"Elektron
Təlimləndirən Sistemlər" layihəsi çərçivəsində
219 nömrəli evdə məktəbin müəllimləri üçün
distant tədris üzrə təlimlərə başlanılıb. Layihə
"Azərbaycan Respublikasında təhsil sisteminin
informasiyalaşdırılması üzrə Dövlət Proqramı
(2008-2012-ci illər)" çərçivəsində həyata
keçirilir.
"Elektron
Təlimləndirən Sistemlər" layihəsi Təhsil
Nazirliyinin nəzdində Təhsil Sisteminin
İnformasiyalaşdırılması İdarəsinin dəstəyi ilə
"Nobel-T" təşkilatı tərəfindən reallaşdırılır.
Layihənin əsas
məqsədi məsafədən təhsilin inkişafı, layihəyə
cəlb olunmuş xüsusi qayğıya ehtiyacı olan
şagirdlərin təhsilalma imkanlarının
yaxşılaşdırılması, xüsusi qayğıya ehtiyacı olan
şagirdlərin kompüter və elektron resurslardan
istifadə bacarıqlarının artırılması, şagird və
müəllimlərin Azərbaycan Təhsil Şəbəkəsinə və
İnternetə çıxış imkanlarının yaradılmasından
ibarətdir.
Yeni
hazırlanmış təlimçilər tərəfindən məktəbyaşlı
uşaqlar üçün məsafədən təhsilin köməyi ilə
"Elektron Təlimləndirən Sistemlər" təlim
vəsaiti əsasında təlimlərin təşkil edilməsi ilə
yanaşı, uşaqların valideynləri üçün də təlimlər
nəzərdə tutulmuşdur.
"Apple, İnc"
şirkətinin istehsalı olan "MacBook"
noutbuklarının "İwork" proqramının köməkliyi ilə
məktəbdə müəllimlər qruplarda 3 şagird olmaqla
məsafədən (distant) dərslər keçəcəkdir.
Şakir CƏFƏROV |