Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

25 Fevral 2011 - �08

 

Faciə qurbanlarının xatirəsi anıldı

 

Fevralın 22-də  Xalq Təhsili Muzeyində Xocalı faciəsinin 19-cu ildönümünə həsr olunmuş anım mərasimi keçirildi. Tədbiri giriş sözü ilə muzeyin direktoru Lalə Bayramova açaraq Xocalı faciəsinin Azərbaycanın tarixində kədərli bir səhifə, insanlığa qarşı törədilmiş qəddar terror hadisəsi olduğunu qeyd etdi. Sonra Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Muzeyin kiçik elmi işçisi E.Orucovun "Xocalı faciəsindən 19 il ötür" mövzusunda məruzəsi tədbir iştirakçılarının marağına səbəb oldu. Mərasimdə Xocalı Rayon Təhsil Şöbəsinin sabiq müdiri M.Şükürov, Xocalı şəhər 2 nömrəli məktəbin direktoru C.Mirzəyev, respublikanın əməkdar müəllimi A.Muradov öz xatirələrini danışdılar. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşəbbüsü ilə 15.02.2011-ci ildə keçirilmiş "Xocalı insanlığa qarşı törədilən cinayətdir" adlı inşa müsabiqəsinin qalibi, Nəsimi rayonundakı 54 nömrəli məktəbin 10-cu sinif şagirdi Şahin Bədirxanlının tədbir iştirakçıları qarşısında çıxışı isə gənclərimizin vətənə hədsiz məhəbbətinin bariz nümunəsi idi.

Sonra məktəblilərin ifasında Xocalı faciəsinə həsr olunmuş ədəbi - bədii kompozisiya dinlənildi.

Mərasimin sonunda iştirakçılar Nərimanov Rayon Uşaq Yaradıcılıq Mərkəzinin dərnək üzvlərinin Xocalı faciəsinə həsr edilmiş rəsmlərindən və Xalq Təhsili Muzeyinin materiallarından ibarət sərgi ilə tanış oldular.     

***

 Fevralın 24-də Bakı Humanitar Kollecində Xocalı faciəsinin 19-cu ildönümü münasibəti ilə "Xocalı harayı" adlı ədəbi-bədii kompozisiya keçirildi. Əvvəlcə kollecin rəsm şöbəsinin tələbələrinin hazırladığı soyqırımı ilə bağlı rəsm sərgisi  nümayiş olundu.

 Dövlət himninin oxunmasından sonra tədbir iştirakçıları bir dəqiqəlik sükutla Xocalı soyqırımında həlak olanların xatirəsini yad etdilər.  Üçrəngli Dövlət bayrağı səhnəyə gətirildi   və  kollecin tarix müəllimi Hüsaməddin Kazımov Xocalı faciəsi haqqında məlumat verərək,   fevralın 25-dən 26-na keçən gecə dinc əhalinin başına gətirilən müsibətlərdən  danışdı.  Məlum oldu ki, həmin gecədə yüzlərcə insan canını qurtarmaq üçün doğma elindən didərgin düşərək meşələrə üz tutdu, neçə-neçə qadınlarımız əsir düşməmək üçün özünü qayadan atdı.

Kollecin tələbələri ssenari müəllifi və rejissoru kollecin müəllimi İmran Vahabovun rəhbərliyi ilə  "Xocalı harayı" adlı kompozisiyanı nümayiş etdirdilər. Tədbirin sonunda  Xocalı faciəsinə aid şeir söylənildi və o müdhiş gecəni əks etdirən film göstərildi.

***

132-134  nömrəli  Təhsil  Kompleksində Xocalı  faciəsi "Xocalı - qan  yaddaşımız" adlı  tədbirlə yad olunub. Tədbiri  giriş  sözü  ilə  kompleksin direktoru, respublikanın  əməkdar  müəllimi  Sara  Xanlarova  açıb  və  bildirib  ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində törədilmiş, bəşəriyyət tarixində ən qanlı faciələrlə bir sırada duran Xocalı soyqırımından on doqquz il ötür.

Xocalı faciəsi 200 ilə yaxın bir müddətdə erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin davamıdır. Sara  xanım  qeyd  edib  ki, ümummilli lider Heydər Əliyevin müdrik və sülhsevər siyasəti sayəsində atəşkəsə nail olunmuş, 1994-cü ildə bu dəhşətli faciəyə siyasi qiymət verilmişdir. Dünya bu acı həqiqəti bilməli və insanlığa qarşı törədilmiş bu cinayət aktı beynəlxalq aləm tərəfindən öz hüquqi qiymətini almalıdır.

Prezident İlham Əliyev Xocalı faciəsini təcavüzkar erməni millətçilərinin yüzilliklər boyu Azərbaycan xalqına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi kimi qiymətləndirmişdir. Bu faciənin dünyada tanınması üçün xarici ölkələrdəki diasporlarımızın fəaliyyətinin önəmli olduğunu söyləyən  Sara  Xanlarova, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın Xocalı  soyqırımı  barədə həqiqətlərin dünyaya çatdırılması istiqamətində fəaliyyətini yüksək qiymətləndirib.

Tədbirin  rəsmi  hissəsindən  sonra  132-134  nömrəli  Təhsil  Kompleksinin  şagirdləri  Xocalı  faciəsini təsvir  edən  səhnəcik  nümayiş  etdirib, Xocalıya  aid  şeirlər  səsləndiriblər.

***

  "Təhsil" Respublika İdman Mərkəzi və İsmayıllı Rayon Təhsil Şöbəsi tərəfindən Xocalı qurbanlarının xatirəsini yad etmək məqsədilə Respublika Şahmat Turnirinə start verilib. Turnirin keçirilməsində məqsəd Xocalı şəhidlərinin xatirəsini əbədiləşdirmək, uşaq və yeniyetmələr arasında vətənpərvərlik hisslərini, məktəbli şahmatçılar arasında dostluq əlaqələrini möhkəmləndirmək, bölgələrdə şahmat idman növünə həvəs yaratmaqdır. 

Martın 6-na qədər davam edəcək  yarışlara şəhər və rayon uşaq-gənclər şahmat məktəblərindən bütün dərəcələr və yaş qrupları üzrə şahmatçılar dəvət olunub. Turnir "İsveçrə" sistemi üzrə 9 turdan ibarət olaraq keçirilir.

Turnirdə I, II, III yerləri tutan şahmatçılara "Təhsil" RİM-in diplomları, İsmayıllı Rayon Təhsil Şöbəsinin fəxri fərmanları, rayon təşkilatlarının mükafatları və qiymətli hədiyyələri təqdim ediləcəkdir.

***

Bakıdakı  fizika-riyaziyyat  və informatika təmayüllü  liseydə  Xocalı soyqırımının 19-cu ildönümünə  həsr olunan tədbir keçirildi.  Şəhidlərin ruhu bir dəqiqəlik sükutla  yad edildi. Direktor müavini   Valeh Bəyalıyev  Xocalı soyqırımı haqqında  geniş  məruzə etdi. Söylədi ki, erməni qəsbkarları  XIX əsrdən başlayaraq müxtəlif  dövrlərdə  xalqımıza qarşı  işğalçı siyasəti yeridərək,  öz   məkrli  planlarını zaman-zaman  həyata keçiriblər.   Xocalı soyqırımı  isə bunların  ən dəhşətlisi, dinc əhaliyə qarşı   misli görünməyən  zorakılıqdır.

Çıxışlarda  azğınlaşmış erməni quldurlarının Azərbaycan xalqına qarşı törədilən vəhşi hərəkətlərindən  ürəkağrısı ilə  söz açıldı.

Sonda  Milli  Qəhrəman  Çingiz Mustafayevin lentə aldığı  Xocalı soyqırımı, erməni  daşnaklarının vəhşiliklərini,  amansızlıqlarını  əks etdirən videogörüntülər nümayiş olundu.

***

 Xətai rayonundakı General M.Əsədov adına 29 nömrəli məktəbdə Xocalı soyqırımının 19-cu ildönümü ilə əlaqədar tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət himni səsləndikdən sonra Xocalı faciəsi haqqında 10 dəqiqəlik sənədli filmin nümayişi ilə başladı. Filmin nümayişindən sonra məktəbin direktoru Ələddin Əliyev Qarabağ münaqişəsinin tarixindən danışdı. 1992-ci il fevral ayının əvvəlində Xocalıda baş verən hadisələr barədə iştirakçılara ətraflı məlumat verdi.

Sonra söz tədbiri hazırlayan VIII "b" sinif şagirdlərinə verildi.

Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Rəna Həsənovanın rəhbərliyi altında xüsusi ssenari əsasında hazırlanan tədbirdə şagirdlərin söylədikləri şeirlər, ifa etdikləri səhnəciklər iştirakçılara hüznlü anlar yaşatdı.

Tədbirin  sonunda təşkilatçı Fəridə Məmmədova iştirakçılara "Xocalıların dərdi hamımızın dərdidir", deyərək bu dəqiqələri onlarla birlikdə olduqlarına görə hamıya təşəkkür etdi.

Fəridə Məmmədova həftə ərzində məktəbdə çıxarılmış divar qəzetlərinə və siniflərdə yaradılmış "Xocalı soyqırımı" guşələrinə görə sinif rəhbərlərinə, inşa müsabiqəsinə görə Azərbaycan dili və ədəbiyyat müəllimlərinə, tədbirdə səslənən mahnılara görə musiqi müəlliminə və tədbirin hazırlanıb həyata keçirilməsindəki zəhmətinə görə VIII "b" sinfinn rəhbəri Rəna Həsənovaya öz minnətdarlığını bildirdi. 

***

 Bakıdakı 28, 257, 314  nömrəli orta məktəblərdə də Xocalı faciəsinin 19-cu ildönümü ilə əlaqədar soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimləri keçirilib.

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov