Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

4 Mart 2011 - �09

 

Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyeva fondun təşəbbüsü ilə Xəzər rayonunda bir sıra təhsil ocaqlarının yenidənqurmadan sonra açılışında iştirak edib.

 

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva fevralın 24-də Xəzər rayonunda bir sıra təhsil ocaqlarının yenidənqurmadan sonra açılışında iştirak etmiş, turizm obyektlərində aparılan əsaslı tikinti və bərpa işlərinin gedişi ilə tanış olmuşdur.

Xəzər rayonundan Milli Məclisə deputat seçilmiş Mehriban Əliyeva bu rayondakı problemlərə daim diqqətlə yanaşır, əhalinin narahatlığına səbəb olan məsələlərin həllinə mütəmadi kömək göstərir.

Xəzər rayonunun ən qədim yaşayış məntəqələrindən olan Şağan qəsəbəsinin inkişafı da diqqət mərkəzindədir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə burada həyata keçirilən növbəti layihə 3 saylı internat evinin yenidən qurulmasıdır. Himayəyə və qorunmağa ehtiyacı olan uşaqlara diqqət və qayğı Heydər Əliyev Fondunun fəaliyyətində prioritet məsələlərdəndir.

Mehriban xanım Əliyeva Şağan qəsəbəsində 3 saylı internat evinin əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak etdi.

Heydər Əliyev Fondunun prezidentinə gül dəstəsi təqdim edildi.

Mehriban xanım Əliyeva rəmzi açılışı bildirən lenti kəsdi.

Məlumat verildi ki, 1984-cü ildə inşa edilmiş internat evində əqli və fiziki cəhətdən qüsurlu olan 8-18 yaş arasında 138 uşaq yaşayır. Heydər Əliyev Fondunun "Uşaq evləri və internat məktəblərinin inkişafı" proqramı çərçivəsində həyata keçirilən yenidənqurma işlərinə 2010-cu ilin martında başlanmışdır.

Foyedə qurulan stenddə ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın uşaqlara diqqət və qayğısını əks etdirən fotolar yer almışdır. Burada həmçinin internat evinin əvvəlki və indiki vəziyyətini əks etdirən fotostend də yaradılmışdır.

Mehriban xanım Əliyeva müasir avadanlıqla təchiz edilmiş və müxtəlif tədbirlərin keçirilməsi üçün nəzərdə tutulmuş konfrans otağına baxdı, musiqi zalında uşaqların ifasına qulaq asdı.

Gənc nəslin fiziki sağlamlığına xüsusi diqqətlə yanaşılan ölkəmizdə idman zallarının müasir tələblər səviyyəsində qurulmasına xüsusi diqqət yetirilir. İnternat evinin idman zalı da ən müasir qurğularla təchiz olunmuşdur. İnternat evində 20-yə yaxın tibb işçisi fəaliyyət göstərir. Onların arasında yüksək ixtisaslı psixonevroloq, pediatr və terapevtlər vardır. Tibb otaqları müasir avadanlıqla və dərman preparatları ilə təmin edilmişdir.

Fizioterapiya, reabilitasiya, ilk yardım, funksional diaqnostika otaqlarında vakuumlu massaj, ayaqlar üçün elektrotrenajor avadanlıqları vardır. İnternat evində yaşayan uşaqlar üçün bir sıra mühüm prosedurlar həyata keçirilir. Azərbaycanın birinci xanımı xüsusi qayğıya ehtiyacı olan uşaqların su ilə reabilitasiyasını nəzərdə tutan otağa da baxdı.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə yenidən qurulan internat evində hər bir otaqda uşaqların sevdiyi nağıl qəhrəmanlarının təsvir olunduğu mebel avadanlığı və oyuncaqlar vardır. Müəssisədə uşaqlara əmək vərdişləri də aşılanır. Burada balacalar öz potensiallarını nümayiş etdirmək imkanı qazanırlar. Mehriban Əliyeva uşaqlar üçün böyük zövqlə qurulan, onların dincəlmələrini təmin edən yataq otaqlarına baş çəkdi. Milli Məclisin deputatı dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi - de-institusionallaşdırma məsələsi ilə maraqlandı.

Mehriban xanım Əliyeva mətbəxdə uşaqların qida rasionunu gözdən keçirdi, müxtəlif oyunlar vasitəsilə uşaqların həm təhsilini, həm əylənməsini nəzərdə tutan otağa baxdı. Burada balacalar kompüter öyrənir, şahmat, dama, rəsmlə məşğul olurlar.

Azərbaycanın birinci xanımı uşaqlarla səmimi söhbət etdi. Uşaqlar Mehriban xanıma xatirə hədiyyəsi verdilər və öz məharətlərini də nümayiş etdirdilər.

Daha sonra Mehriban xanım Əliyeva internat evinin geniş yeməkxanasında yaradılmış şəraitlə tanış oldu.

İnternat evinin həyətində də geniş abadlıq, yaşıllaşdırma işləri aparılmış, gözəl fəvvarələr, oturacaqlar qoyulmuşdur. Buradakı hər bir element bu evin məhz uşaqlar üçün nəzərdə tutulduğunu təsdiqləyir. İnternatın özəl təsərrüfatı da vardır. Balacaların reabilitasiyası üçün burada inək, qoyun, toyuq və digər ev quşları saxlanılır. Müəssisədə çörək və şirniyyat məmulatlarının hazırlanması üçün xüsusi bina inşa edilmişdir.

Burada yaradılan şəraitdən razılığını bildirən Mehriban xanım Əliyeva kollektivə və internat evinin sakinlərinə uğurlar arzuladı.

***

Daha sonra Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Şüvəlan qəsəbəsində beyin iflici və polimielit keçirmiş uşaqlar üçün 16 nömrəli xüsusi internat-məktəbin əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak etdi.

Mehriban xanım Əliyevaya gül dəstəsi təqdim edildi.

Bildirildi ki, internat-məktəbin əsaslı şəkildə yenidən qurulması Heydər Əliyev Fondunun Azərbaycanda təhsilin inkişafı, keyfiyyətcə yeni mərhələyə qədəm qoyması istiqamətində həyata keçirdiyi irimiqyaslı layihələrin tərkib hissəsidir.

Qeyd edildi ki, məktəbdə təmir işlərinə Heydər Əliyev Fondunun "Uşaq evləri və internat məktəblərinin inkişafı" proqramı çərçivəsində ötən ilin martında başlanmışdır. Qısa müddət ərzində məktəbin binası yenilənmiş, həyəti abadlaşdırılmış, yeni qazanxana, açıq havada yay idman oyunları və futbol meydançaları salınmış, üzgüçülük hovuzu, su anbarı inşa olunmuş, ağac və gül kolları əkilmişdir. Məktəbin yenilənmiş 24 fənn kabineti hər cür dərs ləvazimatı ilə təchiz olunmuşdur. Təmirdən sonra məktəbin kitabxanasının ədəbiyyat fondu xeyli zənginləşdirilmişdir. Burada uşaqların müasir informasiya texnologiyalarına yiyələnmələri üçün kompüter otağı yaradılmışdır. Məktəbin yenilənmiş yeməkxanasında uşaqlar gün ərzində üç dəfə qidalanırlar.

Bildirildi ki, 180 yerlik məktəbdə 118 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 54 müəllim məşğul olur. Burada təhsil alan uşaqlar həm də müalicəvi idman kurslarından keçirlər. Bunun üçün fizioterapiya, tibbi müayinə, loqoped otaqları, idman zalı yenidən qurulmuşdur. Uşaqlarla psixoloqlar məşğul olurlar. Mehriban xanım Əliyevaya məlumat verildi ki, məktəblilərin bir qismi dərs və məşğələlərdən sonra evlərinə getsələr də, böyük əksəriyyəti məktəbin yataqxanasında qalır. Həmin uşaqların yaşayışı üçün yataqxanada hər cür şərait vardır.

Qeyd olundu ki, təmir zamanı məktəbin akt zalı da tamamilə yenilənmişdir. Burada uşaqların müxtəlif intellektual tədbirlər, toplantılar keçirmələrinə əlverişli şərait yaradılmışdır.

Sonra Mehriban xanım Əliyeva idman zalında uşaqların məşq prosesini izlədi. Məlumat verildi ki, uşaqlar asudə vaxtlarında burada idmanın müxtəlif növləri ilə məşğul olurlar.

Məktəbdə yaradılan şəraitlə tanış olduqdan sonra Mehriban Əliyeva Heydər Əliyev Fondunun növbəti hədiyyəsini - yeni avtobusun açarlarını məktəbə təqdim etdi.

***

Sonra Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Şüvəlan qəsəbəsində Respublika Humanitar Fənlər Təmayüllü Gimnaziyada aparılan təmir işləri ilə tanış oldu.

Məlumat verildi ki, Fondun "Uşaq evləri və internat məktəblərinin inkişafı" proqramı çərçivəsində təhsil müəssisəsinin tədris korpuslarında və yataqxanasında təmir işlərinə başlanılmışdır. Təmir başa çatdıqdan sonra məktəb yeni avadanlıqla təchiz ediləcəkdir.

Qeyd edildi ki, bu gün qəsəbədə əksəriyyəti Heydər Əliyev Fondunun dəstəyi ilə yenidən qurulmuş 7 orta ümumtəhsil məktəbi fəaliyyət göstərir. Bundan başqa, Fondun "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində Xəzər rayonunun Türkan qəsəbəsindəki 119 nömrəli orta məktəbin 300 şagird yerlik, Binə qəsəbəsindəki 117 nömrəli orta məktəbin 1040 şagird yerlik, Zirə qəsəbəsindəki 120 nömrəli orta məktəbin korpuslarının inşasına başlanmışdır.

Mehriban xanım Əliyeva yeni tikilən tədris korpuslarının stendi ilə yaxından tanış oldu. Bildirildi ki, Fondun "Uşaq evləri və internat məktəblərinin inkişafı" proqramı çərçivəsində Şüvəlandakı körpələr evi-uşaq bağçası da yenidən qurulmuşdur.  

AzərTAc

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Heydər Əliyev Fondu" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov