Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

25 Fevral 2011 - �08

 

Erməni vəhşiliyi

Xocalı faciəsindən 19 il keçir

 

XX əsrdə xalqımızın başına gələn bəlaları, müsibətləri, məşəqqətləri, faciələri saymaqla qurtaran deyil. Azərbaycan xalqına qarşı elan olunmamış amansız və ədalətsiz müharibədən 22 il keçməsinə baxmayaraq, hələ də müharibə şəraitində, səksəkədə yaşayırıq. 19 il əvvəl erməni silahlı qüvvələri Rusiyanın Xankəndində yerləşən 366-cı motoatıcı alayı ilə birləşərək 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Xocalı şəhərini yerlə yeksan etdilər. Erməni quldurlarına havadarlıq edən rus zabitləri dünyanın cılız, oğru, vandal, insanlıq simasını itirmiş ermənilərlə birləşərək azərbaycanlıları xüsusi amansızlıqla qətlə yetirdilər.

Həmin müdhiş gecədə Xocalıda baş verən qanlı cinayət belədir: 613 nəfər, o cümlədən 106 nəfər qadın, 63 nəfər azyaşlı uşaq, 70 nəfər ahıl insan öldürüldü. 1000 nəfərə yaxın adam vəhşi aksiyanın qurbanı oldu. 487 nəfər əlil, 8 ailənin kökü kəsildi. 25 nəfər uşaq hər iki valideynini, 130 nəfər uşaq valideynlərindən birini itirdi. 1275 nəfər girov götürüldü, 150 nəfər itkin düşdü, 56 nəfər diri-diri yandırıldı, nə qədər günahsız, dinc əhalinin üzünün, başının dərisi soyuldu, başlarını kəsib, doğrayıb tonqalda yandırdılar. Erməni vandalları körpə uşaqların gözlərini çıxarır, hamilə qadınların qarınlarını yırtır, ana bətnində formalaşmaqda olan uşağı çıxarıb süngüyə taxır, ananın yırtılmış qarnına ərinin kəsilmiş başını dürtüb tikiblər. 

Erməni quldur dəstələrinə yardımçı olan 366-cı motoatıcı alayın komandiri Y.Zarviqarov, erməni separatçılarına həvəslə silah-sursat verən general-polkovnik Qromov, general-leytenant Qrekov və polkovnik Qraule döyüşdə xüsusi fərqləniblər.

Günahsız azərbaycanlıları güllələyənlər arasında Baylukov, birinci batalyonun komandiri polkovnik İ.Moiseyev, ikinci batalyonun komandiri mayor Navokix, rota komandiri baş leytenant O.Mirzoxalzarov, tank rotasının komandiri V.Qarmaş və başqaları dinc əhalini meydana yığıb güllələyərək ağır cinayət törətmişlər. Hələ bunlar azmış kimi xüsusi tapşırılmışdır ki, Telavidə uçuş kursunu bitirmiş erməni pilotlara Mi-24 R markalı yeni vertolyotlar verilsin. Həmin pilotlar muzdla tutulmuş Suriya və Livan erməniləri idi. Onların kimlərdən ibarət olduqlarına diqqət yetirək:

17 nömrəli vertolyot, pilotu İrəvandan olan hərbi qulluqçu Ararat Saracyan

29 nömrəli vertolyot, pilotu Livan vətəndaşı Zahid-əl-Məhəmməd

39 nömrəli vertolyot, pilotu Livan ermənisi Romb Qalakçiyan

40 nömrəli vertolyot, pilotu suriyalı erməni Razdan Minoyan

45 nömrəli vertolyot, pilotu İrəvan polis əməkdaşı Suren Pirimyan

Həmin vertolyotlar 1992-ci il 22 fevralda Xankəndinə uçuş edərək 366-cı motoatıcı alayın tərkibinə qatıldılar. Onlar 1992-ci il fevral ayının 26-da saat 1600-dan 2400-dək Xocalını bombalamaq üçün 89 ədəd raket buraxmışdılar. Fevralın 26-da Zahid-əl-Məhəmməd və Suren Pirimyan döyüşdə fəallıq göstərdiklərinə görə "Qızıl Xaç" ordeni ilə təltif olundular. Həmin vaxt Fransadan gəlmiş operatorlar Jül Barilyan və Şerik Staryan azərbaycanlılara qarşı törədilən ağlasığmaz vəhşilikləri, güllələnmiş xocalıların meyitlərini 02-19 MM nömrə nişanlı "KAMaz" avtomaşınında gətirib qaladıqları tonqallarda yandırma səhnəsini görsələr də, çox soyuqqanlıqla lentə aldılar. Ona görə ki, onların qanında, canında azərbaycanlılara qarşı ölçüyəgəlməz dərəcədə kin-küdurət var.

Deyirəm nə yaxşı ki, o qanlı faciəni xalqımızın qeyrətli oğlu Çingiz Mustafayev lentə ala bilmişdir. Yoxsa biz Xocalı soyqırımı barədə dünyaya, beynəlxalq təşkilatlara Azərbaycan həqiqətlərini çatdırmaqda çətinlik çəkərdik. Yaxşı ki, kamera qulaqları kəsilmiş, gözləri çıxarılmış uşaqları, baş dərisi soyulmuş kişiləri, qarınları yırtılmış qadınları, bütün cəsədlərdə əzab-əziyyətli işgəncələri lentə ala bilmişdi.

Canilərin canisi Zori Balayan 1935-ci ildə Xankəndində anadan olub, orada boya-başa çatıb, Azərbaycanın suyunu içib, havasını udub. İxtisasca həkimdir. Lakin o öz sənətinin ardınca gedib müalicə etmək, şəfa verməkdən vaz keçib. Uzun müddət "Komsomolskaya pravda" qəzetində müxbir işləməklə Azərbaycan xalqına qarşı böhtan xarakterli yazılar yazmaqla məşğul olub.

Millətlərarası ədavət yaradan bu cani bir-birinin ardınca azərbaycanlıların heysiyyatına toxunan əsərlər çap elətdirirdi. 1984-cü ildə "Sovetakan qroğ" nəşriyyatında 20 min tirajla buraxılan "Ocaq" kitabı, 1986-cı ildə çapdan çıxan "Yolda" povesti və nəhayət, 1996-cı ildə "Ruhumuzun canlanması" kitabı işıq üzü gördü. Sonuncu kitabı azərbaycanlıların tökülən nahaq qanı ilə yazılıb. Gərək o qədər vəhşi, insanlıq simasını itirəsən, qəlbi daş olasan ki, öz yırtıcılığını, caniliyini yazasan. O vəhşi yazır: "Mən uşaqlıq dostum Xaçaturla Xocalı şəhərində bir türk evinə girdik. Bizim əsgərlər tərəfindən qollarından pəncərə çərçivəsinə mıxlanmış 13 yaşlı bir türk uşağını gördük. O, qışqırırdı. Onun zəhlətökən səsini eşitməmək üçün Xaçatur yeniyetmənin anasının kəsilmiş döşünü onun ağzına dürtdü. Mən də həmin türkün başının, qarnının və sinəsinin dərisini soydum. Sonra saata baxdım. 7 dəqiqədən sonra türk balası çoxlu qan itirməsi nəticəsində öldü. Mən həkim olduğum üçün bu hərəkətimə bir o qədər də sevinmədim. Məni sevindirən o idi ki, mən xalqımın qisasını aldım. Sonra Xaçatur yeniyetmənin cəsədini balta ilə parçalayıb itlərə atdı. Axşam çağı daha üç türk yeniyetməsini bu yolla qətlə yetirdik. Mən bununla da erməni xalqını sevən bir adam kimi öz borcumu yerinə yetirdim. Sonra dostum Suren dedi: "Biz yırtıcı deyilik, ona görə də ürəyimizi buz kimi saxlamalıyıq. Türk cəlladlarının qətlə yetirdikləri ermənilərin ruhları az da olsa sakitləşəcək".

Düzdür, 366-cı motoatıcı alay Rusiyaya qaytarıldı, lakin alayın azərbaycanlıların qanını axıdan zabitlərindən biri də törətdikləri cinayətə görə cəzalanmadı. Livandan, Suriyadan, Beyrutdan gələn muzdlu əsgərlərdən biri, Livan ermənisi Daud Xeyriyanın 2000-ci ildə işıq üzü görən "Xaç naminə" kitabından: "Biz şaxtalı qış günündə erməni işğalında olan ərazidəki Daşbulaq yaxınlığından 1 km bataqlığı keçmək üçün meyitlərdən körpü salmalı olduq. Mənim meyitlərin üstündən keçib getmədiyimi görən polkovnik Ohanyan mənə bildirdi ki, qorxmaq lazım deyil, bu, müharibənin qanunudur. Mən qana bulaşmış meyitlərin üstündən keçib getdim".

Daud Xeyriyan yazır: "Martın 2-də "Qaflan" erməni qrupu 200-dən artıq azərbaycanlı meyitini yığıb Xocalıdan təxminən 1 km aralı olan qəbiristanda yandırırdı. Axırıncı maşında mən alnından və qolundan yaralanmış 10 yaşlı bir qız uşağı gördüm. Sifəti göyərmiş bu uşaq aclığa, soyuğa, yaralarına baxmayaraq hələ də sağ idi. O, sakitcə nəfəs alırdı. Ölümlə çarpışan bu uşağın baxışlarını unuda bilmirəm və heç vaxt unutmayacağam. Bir qədər sonra Tiqran adlı əsgər qızın saçlarından tutub alovlanmaqda olan meyit tonqalına atdı. Mənə elə gəlirdi ki, yanan meyitlərin arasında kim isə qışqırır, köməyə çağırırdı. Bu vəhşiliyi gördükdən sonra mən daha yeriyə bilmədim".

Mayor Leonid Kravetsin Xocalı barədə dediklərindən:

-"26 fevralda mən yaralıları daşıyırdım. Mən özüm 200-ə qədər öldürülmüş və səpələnmiş adamları gördüm. Sonra uçduq, ölüləri götürmək istədik. Bizim ilə bir yerli kapitan da var idi, adı yadımdan çıxıb. O, ölülər arasında özünün 4 yaşlı oğlunu tapdı. Onun kəllə beyni dağılmışdı. Kapitan ağlını itirdi. Götürə bilmədiyimiz başqa uşağın başı kəsilmişdi. Biz hər yerdə vəhşicəsinə təhqir olunmuş qadın, uşaq, qoca meyitləri gördük".

1992-ci ildə əsir düşmüş Xanım arvadın dediklərindən: "Bizi, kəndin arvad-uşağını, cavanını, ahılını bir yerə topladılar. Dinəni güllələdilər. Gəlinim Mələk on gün idi zahı yatmışdı. Ongünlük çağa mənim qucağımda idi (Lamiyənin indi 18 yaşı var). Yaş yarım olan uşağı Mələk dalına şəlləmişdi. Bu heyndə dığalardan biri əlində avtomat tüfənglə Mələyə yaxınlaşdı: "İndi sən mənimsən" dedi! Mələk bir yerə baxdı, bir göyə baxdı, südəmər körpəsini açıb bağrına basdı, yön çevirdi dərgaha. "Sən ey gözəgörünməz, özün kömək et mənə, özün saxla, ya Rəbim döşümdəki körpəni. Qurda-quşa yem eylə, vəhşilər yesin məni. Belə başkəsənlərin əlində qalmayım mən, ləyaqəti alçalan bir qadın olmayım mən". Yaxınlaşıb lomba ilə tüpürdü dığanın üzünə. Vəhşiləşmiş dığa bir daraq gülləni boşaltdı ana-balanın bədəninə...

Ruslar ermənilərə qoşulub adamları seçirdilər. Cavan oğlanları, qızları maşınlara doldurub harasa aparırdılar".

Günahsız insan karvanı qərbə doğru gedirdi,

Gedənlərin canında min bir ağrı gedirdi.

Südəmər uşaqları qarılar aparırdı,

Cavanları qırmağa "sarılar" aparırdı.

Qubadlı rayonunun Qaraağaclı kəndindən əsir düşmüş Şamil müəllimin dediklərindən: "Bizi bir damda suyun içində saxlayırdılar. Tikanlı məftillərlə dövrələnmiş hasarın içində gəzişirdik. Burada məftillərdən kəsilmiş qulaq, burun, dil və insanın başqa əzaları asılmışdı. Bir üstü açıq maşın gəldi. Sürücü və iki dığa bizə dedilər: "Sizə xaş gətirmişik, gəlin götürün". Dörd qulplu mis qazanı maşından endirdik. "Qazanın ağzını açın", əmrini verdilər. Qazanın ağzı açılanda kəsilmiş insan başlarını gördük. Burda bizi bir-birimizin üstünə salıb it kimi boğuşdururlar. Kəlpətinlə qızıl dişləri çıxarır, çənə sümüklərini, sağlam dişləri sındırırlar. Qızarmış dəmirlə sinələrə xaç şəkilli damğa vururlar. Bizimlə olan Zaur Gülməmmədovun, Arzu İbrahimovun, Mail Məmmədlinin bədənini siqaretlə yanıq-yanıq ediblər".

"Xocalı qırğını" barədə xarici jurnalistlərin yazılarından:

 Fransa jurnalisti Jan-İv Yunet: " Biz Xocalı faciəsinin şahidləriyik. Qətlə yetirilmiş yüzlərlə dinc əhalinin - qadınların, uşaqların, qocaların və Xocalını müdafiəyə qalxanların cəsədlərinin səpələndiyi yerləri görmüşük. Mən müharibə və alman faşistlərinin vəhşilikləri barədə çox eşitmişəm, bütün bunlar ermənilərin törətdiyi vəhşiliklərlə müqayisədə heç nədir. Onlar 5-6 yaşlı uşaqları da güllələyir və tonqalda yandırırdılar".

"İzvestiya" qəzetinin müxbiri Belıx gördüklərini belə qələmə almışdı:  "Ermənilər öldürdükləri adamların gözlərini çıxarmış, qulaqlarını kəsmiş, baş dərilərini soymuşdular. Bəzi meyitlərin boyunlarını da vurmuşdular. Bir neçə meyiti toplayaraq bronetransportyorun dalınca sürükləyirdilər".

"Sandi Tayms"da dərc olunan məqalədə yazılmışdı ki, "ermənilər şəhərdən baş götürüb qaçan ailələrə də aman vermir, onları avtomatlardan və pulemyotlardan açılan atəşlə kütləvi şəkildə qırırdılar".

Parisdə çıxan "Valer aktyuel" jurnalının 14 mart 1992-ci il tarixli nömrəsində yazılmışdı: " Bu muxtar regionda erməni hərbi birləşmələrinin və onlara Yaxın Şərq ölkələrindən köməyə gəlmiş erməni hərbçilərinin müasir hərbi texnikası, o cümlədən "ASALA" vertolyotları, Suriya və Livanda hərbi düşərgələri, silah anbarları var idi. Ermənilər Qarabağın yüzdən artıq müsəlman kəndində dinc azərbaycanlı əhalini amansızlıqla qırırdılar".

"Faynenşl tayms" qəzeti 14 may 1992-ci ildə yazmışdı: "General Pyankovun dediyinə görə, 366-cı batalyonun 103 erməni hərbi qulluqçusu vuruşmaq üçün Dağlıq Qarabağda qalmışdır".

"Moskovski komsomolets" belə bir xəbər yaymışdı: "Xocalıda ancaq ölülər qalmışdır". Həmin qəzetin müxbiri V.İvleva yazmışdı: "Hücum başlayanda mən hərbi dəstənin ikinci eşelonunda irəliləyirdim. Xocalıya yaxınlaşanda buluda oxşar nəyinsə bizə tərəf gəldiyini gördüm. Bu, yarıçılpaq, çılğın adamlardan ibarət izdiham idi. Ən arxada qarın üstü ilə güclə yeriyən ayaqyalın bir qadın  üç uşağını arxasınca bir təhər sürükləyirdi. Ən kiçik uşaq ikigünlük idi. Bu adamlar canlarını qurtarmaq üçün dağlara və meşələrə çəkilmək istəyirdilər. Amma yolda erməni silahlıları onları amansızlıqla güllələyirdilər. Erməni quldurlardan yaxa qurtaranlar isə soyuqdan və şaxtadan qırılırdılar".

Qarabağın ən qədim məskənlərindən biri olan Xocalıda törədilən erməni cinayətkarlığı dünya tarixində vəhşilik baxımından analoqu çox az olan ən dəhşətli genosid idi. Xocalı faciəsi XX əsrdə xüsusi qəddarlıqla törədilmiş Xatın, Xirosima fəlakətləri ilə bir sırada durur.    

Əvəz Mahmud Lələdağ

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov