Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

25 Fevral 2011 - �08

 

Güllələnmiş arzular

 

"Anamı qətlə yetirən ermənilərin o murdar sifətləri indi də gözlərim önündədir" 

- Ceyhun, istərdik ki, oxucularımıza özün barədə kiçik bir bilgi verəsən.

- 1984-cü il iyunun 5-də Bakıda doğulmuşam. Orta təhsilimi Bakı Avropa Liseyində almışam. Əvvəlcə Xəzər Universitetinin tibbi biologiya fakültəsinə qəbul olunmuşam. Sonra isə Azərbaycan Beynəlxalq Universitetinin eyniadlı fakültəsinə köçürülmüşəm. 2005-ci ildə oranı bitirmişəm. 2003-cü ildən isə ANS televiziyasında əvvəlcə reportyor, hazırda isə "Xəbərçi" proqramında aparıcı işləyirəm. Evliyəm, 4 yaşında Amid Əhməd adlı dəcəl bir oğlum da var.

- Ananı necə xatırlayırsan?

- Əvvəlcə onu deyim ki, anam 1961-ci il dekabrın 16-da Bakıda ziyalı ailəsində dünyaya gəlib. 1979-cu ildə Bakı şəhərindəki M.Müşfiq adına 18 nömrəli orta məktəbi bitirib, elə həmin il Azərbaycan Neft və Kimya İnstitutuna daxil olub. Sonra müxtəlif ictimai yerlərdə çalışıb. Lap sonda isə "Baku", "Molodyoj Azerbaydjana" qəzetlərində müxbir işləyib, müxtəlif mövzulu yazılarla çıxışlar edib. Tez-tez Qarabağa-cəbhə bölgəsinə gedərək qaynar nöqtələrdən operativ yazılar hazırlayıb. 1990-cı ilin sentyabrında Ağdamda ezamiyyətdə olarkən ən təhlükəli yerlərə can atıb. Başının üstündən şütüyən güllələrə məhəl qoymadan öz peşəkarlığı ilə vəzifəsini yerinə yetirib. 1991-ci il yanvarın 9-u Laçından Şuşaya gedərkən yolun 6-cı kilometrliyindəki Qaladərəsi kəndi yaxınlığında erməni silahlı qüvvələrinin mühasirəsinə düşüb, onun olduğu maşın yaxın məsafədən şiddətli güllə atəşinə tutulub. Beləliklə də anam  erməni qatilləri tərəfindən qətlə yetirilib. 

O, çox qayğıkeş, mehriban, ədalətli bir insan  idi. Qocalara, əlillərə, kimsəsizlərə bacardığı qədər kömək edərdi. Poeziyanı, musiqini və kitab oxumağı çox sevərdi. Bir sözlə, insana  xas olan ən müsbət keyfiyyətlərin hamısı onda var idi. Məni isə hamıdan, hər şeydən çox istəyirdi. Anam məni hər gün bağrına basıb əzizlərdi. Özümü dünyanın ən xoşbəxti sanardım.  

- Anan qətlə yetiriləndən sonra kimin yanında qaldın. Səni kim böyütdü, kim oxutdu?..

- Məni atamın atası və anası böyüdüb. Onların ilk nəvəsi olduğumdan məni çox istəyirdilər. Mənə böyük qayğı göstərirdilər. Heç nəyə ehtiyacım olmurdu, təkcə Ana qayğısından, Ana nəvazişindən başqa. Analı günlərimi indi də axtarıram, özü də o günlər üçün burnumun ucu göynəyir. Hərdən öz-özümə fikirləşirəm ki, mən tez-tez anamdan qaçıb gizlənərdim, o, məni   elə  həmin andaca tapardı. Amma anam məndən elə gizləndi ki, mən onu ömrümün axırına kimi tapa bilməyəcəyəm.

- Səni anasız qoyan o erməni qatillərinə qarşı qəlbində hansı hisslər yaşayır?

- Məni anasız qoyan o ermənilərin murdar sifətləri indi də gözlərim önündədir. Yəqin ki, xatırlayırsınız, elə o vaxtlar anamı qətlə yetirən həmin erməni quldurları tutulub Bakıya gətirilərək Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə onları mühakimə etdilər. 11 nəfər idilər. Məhkəmə iclaslarından birinə məni də aparmışdılar. Yaxşı yadımdadır ki, iclasın sonunda erməni qatillərinin əyləşdiyi yerin önündən keçəndə ermənilərdən birinin əlinin üstündən var gücümlə çimdik götürdüm  və  üzünə  tüpürdüm. O zaman mənə elə gəldi ki, anamın qatillərindən qismən də olsa qisasımı aldım. Əlbəttə, o vaxt 6 yaşlı bir uşaq idim və bu, mənim üçün böyük bir intiqam kimi görünürdü. Onu da deyim ki, anamı qətlə yetirən əsas  2 erməni elə türmədə olarkən gəbərmişdi. Qalanları isə ermənilərin əlində olan əsirlərimizlə dəyişdirildi. 

- Salatın xanım mətbuatda işləyərkən yazılarına Ceyhun Salatın imzası qoyardı.

- Bu o istəkdən irəli gəlirdi ki, anam bizi bir-birimizdən ayrı təsəvvür belə etmirdi. Bir dəfə anam həm mənə, həm də özünə diktofon almışdı. O zamanlar bulvarla üzbəüz "Qızıl açar" adlı bir restoran var idi. Mən oranı çox sevərdim. Ona görə ki, orada Kiyev kotletini əla hazırlayırdılar. Bir dəfə həmin restoranda yemək yeyəndə bizdən kənardakı masada 2 qız əyləşmişdi. Birdən anam mənə dedi ki, diktofonunu işə sal və get o qızlardan müsahibə al. Mən də gedib həmin qızlara bir-iki sual verdim. Onlar da mənə bir qolbaq və bir dənə qələm bağışladılar. Mən  qolbağı anama hədiyyə etdim. Elə həmin andaca, "oğul hədiyyəsidir", deyib onu qoluna bağladı. Anam Qarabağda qətlə yetiriləndə həmin o qolbaq onun qolunda idi..

Bəli, doğrudan da o məni jurnalist görmək istəyirdi. Çalışırdı ki, məni uşaqlıqdan bu sahəyə yönəltsin. Onu da deyim ki, mənim ana babam həkim olub. Uşaq vaxtı həmişə deyərdim ki, həkimliyi oxuyacağam, amma jurnalist işləyəcəyəm. Elə də oldu. Bu gün fəxr edirəm ki, anamın güllələnmiş arzularından birini yaşadaraq onun yolu ilə gedirəm və çalışıram ki, bu peşəni ona layiq olan tərzdə davam etdirim.   

- Ölümündən sonra Salatın Əsgərovaya Azərbaycanın Milli Qəhrəmanı adı verildi...

- Bəli, mən onunla qürur duyuram. Fəxr edirəm ki, anam hamımızın ziyarətgahı sayılan Şəhidlər xiyabanında dəfn olunub. Bakı şəhərində adına küçə var. Bakı buxtasındakı gəzinti katerlərindən biri onun adını daşıyır. Təfəkkür Universitetində büstü qoyulub. Yaşadığı binaya barelyefi vurulub. Əlbəttə, bütün bunlar üçün dövlətimizə və xalqımıza minnətdaram.   

Ədalət DAŞDƏMİRLİ

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Müsahibələr" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov