|
|
|
Polşa səfiri tələbələrlə
görüşüb |
|
|
|
Fevralın
19-da Azərbaycan Dillər Universitetinın
İnformasiya Resurs Kompleksində (İRK)
"Mədəniyyətlərarası dialoq" proqramı
çərçivəsində Polşa Respublikasının
Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri
Mikal Labendanın tələbələrlə görüşü keçirildi.
Gorüşdə universitetin professor-müəllim heyəti
və tələbələr iştirak edirdi. Tədbiri giriş sözü
ilə açan ADU-nun Beynəlxalq əlaqələr üzrə
prorektoru, dosent Jalə Qəribova qonağı və
tədbir iştirakçılarını salamladı. Tədbirdə çıxış
edən İnformasiya Resurs Kompleksinin Folklor
mərkəzinin direktoru Rəna Salehova qonaqlara
Polşanın milli paltarlarını və musiqisini əks
etdirən slayd nümayiş etdirdi.
Səfir
M.Labenda öz ölkəsi haqda təqdimatla çıxış
edərək Polşanın tarixi, coğrafi mövqeyi,
mədəniyyəti, incəsənəti, ədəbiyyatı, dövlətçilik
tarixi, təhsil sistemi haqqında tədbir
iştirakçılarına məlumat verdi. Səfir Polşanın
2004-cü ildən Avropa Birliyinə üzv olduğunu qeyd
etdi. Təhsil sistemindən bəhs edən səfir
M.Labenda Polşada azərbaycanlı tələbələrin də
təhsil aldığını vurğuladı.
Şakir CƏFƏROV |
|
|
|
|
|
|
|
|
BİZ
TORPAQLARIMIZA QAYIDACAĞIQ! |
XANKƏNDİ |
26.12.1991 |
XOCALI |
26.02.1992 |
ŞUŞA |
08.05.1992 |
LAÇIN |
18.05.1992 |
XOCAVƏND |
02.10.1992 |
KƏLBƏCƏR |
04.04.1993 |
AĞDƏRƏ |
07.07.1993 |
AĞDAM |
23.07.1993 |
CƏBRAYIL |
23.08.1993 |
FİZULİ |
23.08.1993 |
QUBADLI |
31.08.1993 |
ZƏNGİLAN |
29.10.1993 |
|
|
|
|
|
|
|