdə çıxış edən Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov xalqımızın ümummilli lideri Heydər Əliyevin təhsilimizin və mətbuatımızın inkişafına daim böyük önəm verdiyini xatırlatmış, ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi qayğıdan danışmışdır.

Rektor dövlət başçısı İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizin dinamik inkişaf etdiyini vurğulamışdır.

Cəmiyyətin tərəqqisində təhsilin, kütləvi informasiya vasitələrinin mühüm rolunu qeyd edən akademik A.Məhərrəmov ölkəmizdə mətbuatın azad, demokratik şəraitdə fəaliyyət göstərdiyini söyləmiş, təhsil sahəsində gedən proseslərin də KİV-lər vasitəsilə geniş işıqlandırıldığını diqqətə çatdırmış, jurnalistlərə yeni yaradıcılıq uğurları arzulamışdır.

Rektor, eyni zamanda Azərbaycanın Avropa təhsil məkanına - Boloniya prosesinə qoşulduğunu qeyd edərək, BDU-da təhsilin inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən danışmışdır.

Universitetin Mətbuat və informasiya şöbəsinin İnternet saytı barədə ətraflı məlumat verilmişdir. Qeyd edilmişdir ki, saytda BDU-nun fəaliyyəti (universitetin beynəlxalq əlaqələri, təhsil müəssisəsində reallaşdırılan layihələr, aparılan elmi-tədqiqatlar və s.) barədə Azərbaycan, ingilis və rus dillərində informasiyalar verilir. Gələcəkdə saytda məlumatların digər xarici dillərdə də yerləşdirilməsi nəzərdə tutulmuşdur.

Sonra müvafiq müsabiqənin nəticəsinə əsasən, "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanova, Azərbaycan Dövlət Teleqraf Agentliyinin - AzərTAc-ın baş direktoru Aslan Aslanova, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşova, "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqova, ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayevə, APA informasiya agentliyinin baş direktoru Vüsalə Mahirqızına, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadəyə və "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidə "Universitetin dostu" mükafatı, təhsil sahəsində görülən işləri obyektiv işıqlandırdığına görə bir qrup jurnalistə hədiyyələr, universitetin jurnalistika fakültəsinin təhsildə fərqlənən professor və müəllimlərinə fəxri fərmanlar təqdim olunmuşdur.

Mükafatlara layiq görülənlər adından Əflatun Amaşov, Aslan Aslanov, Bəxtiyar Sadıqov və ANS şirkətlər qrupunun vitse-prezidenti Mirşahin Ağayev çıxış edərək ümummilli lider Heydər Əliyevin təhsilə və mətbuata göstərdiyi böyük diqqət və qayğını xatırlatmış, dahi rəhbərin ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini diqqətə çatdırmışlar.

Bakı Dövlət Universitetinin elm və təhsilimizin inkişafındakı mühüm xidmətlərindən danışan natiqlər bu ali məktəbin Mətbuat və informasiya şöbəsinin İnternet saytının əhəmiyyətini vurğulamış, yeni resursun işinə uğurlar arzulamış, yüksək mükafata görə təşəkkürlərini bildirmişlər.

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov