Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

4 Mart 2011 - �09

 

Azərbaycan və Türkiyənin təcrübə mübadiləsi

 

Azərbaycan xalqı yüksək elmə, biliyə, savada malik olan xalqdır. Bunlar hamısı uzun illər - keçmişdən indiyə qədər Azərbaycanda yaranmış təhsil sisteminin fəaliyyətinin əməli nəticələri, Azərbaycan müəllimlərinin, alimlərinin gərgin fəaliyyətinin nəticəsidir.

Heydər ƏLİYEV 

Bu gün Azərbaycan Respublikasında təhsil islahatları uğurla davam etməkdədir. Ulu öndərimiz Heydər Əliyevin 2000-ci il iyunun 13-də imzaladığı "Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında" fərmanı ilə təhsilin yenidən qurulması, təkmilləşdirilməsi məsələsi aktuallaşdı. Fərman təhsil sisteminin əsaslı şəkildə təkmilləşdirilməsinə, idarəetmənin müasir şəkildə təşkil olunmasına, təhsil sisteminin beynəlxalq prinsiplərlə qurulmasına və dünya təhsil sisteminə inteqrasiyasına zəmin yaratmış oldu. Bu istiqamətdə yeni layihələrin həyata keçirilməsi zamanı müəyyən problemlər ortaya çıxdı və həmin problemlərin ən mühümlərindən biri orta ümumtəhsil məktəblərində istifadə olunan dərsliklərlə bağlı idi.

Azərbaycan dövləti yenidən müstəqilliyini qazandığı dövrdən dərsliklərdə yeniləşmə, yeni məzmun, yeni yanaşmalar özünü göstərirdi. Bu yeni yanaşmalar xüsusən humanitar fənlərin dərsliklərində daha çox özünü büruzə verirdi. Lakin bu dərsliklərdə də keçmiş təhsil proqramlarının prinsipləri, məzmun və yanaşması hələ də qalmaqda idi. Dərsliklərdə işlənən yazı üslubu, elmi uyğunsuzluqlar, uzun və ağır-mürəkkəb fikirlər, ziddiyyətli faktlar ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin hərtərəfli inkişafına, bilik səviyyəsini artırmağa mane olurdu. Bu kimi problemlər təhsil islahatları çərçivəsində milli dərsliklərin yenidən hazırlanması, onların məzmun və metodikasında dəyişikliklər edilməsi məsələsini intensivləşdirməyi labüd etdi.

Kurikulum layihələrinin həyata keçirilməsi təhsilimizdə keyfiyyət dəyişikliklərinə - dünyagörüşü geniş, məntiqli, yaradıcı, müstəqil fikirli və digər yüksək keyfiyyətlərə malik yeniyetmə və gənclərin yetişməsinə imkanlarını üzə çıxardı. Yeni "Təhsil haqqında" Qanunda "Təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri" maddəsinin 3.0.5. bəndində keyfiyyətlilik - təhsilin mövcud standartlara, normalara, sosial-iqtisadi tələblərə, şəxsiyyətin, cəmiyyətin və dövlətin maraqlarına uyğunluğu kimi təsdiq olunur.

Dərsliklər təhsilin özəyi, "şah damarı" hesab olunur. Buna görə də bu mövzu dövlətimizin daim diqqət mərkəzindədir. Yeni tələblərə uyğun milli dərsliklərin yazılması zərurəti çox uğurla davam etdirilir.

Bir neçə ildir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi dərsliklərin yenidən işlənməsi, onların metodik cəhətdən yenidən hazırlanması, ziddiyyət yaradan problemlərin aradan qaldırılması və bu kimi məsələlərin həlli yolunda ciddi və ardıcıl addımlar atır. Sevindirici haldır ki, bu işlərin həyata keçirilməsinə görkəmli alim və mütəxəssislərlə yanaşı, ümumtəhsil məktəblərində çalışan qabaqcıl  müəllimlər də cəlb olunmuşdur ki, onların praktik təcrübəsindən, pedaqoji və elmi biliklərindən səmərəli istifadə olunur.

Azərbaycanda 2003-cü ildən başlayaraq ümumtəhsil məktəblərinin dərsliklərlə pulsuz təminatı məsələsi təhsilimizin inkişafına xidmət göstərən ən önəmli addımlardan biridir.

İslahatlar dövlətin büdcəsi və beynəlxalq təşkilatların köməyi hesabına uğurla davam edir. Təhsil naziri Misir Mərdanovun qeyd etdiyi kimi, ölkəmizin geniş ictimaiyyəti ilə bərabər, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatlar, qabaqcıl dövlətlərin təhsil mütəxəssisləri və ekspertləri Azərbaycan təhsilinin inkişaf perspektivlərini yüksək qiymətləndirərək onun gələcəyinə nikbinliklə baxırlar. (M.Mərdanov. "Heydər Əliyev və Azərbaycan təhsili" məqaləsindən - Heydər Əliyev Müstəqil Azərbaycan dövlətinin qurucusudur,Bakı, 2003, səh.388).

Son illərdə dərsliklərdə əhəmiyyətli dərəcədə irəliləyişlər baş vermişdir. Təhsil Nazirliyi yeni  islahatların həyata keçirilməsini məhdud şəkildə deyil, beynəlxalq prinsiplər səviyyəsində, digər öncül dövlətlərin təcrübəsindən istifadə etməklə reallaşdırır. Yeni dərsliklərin qiymətləndirilməsi məsələsi böyük məsuliyyət tələb etdiyindən ekspertlərin xarici dövlətlərdə təcrübə toplaması üçün ezam olunması bir ənənə halını almışdır. Bizim təhsil və dərslik prinsiplərimizə ən yaxın olan qardaş Türkiyə dövləti bu işdə ölkəmizə böyük kömək göstərir. Son 3 ildə respublikamızın qabaqcıl müəllimləri, ekspertlər  və nazirliyin əməkdaşları Ankaradakı "Təlim və Tərbiyə Kurulu Başkanlığı"na ezam olunurlar. Son səfər 13.02.2011-19.02.2011 tarixləri arasında baş tutmuşdur. Dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlının rəhbərliyi ilə 16 nəfərdən ibarət işçi qrupu, eyni zamanda öz iş təcrübəsini də türk həmkarları ilə bölüşmüşdür.

Təlim və Tərbiyə Kurulu Başkanı Mərdan Tufan nümayəndə heyətini çox mehriban qarşılayaraq iki qardaş dövlətin əməkdaşlığını yüksək qiymətləndirdiyini bildirdi və ulu öndər Heydər Əliyevin unudulmaz fikirlərini vurğuladı: "Biz bir millət, iki dövlətik...".

Bizim nümayəndə heyəti xüsusi iş qrafiki üzrə dərsliklərin qiymətləndirmə prosesində iştirak etdi, Türkiyədə istifadə olunan dərsliklərin, metodik vəsaitlərin dəyərləndirmə meyarları ilə yaxından tanış oldu.

Qeyd etmək lazımdır ki, Türkiyədə dərsliklərin qiymətləndirilməsi təcrübəsi böyükdür. Azərbaycanda isə bu iş son üç ildə aparılır.

Müxtəlif ölkələrin dərslik yazmaq, dərslik qiymətləndirmək təcrübəsi ilə tanış olduqda məlum olur ki, bizə ən yaxın və ən optimal təcrübə Türkiyə təcrübəsidir. Qiymətləndirmə meyarları ilə tanış olduqda, bir çox ortaq cəhətlər göstərdi ki, Azərbaycanda bu işlər düzgün istiqamətdədir. Türk mütəxəssisləri də bizim nümayəndələrin təcrübəsi ilə, apardığımız yeni dərsliklər və metodik vəsaitlərlə yaxından maraqlanırdılar. Hətta qiymətləndirmə zamanı təkliflərimizə xüsusi diqqətlə yanaşan türk ekspertləri doğru yolda olduğumuzu, lakin bu mexanizmin cilalanması üçün vaxtın və ixtisaslaşmaya yiyələnməyin lazım olduğunu bildirdilər.

Milli təhsilimizin uğurlarını, çətinliklərini bölüşdükcə məlum olur ki, Türkiyə milli təhsili də eyni yolu keçmişdir. Türk dərsliklərinin bugünkü səviyyəsi asanlıqla başa gəlməmiş, böyük bir təkmilləşmə yolu keçmişdir.

Azərbaycan nümayəndə heyətinin iş qrafikinə Türkiyə məktəblərindən biri ilə tanışlıq da əlavə edilmişdi. Ankaranın Yeniməhəllə adlanan rayonunda "Metin Emiroğlu ilk öyrətim okulu"nda olan nümayəndə heyətimiz ayrı-ayrı siniflərdə və müxtəlif fənlər üzrə dərslərdə iştirak etdi. Məktəbin dərslikləri, proqramları, dərs vəsaitləri ilə tanışlıq, şagirdlər və müəllimlərlə ünsiyyət hər iki tərəf üçün yaddaqalan oldu. Bu kimi görüşlər hərtərəfli fayda kəsb etməklə yanaşı, milli təhsilimizin islahatlarının digər ölkələrin islahatları ilə  müqayisəsinə imkan yaradır. Nikbinliklə düşünürsən ki, biz düz yoldayıq və geriyə yol yoxdur.

Az vaxt içərisində bizim nümayəndə heyətinin Ankaranın tarixi ilə, tarixi abidələri ilə tanışlığı da baş tutdu. Belə ki, Ankaradakı Esterqon qalası və sarayını, Atatürkün "Anıt Kabr" mavzoleyini gəzərkən duyğulu və kövrək anlar yaşandı. Atatürkün xatirəsini yaşadan muzeydə Türkiyənin şərəfli tarixinin ən ağır səhifəsi olan Çanakqala və Sakarya savaşlarına həsr olunmuş zallarda vətənpərvərlik, qürur, fəxarət duyğuları yaşamamaq mümkün deyildi. Tarixdən məlumdur ki, məhz bu savaşlarda Azərbaycandan getmiş könüllülər də iştirak etmişdilər. Bəlkə də ona görə  təsadüfü deyil ki, muzeydə bizim nümayəndə heyətinə bələdçilik edən də azərbaycanlı idi. Türk xalqının atası böyük Atatürkün məzarını ziyarət edərkən, onun mübarizə dolu həyat yolu ilə tanış olarkən göz önündə öz tarixi keçmişimiz, ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycan uğrunda quruculuq mücadiləsi canlanırdı.  

Leyla HÜSEYNOVA,
Heydər Əliyev adına MTK və
135 nömrəli orta məktəbin tarix müəllimi

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov