Bakıdakı 31
nömrəli orta məktəbdə təlimin səviyyəsinin
yüksəldilməsində "açıq dərs"lərin təşkilinə
geniş yer verilir. Təhsil ocağında iş təcrübəsi
öyrənilib yayılmağa layiq olan və yaradıcı
fəaliyyət göstərən müəllimlərin hər həftə "açıq
dərs"ləri keçirilir və pedaqoji kollektivdə
müzakirə olunur.
Məktəbin
direktoru Şükufə Məmmədsalahova bildirdi ki, bu
günlərdə məktəbin üç müəlliminin - Nigar
Paşayevanın II "b" sinfində informatikadan
"İnformasiyanın təqdimolunma formaları", Mahirə
Bayramovanın II "b"sinfində ingilis dilindən
"Heyvanlar" və Sona Şıxməmmədovanın I "b"
sinfində ana dilindən "Hh səsi və Hh hərfi"
mövzularında keçdikləri "açıq dərs"lər
deyilənlərə nümunədir. Müəllimlər təlimə maraq
hissi yaratmaq üçün dərs prosesində müxtəlif
vasitələrdən istifadə ediblər və əyaniliyə,
texniki vasitələrə, xüsusən didaktiv oyunlara
geniş yer veriblər. Ən əsası təlim prosesində
şagirdlərin fəal iştirak etmələrində və zehni
fəallıq göstərmələrində məqsədlərinə nail
olublar.
Ş.Məmmədsalahova bildirdi ki, I "b" sinfində
Sona Şıxməmmədovanın keçdiyi dərs daha maraqlı
oldu. Müəllim dərsi geniş şəkildə izah etdi.
Dərsdə şeirdən, səhnəciklərdən istifadə olundu.
Dərs riyaziyyat, həyat bilgisi, musiqi fənləri
ilə də əlaqələndirildi. Şagirdlərdən Mədinə,
Ramin, Aysu, Həkimə və Fatimə dərsdə yüksək
bilik nümayiş etdirdilər.
Şakir CƏFƏROV |
|